
Ərzaqlar
- 2 yumurta
- 1 çay stəkanı şəkər tozu
- 1 çay stəkanı süd
- 1 çay stəkanı duru yağ
- 1 qabartma tozu
- 2 xörək qaşığı kakao
- 2 çay stəkanı un
Keksi islatmaq üçün:
- yarım su stakanı ilıq su
- 1 çay qaşığı nescafe
Kremi üçün:
- 1 yumurta sarısı
- 1 çay stəkanı şəkər tozu
- 2 qaşıq un
- 2,5 su stəkanı süd
- 100 qr labne pendiri
Üzəri üçün:
- kakao
Hazırlanması
- Yumurta və şəkər 5 dəqiqə çırpılır, digər ərzaqlar əlav ə olunur və yağlanmış unlanmış tart qabına tökülür.
- 180 dərəcədə 15-20 dəqiqəyə qədər bişirilir.
- Kremi üçün labne pendiri istisna olmaqla bütün ərzaqlar qarışdırılır və qaynayanda söndürülür və labne pendiri əlavə olunub qarışdırılır.
- Keks sobadan çıxarılanda ilıq su ilə əridilmiş qəhvəli su ilə isladılır.
- Üzərinə krem əlavə olunur və kakao ələnərək bəzədilir.
Nuş olsun!
Haqqında: tart formalı tiramisu asan hazırlanan şirniyyatdır.
Tart formalı tiramisu
Hiç yorum yok:
Yorum Gönder