
Ərzaqlar
- 1 litr süd
- 1 su stəkanı şəkər tozu
- 1 su stəkanı un
- 1 paket vanil
- 1 paket sana yağının 5/2 si
- 1 paket kakaolu peçenye
- 4 ədəd kiçik orta ölçüdə banan
Hazırlanması
- Peçenye ən xırda olana qədər xırdalanır.
- Sini qaba boş yer qalmayacaq şəkildə sərilir.
- Sobaya qoymadan əvvəl qazanda süd və şəkəri köpüklənənə qədər qarışdırın.
- Sonra un da əlavə olunaraq qarışdırılmağa davam edilir.
- Sonra sobaya qoyulur, tez –tez qarışdırılır, qaynamağa başlayanda vanil və sana yağı qoyulur, qarışdırılmağa qabarcıqlar olana qədər davam etdirilir.
- Qabarcıqlar yarananda soba söndürülür.
- 3 dəqiqə daha qarışdırılıb sini qaba sərilir.
- Sərin bir yerdə yarım saat gözlədilir.
- Qabda 8 bərabər parçalara kəsilir, parçaların ortasına ikiyə böldüyümüz bananlar yerləşdirilib rulon şəklində bükülür.
- İstəkdən asılıdır, həmin dəqiqə də yeyilə bilər, yarım saat gözlədilib də yeyilə bilər.
Nuş olsun!
Bananlı şirniyyat asan hazırlanan şirniyyatdır.
Bananlı şirniyyat
Hiç yorum yok:
Yorum Gönder