
Ərzaqlar
- 2 ədəd böyük və ya 3 ədəd orta ölçüdə alma
- 1.5 paket kakaolu peçenye
- 2 su stəkanı süd
- 2 paket krem şanti
- 3 yemək qaşığı şəkər
- 1 çay qaşığı darçın
- 1 ovuc təmizlənmiş fındıq
Hazırlanması
- Almalar soyulub kvadrat şəkildə doğranılaraq qazana qoyulur.
- Üzərinə 3 yemək qaşığı şəkər tozu və 1 çay qaşığı darçını əlavə edib almalar yumuşalanadək aşağı temperaturda bişirilir.
- Bişdikdən sonra bir kənara soyumağa qoyun.
- Bir qabda 2 stəkan süd il 2 qutu krem şanti qatılaşana qədər qarışdırılır.
- İçinə 1,5 paket peçenye ovularaq xırdalanır. 1 ovuc fındıq xırdalanaraq əlavə olunur.
- Tamamilə soyuyan almalar da əlavə edilib yaxşıca qarışdırılır.
- Bir qəlibin içinə streç sərilir, qarışım bu qəlibin içinə boşaldılır.
- Üzəri tamamilə düzləndirilir soyuducuya donmağa qoyulur. 1.5 saat sonra donanda çıxarılıb dilimlənərək servis edilir
Nuş olsun!
Haqqında: möhtəşəm qış parfesi, almalı-darçınlı asan hazırlanan şirniyyatdır.
Almalı- Darçınlı Qış Parfesi
Hiç yorum yok:
Yorum Gönder