Ərzaqlar
- Keks üçün:
- 200 gr tünd şokolad (parçalanmış)
- 150 gr (1/2 su stəkanı + 1,5 yemək qaşığı) kərəyağ
- 100 gr (1/2 su stəkanı) qəhvəyi şəkər
- 100 gr (2/3 su stəkanı) toz badam (blenderda badamları çəkərək istifadə edə bilərsiniz)
- 4 ədəd yumurta (sarısı və ağı ayrılmış)
- 1 çimdik duz
- Kremi üçün:
- 125 ml (1/2 su stəkanı) duru krem
- 1/4 su stəkanı nutella
- 60 gr (1/4 su stəkanı) duru krem (İçinə 1 çay qaşığı limon suyu əlavə edib qarışdırın. Yəni xama kimi qatı krem əldə etmiş oluruq)
- Üzərini bəzəmək üçün böyürtkən və rəndələnmiş şokolad
Hazırlanması
- Sobanızı 180 dərəcəyə qoyun.
- Keks bişirəcəyiniz qabın içini duru yağ ilə yağlayıb yağlı kağız səririk.
- Kasaya parçalanmış şokolad və kərəyağını tökün və sobada arada qarışdırmaqla əridin.
- Bir qabda toz badam və qəhvəyi şəkəri qarıştırın və şokoladlı qarışıma əlavə edin.
- Yumurta sarılarını da əlavə edib qarışdırın.
- Yumurta ağlarını bir çimdik duzla qabarıb qatılaşana qədər çalın.
- Şokoladlı qarışımın içinə əlavə edin və altdan üstə doğru qatlama hərəkətiylə yumurta ağını qarışıma yedirin.
- Qaba töküb sobaya qoyun. 35 dəqiqə bişirin.
- Kremi üçün qaba krem, qatı krem və nutellanı tökün və qabarana qədər çırpın.
- Soyuyan keksinizi qabdan çıxarın.
- Üzərinə mousse tökün və böyürtkən və şokolad qırıqlarıyla bəzəyin.
Nuş olsun!
Unsuz nutellalı tortu asan hazırlanmasa da, çox dadlı şirniyyatdır.
Unsuz nutellalı tort
Hiç yorum yok:
Yorum Gönder