
Ərzaqlar
- 3 yumurtanın sarısı
- 200 ml xama
- 200 q kərə yağı
- 1 çimdik duz
- 300-350 q un
iç: - 3 yumurtanın ağı
- 0.5-1 st. şəkər tozu
- vanil
Hazırlanması
- Yumurtaların ağını sarısından ayırın.
- Yumurta sarısına duz, xama, kərə yağı əlavə edib qarışdırın.
- Un qatıb xəmir yoğurun. Kündələyin, qida plyonkasına büküb soyuducuda 1-2 saat saxlayın.
- Bu müddət keçəndən sonra sobanı qızdırın, içi hazırlayın.
- Yumurta ağlarını şəkər tozunu tədricən əlavə etməklə möhkəm çalın. Vanil əlavə edib yenə çalın.
- Xəmiri iki yerə bölün. Hər ikisini nazik yayın.
- Üzərinə iç çəkin. Nazik rulet kimi bükün.
- İçin artığını ehtiyatla götürün.
- Ruleti iti bıçaqla sürətlə barmaq qalınlıqda doğrayın ki, iç dağılmasın.
- Sonra perqament döşənmiş siniyə düzüb əlinizlə düzəldin.
- 200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
Gül Pirojnası
Hiç yorum yok:
Yorum Gönder