
Ərzaqlar
- 1 paket kakaolu peçenye (14 ədəd)
-
1 qutu toz krem şanti
-
1 çay stəkanı krem
-
1 yemək qaşığı labne pendiri
-
1 yemək qaşığı bal
2 yemək qaşığı damla şokolad
Hazırlanması
- 1 çay stəkanı soyuq kremlə toz krem şantini birlikdə mikserlə yaxşı qarışdırın.
- Sonra balı və labne pendirini əlavə edib qarışdırmağa dvam edin.
- İçinə damla şokoladı da əlavə edib qaşıqla qarışdırdıqdan sonra , hazırladığımız kremi bütün peçenyelərə bərabər şəkildə paylaşdırın.
- İki peçenyeni birləşdirin və yüngül şəkildə sıxın.
- Kənarlarını bıçaqla düzəldib, bir-birinə dəyməyəcək şəkildə servis boşqabına qoyun.
- Soyuducuya qoyub, yaxşı donduqdan sonra yeyə bilərsiniz.
Nuş olsun!
Haqqında: sendviç parfe asan hazırlanan şirniyyatdır.
Sendviç parfe
Hiç yorum yok:
Yorum Gönder