31 Temmuz 2015 Cuma
30 Temmuz 2015 Perşembe
29 Temmuz 2015 Çarşamba
28 Temmuz 2015 Salı
27 Temmuz 2015 Pazartesi
25 Temmuz 2015 Cumartesi
24 Temmuz 2015 Cuma
23 Temmuz 2015 Perşembe
22 Temmuz 2015 Çarşamba
Nyudi

Ərzaqlar
- 400-450 q feta pendiri
- parmezan pendiri
- 20 ədəd çerri pomidoru (əvəzinə 5-6 ədəd adi pomidor da olar)
- 3-4 diş sarımsaq
- 1 dəstə ispanaq
- zeytun yağı
Hazırlanması
- Tavada zeytun yağını qızdırıb xırda doğranmış sarımsaq əlavə edin.
- Tam qızarmamış xırdalanmış ispanaq tökün.
- Azca yumşalan kimi ocaqdan götürün, aşsüzənə yığın ki, həm soyusun, həm də artıq suyu axıb getsin.
- 3 x.q. zeytun yağında 2 diş doğranmış sarımsağı qızardın.
- Sonra pomidorların yarısını əlavə edin. 5 dəqiqə bişirib ocaqdan götürün.
- Feta, sürtgəcdən keçirilmiş parmezan pendiri və ispanaq qovurmasını qarışdırın.
- Əgər ispanağın suyu yaxşı çəkilməyibsə, azca un əlavə edin.
- Sobaya qoyacağınız qabın dibinə pomidorların qalanını tökün.
- Əllərinizi zeytun yağına batıraraq pendir-ispanaq qarışığından yumurta boyda küftələr hazırlayın.
- Bunları pomidorların üstünə qoyun.
- Üzərinə bir neçə pomidor dilimi və sürtgəcdən keçirilmiş parmezan pendiri səpin.
- 200 dərəcə C-dək qızdırılmış sobada 10 dəqiqə, üstü qızaranadək bişirin.
- Reyhan əlavə edə, makaronla birlikdə yeyə bilərsiniz..
Haqqında: Damağınızın dadını dəyişmək üçün gözəl seçımdir.Nuş olsun!
Nyudi
21 Temmuz 2015 Salı
Ərikli Tart

Ərzaqlar
- 250 qr kərə yağı
- 2 ədəd yumurta
- 1 qəhvə fincanı süd
- 1 su stəkanı toz şəkər
- 2 su stəkanı un
- 1 paket vanil
- ½ çay qaşığı qabartma tozu
krem üçün
- 2 su stəkanı süd
- 2 yemək qaşığı un
- 1 ədəd yumurta
- 3 yemək qaşığı toz şəkər
- 1 paket vanil
- 1 şirin qaşığı kərə yağı
üzəri üçün
- 500 qr mürdüm əriyi
- 1 paket tart jelesi
- ½ çay stəkanı toz şəkər
Hazırlanması
- Kərəyağını əridərək şəkər vanil və süd əlavə edərək mikser ilə qarışdırın.
- Yumurtaları əlavə edin, un və qabartma tozunu ələkdən keçirib az az əlavə edin.
- 28 sm. səviyyəsində bir tart qəlibini yağlayıp xəmiri içinə tökün.
- Daha əvvəldən isidmiş olduğunuz 180 ° C sobada bişirin.
- Tart bazası soyuyarkən kremi hazır hala gətirin. Süd, un, şəkər, yumurta və vanili bir qazanda qarışdırıb orta atəşdə pudinq konsistensiyasına gələnə qədər bişirin.
- Ocaqdan almadan 2 dk. əvvəl kərəyağını əlavə edib qarışdırın.
- Soyuyan tart bazasını qəlibdən çıxarın və ortadakı boşluğa krem doldurun.əriklərin hər birini 4-ə bölün və qazana alın.
- Üzərinə toz şəkər əlavə edib şəkər əriyənə qədər bişirin.
- Bişdikdən sonra soyumağa buraxın.
- Soyuduqdan sonra tartın üzərinə istədiyiniz şəkildə yerləşdirin.
- Tart jelesini paketin arxasındakı tərifə görə hazırlayıb əriklərin üzərinə tökdükdən sonra dilimləyərək süfrəyə verin.
Ərikli Tart
20 Temmuz 2015 Pazartesi
Mini Ispanaqlı Tartlar

Ərzaqlar
- Xəmir Üçün:
- 125 qr un
- 75 qr kərə yağı
- Duz
- ½ çay qaşığı muskat rəndəsi
İç Üçün:
- 250 qr ispanaq
- 3 ədəd yumurta sarısı
- 125 qr rəndələnmiş kaşar pendiri
- 150 qr süzmə qatıq
- Duz
- İstiot
• 2 yemək qaşığı kərə yağı
Hazırlanması
- Un, kərə yağı, duzu və rəndələnmiş muskatı dərin qaba qoyun.
- Una yetəcəq qədər su əlavə edibə yaxşıca qarışdırın.
- Yumşaq bir xəmir əldə etdiyinizdə yağlanmış qəliblərə açaraq yerləşdirin.
- qəliblərə yerləşdirdiyiniz xəmirləri 30 dəqiqə soyuducunda gözlədin.
- ispanaqları yuyub, doğrayın.
- Kərəyağını bir tavada əridin və doğradığınız ispanaqları suyunu çəkənə qədər bu yağda qovurun.
- Qovurduqdan sonra lasar pendirini, duzu, qara bibəri, qatığı və yumurta sarılarını əlavə edib qarışdırın.
- Xəmiri soyuducudan çıxardıqdan sonra kalıplardaki xəmirlərin üzərinə yağlı kağız qoyub bolca quru paxlalı səpin.
- Əvvəlcədən 200 C ‘ye isidilmiş sobada 10 dəqiqə bişirin.
- Bişən xəmiri sobadan çıxarıb bakliyatlar və yağlı kağızı üzərindən götürün.
- Hazırladığınız ıspanaqlı içliyi xəmirlərin içinə paylaştırın.
- Paylaşdırdıqtan sonra təkrar 200 C ‘yə nizamlanmış sobada 20 dəqiqə bişirin.
Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq.Nuş olsun!
Mini Ispanaqlı Tartlar
19 Temmuz 2015 Pazar
Balqabaqlı Mini Tart

Ərzaqlar
- 125 qr. otaq istiliyində kərə yağı
- 1,5 şorba qaşığı şəkər
- 250 qr. un
- ½ çay qaşığı duz
- ½ çay stəkanı su
- 1 yumurtanın sarısı
Balqabaq Püresi Üçün:
- Balqabaq
- Şəkər
Hazırlanması
- Bütün ərzaqları qarışdıraraq peçenye xəmiri konsistensiyasında bir xəmir əldə edin.
- Əgər xəmiriniz çox yumşaq olsa 10 d. soyuducunda saxlayın.
- Tart qəliblərinizi yağlayın və xəmirinizi açaraq içinə yerləşdirin.
- Əvvəlcədən 180 C isitmiş olduğunuz sobada qızarana qədər bişirin və soyumağa buraxın.
- Balqabaqları təmizləyib dilimlədiktən sonra bir qazana düzün.
- Üzərini örtəcək qədər toz şəkər əlavə edib batıq atəşdə bişirin.
- Ocaqdan aldıqdan sonra soyumağa buraxın.
- Balqabaqları çəngəlin köməyiylə əzərək püre halına gətirin.
- Soyuduqdan sonra qəliblərindən çıxardığınız tartlarınızı bu püre ilə doldurun və üzərini qoz ilə bəzəyin.
Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq.Nuş olsun!
Balqabaqlı Mini Tart
18 Temmuz 2015 Cumartesi
Üzümlü Tart

Ərzaqlar
- 125 qr kərə yağı
- 1 çay stəkanı pudra şəkəri
- 2 su stəkanı un
- 1 yumurta sarısı
- 1 paket qabartma tozu
- 1 paket vanil
- Krem Üçün:
- 2 su stəkanı süd
- 2,5 yemək qaşığı un
- 1 çay stəkanı toz şəkər
- 1 yumurta
- 1 paket vanil
Üzəri Üçün:
- 250 qr qara üzüm
- Pudra şəkəri
Hazırlanması
- Yumurta, kərə yağı və toz şəkəri mətbəx robotu ilə qarışdırın.
- Üzərinə un, qabartma tozu və vanil əlavə edərək yoğurun.
- Tart qəlibini yağlayın və xəmiri içinə yayın.
- Çəngəllə bir neçə yerindən dəlin.
- 180 C nizamlı sobada yüngül qızarana qədər bişirin.
- Kremi üçün süd, un, şəkər, yumurta və vanili qarışdırıb pudinq konsistensiyasına gələnə qədər bişirin.
- Puding iliq olduqda tartın içinə tökün.
- Üzərinə qara üzüm dənələrini qoyun.
- İstədiyinizə görə pudra şəkəri səpərək süfrəyə təqdim edin.
Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq.Nuş olsun!
Üzümlü Tart
17 Temmuz 2015 Cuma
Şokoladlı Tart

Ərzaqlar
- 1 stəkan toz şəkər
- 2 yumurta sarısı
- 1 stəkan fındıq unu
- 3,5 stəkan un
- 225 qram kərə yağı
- 1 paket vanilXəmiri üçün:
- 100 qram krem
- 100 qram labne pendir
- 100 qram bitter şokolad
- 100 qram südlü şokoladBəzəmək üçün:
- file fındıq
Hazırlanması
- Yumşaq kərə yağı və şəkəri krem olana qədər mixerdə qarışdırın.
- Yumurta sarılarını, fındıq ununu, unu və vanili əlavə edin.
- Alinmiş ərzaqları əlinizlə yoğurun.
- Yumurta böyüklüyündə parçalara ayırıb tart qəliblərinə basdıraraq yayın.
- Ortasını bir neçə yerdən çəngəllə deşin və 180 dərəcə sobada qizarana qədər bişirin.
- Onlar bişərkən içliyi hazırlayın.
- Kremi istilədin, kiçik parçalara ayırın şokoladı əlavə edərək qarışdırın.
- Labne pendirindən də əlavə edin və hamar bir konsistensiyaya gələnə qədər çırpın.
- Soyuyan tartın içinə kremi qoyun və üzərinə file fındıqları ilə bəzəyin.
Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq.Nuş olsun!
Şokoladlı Tart
16 Temmuz 2015 Perşembe
Toyuq sinəsi ilə Vişnə souslu Tart

Ərzaqlar
- 2 su stəkanı dondurulmuş albalı
- 2 yemək qaşığı nişasta
- 4 yemək qaşığı toz şəkər
- 2 ədəd qərənfil
- Toyuq Sinəsi Üçün:
- ½ paket marqarin
- 1 lt süd
- 3 fincan un
- 3 fincan şəkər
- 1 paket vanil
- 1 ədəd damla saqqızı və ya normal saqqız
- Xəmiri Üçün:
- 125 qr. marqarin
- 3 yemək qaşığı toz şəkər
- 1 yemək qaşığı pudra şəkəri
- 1 çimdik duz
- Lazımı qədər un
Hazırlanması
- Qabın içinə əridilmiş marqarin, şəkər, duz və lazımı qədər unu yavaş yavaş yoğuraraq yumşaq xəmir alınana qədər yoğurun.
- 20 dəqiqə gözlədin. Tart qəlibini yağlayıb bir az un səpin.
- Tart xəmirini qəlibə yayın.
- Kənarlarını qalın, ortasında isə çuxur buraxmalısınız. 175 ° C sobada bişirin toyuq sinəsi üçün bütün ərzaqları qazana əlavə edərək pudinq konsistensiyasına gələnə qədər qaynadın sonra 15 dəqiqə mikserlə çırpılır.
- Daha sonra tartın üzərinə əlavə olunur ən sonda üstünə vişnəli sos əlavə edilir.
Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq.Nuş olsun!
Toyuq sinəsi ilə Vişnə souslu Tart
15 Temmuz 2015 Çarşamba
Çiyələkli Tart

Ərzaqlar
- 250 qr. kərə yağı
- 2 ədəd yumurta
- 1 qəhvə fincanı süd
- 1 su stəkanı şəkər
- 2 su stəkanı un
- 1 paket vanil
- ½ çay qaşığı qabartma tozu
- Kremi üçün:
- 2 su stəkanı süd
- 2 yemək qaşığı un
- 1 ədəd yumurta
- 3 yemək qaşığı toz şəkər
- 1 paket vanil
- 1 desert qaşığı kərə yağı
- Üzəri üçün:
- 400 qr. çiyələk
Hazırlanması
- Kərəyağını əridərək şəkər, vanil və süd əlavə edərək mikser ilə qarışdırın.
- Yumurtaları əlavə edin. Un və qabartma tozunu ələkdən keçirib az az əlavə edin.
- 28 sm. hündürlüyündə olan tart qəlibini yağlayıp xəmiri içinə tökün.
- Daha əvvəldən ısıtmış olduğunuz 180 ° C sobada bişirin.
- Tart bazası soyuyarkən kremi hazır hala gətirin. Süd, un, şəkər, yumurta və vanili bir qazanda qarışdırıb orta atəşdə pudinq konsistensiyasına gələnə qədər bişirin.
- Ocaqdan götürmədən 2 dəqiqə əvvəl kərəyağını əlavə edib qarışdırın.
- Soyuyan tart bazasını qəlibdən çıxarın və ortadakı boşluğa krem doldurun.
- Çiyələkləri saplarından ayırıb dilimləyin və bəzəyərək süfrəyə təqdim edin.
Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq.Nuş olsun!
Çiyələkli Tart
14 Temmuz 2015 Salı
Limonlu Tart

Ərzaqlar
- 1 su stəkanı un
- 3 şorba qaşığı kərə yağı
- 1 qəhvə fincanı süd
- 3 yemək qaşığı pudra şəkəri
- 2 yumurta sarısı
- 3 ədəd limon
- 1 ədəd portağal
- 1,5 qəhvə fincanı su
- 1 paket tart jele
- 2 çay stəkanı toz şəkər
Hazırlanması
- Unu geniş yoğurma qabına tökün. 2. İçinə kərə yağı, yumurta sarısı, 1 çay qaşığı limon qabığı, süd əlavə edib yoğurun. Üstünü örtün və 1 saat köpməsini gözləyin.
- Limon və portağalı sıxın. Portağal və limon suyuna, şəkər, jele və su əlavə edib yavaş yavaş qarışdıraraq az atəşdə bişirin. 4. Rəngi tündləşincə ocaqdan alın soyumağa buraxın.
- Tart qəliblərinizi yağlayıb un səpin.
- Xəmiri qəlibə bərabər miqdarda əlavə edib əlinizlə xəmirin qəlibə yayılmasını təmin edin.
- 180 dərəcədə isidilmiş sobada 20 dəqiqə bişirin.
- Sobadan çıxdıqdan sonra üzərinə hazırladığınız jeleni tökün limon və ya portağal dilimlərini düzüb əlavə 10 dəqiqə limon dilimlərinin qızarması üçün sobaya qoyun. Nuş olsun!
Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq.
Limonlu Tart
13 Temmuz 2015 Pazartesi
Kalamarlı Makaron

Ərzaqlar
- 500 qram linguini makaron
- 1 kg Kalamar
- 2 Diş Sarımsaq
- 2 dənə pomidor
- cəfəri
- 1 əd. qırmızı acı bibər
- zeytun yağı
- duz
- qara bibər
Hazırlanması
- Kamalarlarımızı təmizlədikdən sonra halqa şəklində doğrayırıq.
- Sonrasında zeytun yağında qızartdığımız sarımsağı və bibərləri qızardıb kalamalarlara əlavə edirik.
- Kalamarları 10 15 dəq bişirdikdən sonra qabıqları soyulmuş kub şəklində hazırlanmış pomidorları əlavə edərək 35 40 dəq. qədər bişirməyə buraxın.
- Linguini makaronlarını paketin üzərindəki qaydalara uyğun bişirib hazir kalamar sousumuzu üzərinə əlavə edirik. Nuş Olsun.
Haqqında: Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.
Kalamarlı Makaron
12 Temmuz 2015 Pazar
Limonlu və Fıstıqlı Makaron

Ərzaqlar
- 1 su stəkanı cəfəri
- 1/2 su stəkanı sızma zeytun yağı
- 2 limon qabığı, çox incə jülyen doğranmış
- 1/2 paket antep fıstığı, yüngül qovrulmuş
- duz
- 1 çimdik qara bibər
- 1 limon (zövgə görə görə)
Hazırlanması
- Göyərtiləri kiçik doğrayıb geniş bir qaba qoyun.
- Zeytun yağını, limon qabıqlarını və fıstıqları əlavə edib qarışdırın.
- Duzunu əlavə edərək üzərini bağlayın.
- Otaq istiliyində 2 saat qədər salayın.
- Makaronu qaynadın. Suyundan 1 stəkan saxlayib qalanını süzün.
- Soyuq su ilə yaxalamadan ayırdığınız su və fıstıqlı və limonlu sous ilə qarışdırın.
- Qaba töküb bir az limon suyu və qara bibər səpin.
- Makaronumuz hazirdir, nuş olsun!
Haqqında: Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.
Limonlu və Fıstıqlı Makaron
11 Temmuz 2015 Cumartesi
Sobada Beşamelli Makaronu

Ərzaqlar
- Yarım paket uzun makaron
- 2 yemək qaşığı marqarin
- 1.5 su stəkanı holland pendiri rəndəsi
- 1.5 yemək qaşığı un
- 1.5 su stəkanı süd
- 1 çimdik muskat rəndəsi istəyə görə
- qara bibər
- duz
Hazırlanması
- Makaron ortadan ikiyə bölünərək suda 7-8 dəqiqə qədər qaynadıldıq dan sonra digər yanda kərə yağı əridilər və un əlavə olunaraq qovurlar.
- Bundan sonra süd əlavə edilir və davamlı qarışdırılaraq beşamel sousu hazırlanar.
- Daha əvvəl suyu süzülmüş makarona beşamel sousu, 1 stəkan holland pendiri rəndəsi, duz və ədviyyatlar əlavə olunur və qarışdırılır.
- Soba nimçəsi yağlanır və makaron qarışığı tökdükdən sonra üzərinə qalan holland pendiri rəndəsi səpilir.
- Daha əvvəldən 185 dərəcədə hazırladığımız sobaya verilir və üzəri qızarana qədər bişirilir. Nuş olsun!
Haqqında: Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.
Sobada Beşamelli Makaronu
10 Temmuz 2015 Cuma
Karacabey Mantısı

Ərzaqlar
- 1 paket hazır qaracabəy mantısı
- 1 ədəd bişmiş bütöv toyuq
- 1 kasa bişmiş noxud
- 500 qram sarımsaqlı qatıq
- 3 xörək qaşığı kərə yağı
- Pul bibər
- Qara bibər
- Duz
Hazırlanması
- Bütöv toyuğu 2 xörək qaşığı kərə yağı, duz, qara bibərlə yaxşıca buğa verin.
- Bəzi tərəflərdə bu prosesə “buğlama” da deyilir.
- Qaracabəy mantısını şüşə qaba düzün, sobada bir az isidin, sonra üzərinə qaynanmış toyuq suyu (bulyon) tökün.
- Toyuq ətini mantıların üzərinə didib tökün və yenidən sobaya qoyaraq suyu çəkilənə qədər qabı fırladaraq bişirin.
- Qabı sobadan çıxarandan sonra təamın üzərinə sarımsaqlı qatıq, bir xörək qaşığı kərə yağında qızardılmış pul bibər tökün.
Haqqında: Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!
Karacabey Mantısı
9 Temmuz 2015 Perşembe
Tərəvəzli Spagetti

Ərzaqlar
- 350 qr. spagetti
- ¾ çay stəkanı zeytun yağı
- 1 ədəd balqabaq
- 1 ədəd kök
- 1 ədəd qırmızı soğan
- 2 diş sarımsaq
- 1 ədəd qırmızı bibər
- 1 ədəd yaşıl bibər
- Nanə
- Duz
Hazırlanması
- Spagettini paketinin üzərindəki bişirmə qaydalarına uyğun bişirin.
- Tərəvəzləri yaxşıca yuduqdan sonra kökün qabığını soyub, balqabağı qalın zolaqlarhalında doğrayın.
- Biberleri və havucu incə lent, qırmızı soğanı iri halqa şəklində kəsin.
- Sarımsakları incə olaraq doğramaq geniş bir tavada sarımsaq və soğanlarısoteleyin.
- Biberleri əlavə edərək, balqabaq və havucu qaynar suda 5 dk. gözlədib tavaya əlavə edin.
- Duz ilə tatlandırıp ocaqdan alın.
- Suyunu süzdürdüğünüz spagettiyi tərəvəzlərlə harmanlayın və üzərini nanə iləbəzəyib xidmət edin.
Haqqında: Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!
Tərəvəzli Spagetti
8 Temmuz 2015 Çarşamba
Kremli Pirojna
Ərzaqlar
- Xəmir üçün:
- 1 ədət yumurta
- bir yarım su stəkanı un
- yarım stəkan ərinmiş yağ
- yarım stəkan süd
- 15 qr yaş maya
- yarım stəkan şəkər
- 1 çay qaşığı duz
Krem üçün:
- 3 şorba qaşığı un
- 1 su stəkanı süd
- yarım su stəkanı şəkər
- yarım çay stəkanı krem
- üzərinə səpmək üçün pudra şəkəri.
Hazırlanması
- İlıq 1 su stəkanı südün içinə mayanı əlavə edin.
- Eyni qabın içinə maye yağ, şəkər, yumurta, duz, unu əlavə edib yoğurun.
- Yoğururken unu az-az tökün. Mayalanması üçün üstünü örtüb 30 dəqiqə qədər gözlədin.
- Bir qazana unu, vanili, südü və şəkəri qoyub zəif atəşdə tündləşənə qədər qarışdırın.
- Krem tündləşdikdən sonra soyuması üçün bir az gözlədin.
- Soyuduqdan sonra üzərinə kremi əlavə edib qarışdırın.
- Beləliklə kremimiz də hazır oldu.
- Mayalanan xəmirdən tenis topu boyda yumru kündələr kəsib düzəldirik, yağladığımız soba qəliblərinə qoyuruq.
- Sobanı 170 dərəcədə açıb bir az isitdikdən sonra xəmirləri sobaya veririk.
- Bir az qızarana qədər sobada bişirin. Bişən xəmirləri sobadan çıxardıqdan sonra soyumalarını gözləyirik.
- Soyuyan xəmirləri bıçaqla ortasından bir az kəsirik və içinə hazırladığımız kremi doldururuq.
- Son olaraq kremli priojnamızın üzərinə pudra şəkəri səpirik. beləliklə pirojnamız hazırdı.
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, kremli pirojnanız yumşaq olacaq.Nuş olsun!
Kremli Pirojna
7 Temmuz 2015 Salı
Badımcanlı Makaron

Ərzaqlar
- Yarım su stəkan makaron
- Kifayət edəcək qədər su
- 3 ədəd orta ölçülü badımcan
- 4 xörək qaşığı duru yağ
- 1 xörək qaşığı kərə yağı
- 1 ədəd kiçik ölçülü soğan
- 250 qram qıyma
- 3-4 ədəd incə doğranmış uzunsov bibər
- 1 çay qaşığı tomat
- 2-3 budaq yaşıl reyhan
- Duz
- İstiot
Hazırlanması
- Makaronu duzlu suda qaynadıb süzdükdən sonra qırağa qoyun.
- Badımcanları ikiyə bölüb içlərini çıxarın.
- İçlərinə duru yağ sürtün.
- Əvvəldən isidilmiş 180 dərəcə sobada yüngülcə qızarana qədər bişirin.
- Kərə yağını əridib incə doğranmış soğanı rəngi dəyişənə qədər qovurun. Üzərinə qıymanı əlavə edin.
- 5 dəqiqə sonra uzunsov bibər və tomatı əlavə edin.
- Bibər bir az qovrulunca incə doğranmış pomidor, duz və qara bibəri əlavə edin.
- Bir neçə dəqiqə sonra qaynadılmış makaronu əlavə edin. 2-3 dəqiqə bişirib kənara qoyun.
- Sobada yüngülcə bişirdiyiniz badımcanların içinə makaronlu içliyi əlavə edin.
- Bir soba qabına yerləşdirib əvvəldən isidilmiş 180 dərəcə sobada üzəri qızarana qədər bişirin.
- Reyhan yarpaqları ilə bəzəyərək servis edin..
Haqqında: Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!
Badımcanlı Makaron
6 Temmuz 2015 Pazartesi
Beşamel Souslu Makaron

z
Ərzaqlar
- Yarım paket “borucuq” makaron
- 1 kasa doğranmış parmezan pendiri
- Beşamel sousu üçün:
- 1/2 xörək qaşığı kərə yağı
- 1,5 xörək qaşığı un
- 1 stəkan süd
- Duz
- Qara bibər
- Döyülmuş muskat
- Ət sousu üçün:
- 200 qram çəkilmiş qoyun əti
- 1 baş doğranmış soğan
- 1 xörək qaşığı yağ
- 1 xörək qaşığı tomat
- 1 ədəd doğranmış pomidor
- 1/2 incə doğranmış cəfəri
- Duz
- Qara bibər
- Müxtəlif ədviyyatlar
Hazırlanması
- Tavaya bir qədər su töküb qaynadın, makaron və duz atıb yaxşıca bişirin.
- Başqa qabda isə bir tavaya azacıq kərə yağı tökün, incə doğranmış soğan tökün, qoyun ətini əlavə edin, bişənə qədər qovurun.
- Bir qədər su əlavə edin, ədviyyatları və duzu töküb qarışdırın, ən axırda cəfərini əlavə edin.
- Bişmiş makaronun suyunu süzün, makaronları yağlanmış şüşə qaba dzün. Makaronların bir-birinə yapışmaması üçün yumurta, parmezan pendiri və ya holland pendirindən istifadə edə bilərsiniz.
- Yaxud da bir yumurta sındırıb çalın, makarona qatın və onları düzün.
- Makaronların hamısını düzəndən sonra aralarını və içlərini çay qaşığı ilə ahəstə şəkildə doldurun, qalan ətli sousu üzərinə tökün.
- Beşamel sousu üçün də tavaya kərə yağı atın, un əlavə edin, sonra yavaş-yavaş süd töküb qarışdırın.
- Məhlulun bircinsli olması üçün duz, qara bibər və muskat əlavə edərək qarışdırın.
- Alınmış sousu sonra ətli sousun üzərinə tökün, axırda doğranmış holland pendiri əlavə edin.
- Bütün bunları sobaya qoyun, üstü qızarana qədər bişirin, bişəndən sonra şüşə qabdan çıxarın.
Haqqında: Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!
Beşamel Souslu Makaron
5 Temmuz 2015 Pazar
Bolonyai Spaghetti

Ərzaqlar
- 1 paket spagetti
- 250 qram çəkilmiş dana əti
- 1 baş soğan
- 1 xörək qaşığı tomat
- 4 pomidor
- Duz
- Qara bibər
- Cəfəri
- 2-3 xörək qaşığı zeytun yağı
Hazırlanması
- Soğan, pomidor və sarımsağı doğrayın.
- Sous qabı və ya tavaya zeytun yağı tökün, soğana bir qədər duz vuraraq ağarana qədər qovurun, sonar tomat əlavə edin və qovurmağa davam edin.
- Dana əti və sarımsağı qarışdıraraq 4-5 dəqiqə bişirin. Ətin rəngi dəyişən kimi doğranmış pomidorları əlavə edin.
- Təxminən 10-15 dəqiqə vam odda bişirin, sonra spagettinin üzərinə tökərək süfrəyə verin.
Haqqınıda: Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!
Bolonyai Spaghetti
4 Temmuz 2015 Cumartesi
3 Temmuz 2015 Cuma
Qabırğa Dolması

Ərzaqlar
- 3 kq qoyun qabırğası
- 1,5 su st. düyü
- 250 q qoyun əti
- 1 ç.q. bəyaz istiot
- 1 ç.q. qara istiot
- 0,5 qəhvə qaşığı darçın
- 1 ç.q. duz
- 2 soğan
- 0,5 su st. badam
- 0,5 su st. antep fıstığı
- 0,5 dəstə cəfəri
qapağı bərkitmək üçün:
- 1,5 su st. un
- 1 x.q. duz
- 1 st su
sous:
- 1,5 x.q. qatıq
- 1 x.q. kərə yağı
- 4-5 budaq rozmarin
Hazırlanması
- Düyünü duzlu suda 10-15 dəqiqə isladın.
- Qabırğanın üzərini cib kimi kəsin. 1 soğanı xırda doğrayın.
- Düyünü, antep fıstığını (yaxud qovrulmuş badam, dolma (şam) fıstığı), istiot, bəyaz istiot, doğranmış cəfəri, xırda doğranmış quzu ətini, azca duz, darçın əlavə edib qarışdırın. Quzu qabırğasının içinə doldurun.
- Ağzını tikin. İri qazana qoyun. Üstünə su tökün. Yanına bir iri bütöv (qabığı təmizlənmiş) soğan qoyun.
- Qazanın qapağını örtün.
- Kip olsun deyə un, su və duzdan xəmir yoğurun, qapağın qırağı ilə qazanın ağzına xəmiri yapışdıraraq bərkidin 2 saat vam odda bişdikdən sonra siniyə qoyun.
- Üzərinə kərə yağı, qatıq, istəsəniz, azca tomat pastasının qarışığından olan sous çəkin. Rozmarin səpin. Sobada üstü qızaranadək bişirin. Nuş olsun!
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.
Qabırğa Dolması
2 Temmuz 2015 Perşembe
Soyutma

Ərzaqlar
- 1,5 kq sümüklü qoyun əti
- 1 ədəd baş soğan
- Ç.q ucunda sarıkök
- Duz
- Istiot
Hazırlanması
- Yuyulan əti qazana qoyub bişiririk.
- Suyu qaynamağa başlayanda kəfini yığırıq.
- Bişməyə 15-20 dəq qalmış əti suyundan çıxarıb əti qazana yenidən yığırıq.
- Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.
- Xırda doğranmış soğanı və sarıkökü ətin üstünə tökürük.
- Üstünə duz, istiot və ətin suyundan əlavə edirik.
- Hazır olana qədər bişiririk. (Az qatı suyu qalmalıdır).
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!
Soyutma
1 Temmuz 2015 Çarşamba
Bozartma

Ərzaqlar
- 500-700 q yağlı qoyun əti,
- 4 əd soğan,
- 5 əd pomidor,
- 3 x.q şüyüd və keşniş,
- qara istiot (dən yaxud döyülmüş)
- duz
Hazırlanması
- Kiçik tikələrlə doğranmış qoyun ətinin üzərinə soyuq su tökülür və qoyulur qaynamağa, üzünə çıxan kəfi yığılır.
- Təxminən 1.5 saat qaynamalıdır.
- Sonra qoyun əti odun üzərindən götürülür, öz yağında (bulyondan yığılmış) yarımhalqa şəkilində doğranmış soğanla bir yerdə qovurulur
- Xırda doğranmış pomidorlar və yaşıl bolqar bibəri əlavə edib, onların şirəsi çıxana qədər qovururuq. Sonra üzərinə süzülmüş bulyonuda tökürük, duz istiot vurub qoyuruq birazda qaynasın.
- Süfrəyə verilərkən üzərinə xırda doğranmış göyərti səpilir.
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!
Bozartma