2 Nisan 2016 Cumartesi

Zəncəfilli peçenye

Ərzaqlar


  • 2 su stəkanı un

  • ½ su stəkanı qəhvəyi şəkər tozu

  • ½ paket qabartma tozu

  • 1 çay qaşığı çay sodası

  • ½ paket vanil

  • 1 çay qaşığı toz zəncəfil

  • 1 çay qaşığı darçın

  • 65 qr kərə yağı

  • 1 ədəd yumurta

  • ¼ su stəkanı doşab



Hazırlanması


  1. Bir qaba un, qəhvəyi şəkər, qabartma tozu, çay sodası, vanil, duz, toz zəncəfil, darçın və kərə yağı əlavə edin.

  2. Doşab və yumurtanı əlavə edib yoğurun.

  3. Qabı streçlə bağlayıb soyuducuda saxlayın.

  4. Dincələn xəmiri 2 yağlı kağız arasında oxlov ilə açıb, formalı qəliblərlə kəsin və sobaya yerləşdirin.

  5. 180 dərəcədə 10 dəqiqə bişirib soyudun.




Zəncəfilli peçenye

Hiç yorum yok:

Yorum Gönder