
Ərzaqlar
- 5 su stəkanı ələnmiş un
- 1 paket yada 3 yemək qaşığı kakao
- Yarım çay qaşığı tarçın
- 2 yemək qaşığı fıstıq
- 1 paket və ya 2 xörək qaşığı qabartma tozu
- 1 kasa parçalanmış şokolad və ya dənə şokolad
- 2 ədəd yumurta
- 3 yemək qaşığı şəkər
- 1,5 su stəkanı ayran
- 3 yemək qaşığı əridilmiş kərəyağ
- 1 paket vanil
- 3 yemək qaşıq dolusu şəkər tozu
- Yarım çay stəkanı su
- 1 qutu krem (200 ml)
- 50 qr. duzsuz kərəyağ
- Biraz duzu
Hazırlanması
- Əvvəlcə suya şəkəri qatıb, əriyəndən sonra altını söndürüb, kremi əlavə edib biraz da duzsuz kərəyağ qoyaq.
- Biraz da duzu əlavə edək. Soyuması üçün kənara qoyaq.
- quru ərzaqları dərin bir kasada iç içə keşənə qədər qarışdırın.
- Başqa bir kasada yumurtaları şəkəri qarıştırın.
- Ayran və kərəyağını əlavə edib qarışdırın.
- ən son vanili əlavə edib qarışdırın və bu qarışımı quru ərzaqları əlavə edin.
- İçinə parçalara bölünmüş şokoladı əlavə edin. Və pankek bişərkən şokolad əriyəcək.
- Duru yağı tavaya fırça ilə yayaq. Biraz pankek götürüb tökək.
- qabarcıqlar əmələ gələndə tərs çevirək. Servis boşqabında üst-üstdə qoyub sosu əlavə edək.çiyələyi yerləşdirib, biraz pudra şəkəri səpək.
Nuş olsun!
Haqqında: şokoladlı pankek asan hazırlanan şirniyyatdır.
Şokoladlı pankek
Hiç yorum yok:
Yorum Gönder