
Ərzaqlar
- 4 yumurta
- 1.5 su stəkanı şəkər
- 1 su stəkanı duru yağ
- Yarım su stəkanı ilıq su
- 1 su stəkanı süd
- 1 paket vanil
- 1 paket qabartma tozu
- 25 qram kakao
- 2,5 su stəkanı unKeksi islatmaq üçün;
- 1 su stəkanı süd
- 1 yemək qaşığı şəkər
- 1 yemək qaşığı kakao
- 1 yemək qaşığı duru yağ
Hazırlanması
- Yumurta və şəkəri yaxşıca qarışdırıb sonra un istisna olmaqla digər ərzaqları əlavə edirik və qarışdırmağa davam edirik.
- ən son unu yavaş yavaş əlavə edərək keks xəmirini hazırlayırıq.
- Silikon keks qəliblrini yağladıkdan sonra qəliblərin arısına qədər xəmiri qoyub xəmirin bişdiyini kürdan köməyi ilə yoxlayırıq.
- Muffinler bişərkən digər tərəfdən keksi islatmaq üçün lazımi ərzaqları bir qazana qoyub biraz isitdikdən sonra kakaonun yaxşıca qarışdırırıq.
- Muffin sobadan çıxarıldıqdan sonra biraz isidildikdən sonra qəlibdən çıxarmadan hazırladığımız əlavədən üzərinə 1 və ya 2 qaşıq tökürük.
- əlavənin yaxşı hopması üçün kürdanla kekslərdə deşiklər aça bilərsiniz.
Nuş olsun!
Haqqında: yaş maffin asan hazırlanan şirniyyatdır.
Yaş muffin
Hiç yorum yok:
Yorum Gönder