26 Nisan 2016 Salı

Browni dadında yaş keks

Ərzaqlar


  • 5 ədəd yumurta

  •  1 stəkan şəkər

  •  1 stəkan süd

  • 1 stəkan un

  • 1 stəkan duru yağ

  • 1 paket qabartma tozu

  • 1 paket vanil

  • 3 yemək qaşığı kakao

  • Sosu üçün:

  • 1 stəkan şəkər

  • 1 stəkan süd

  • 1/2 stəkan duru yağ

  • 2 yemək qaşığı kakao


Hazırlanması


  1. Yumurtaları və südü 3 dəqiqə çırpırıq.

  2. Şəkəri və duru yağ əlavə edib çırpmağa davam edirik.

  3. Daha sonra unu, qabartma tozunu, vanili əlavə edirik.

  4. Ən son kakaonu əlavə edib daha əvvəl yağladığımız  qaba qoyub maksimum isidilmiş sobaya qoyuruq.

  5. Sobanı 150 dərəcəyə gətirib bişməyə qoyuruq.

  6. Sosu hazırlayıb soyumağa qoyuruq.

  7. Keks isti, sos soyuq olacaq.



Nuş olsun!


Browni dadında yaş keks browni sevənlər üçün əla fürsətdir.



Browni dadında yaş keks

Hiç yorum yok:

Yorum Gönder