
Ərzaqlar
- yarım stəkan tumu çıxarılmış xurma
- 3 x/q kakao
- 3/4 stəkan fındıq ləpələri
- 6 ədəd əncir qurusu (yarım stəkan)
- 1 ç/q vanil
- 1 ç/q kokos yağı
- yaymaq üçün əlavə olaraq kakao
Hazırlanması
- Hazırlanması iki etapdan ibarət və çox sadə olan bu fındıqlı, şokoladlı şarlar – dadlı olmaqla birgə süfrələrinizə bəzək gətirəcək
- İlk 6 inqredientlər (xurma, kakao, findıq ləpələri, əncir qurusu, vanil, kokos yağı) mətbəx kombaynından keçirilir.
- Fındıq ləpələri tam əzilmiş şəkilə gəldikdə, iki əllə alınmış kütlədən balaca kündələr hazırlanır.
- Digər boşqaba kakao əlavə edilir və hər kündə hər tərəfli kakao ilə örtülür.
- Qapalı, hava çəkməyən qaba yığılaraq bir həftə sərin yerdə saxlanılır (lakin çətin ki onları yemədən bir həftə saxlaya biləsiniz)
Fındıqlı və şokoladlı şarlar
Hiç yorum yok:
Yorum Gönder