31 Mayıs 2016 Salı

Şaftalılı yoqurt dondurması

Ərzaqlar


  • 4 ədəd şaftalı

  • 4 yemək qaşığı yoqurt

  • 2 yemək qaşığı bal

Hazırlanması



  1. Şaftalıların çəyirdəklərini çıxarın.

  2. Bal, yoqurt və şaftalını 3 dəqiqə rondodan keçirin.

  3. Plastik bir qabda soyuducuya qoyun.

  4. Təqribən 3-4 saat saxlayın.

  5. Əgər çox sərtləşibsə çöldə sadəcə 10-15 dəqiqə saxlamağınız kifayətdir..



Nuş olsun!


Şaftalılı yoqurt dondurması həm gözəl görünüşü, həm də dadı olan şirniyyatdır.



Şaftalılı yoqurt dondurması

30 Mayıs 2016 Pazartesi

Süd dilimi

Ərzaqlar


  • 2 yumurta

     


  • 1,5 qəhvə fincanı şəkər

     


  • 1,5 qəhvə fincanı süd

     


  • 1 qəhvə fincanı duru yağ

     


  • 1 su stəkanı un

     


  • 1,5 yemək qaşığı kakao

     


  • yarım paket qabartma tozu

     


  • Kremi üçün;

     


  • 1 paket krem (200 ml)

     


  • 1 paket toz krem şanti

     


  • 2 yemək qaşığı süd

  • 2-3 damcı limon suyu


Hazırlanması


  1. Əvvəlcə krem üçün bütün ərzaqları qarışdırın.

  2. Mikserlə çırpın.

  3. Tündləşəndə  şkafa qoyun.

  4. Keks üçün yumurta və şəkəri çırpın.

  5. Kremi əmələ gələndə un istisna olmaqla bütün ərzaqları əlavə edərək ən son unu tökün.

  6. Yağlı kağız sərili kvadrat qaba xəmiri tökün. 180 dərəcədə bişirin.

  7. Bişirirkən ilk 10 dəqiqə sobanın qapağını bir neçə dəfə açın.

  8. Beləliklə keksin ortası qabarmayacaq, keksimiz düz olacaq.

  9. Təqribi 17 dəqiqə bişiririk.

  10. Sobadan çıxan keksin ilk istiliyi gedəndən sonra keksi yavaşca sıxın düzləşdirin.

  11. Keks soyuyanda ortadan 2-yə kəsin, istəsəniz dilimləyin.

  12. Keksin ortasına kremi qoyaraq yayın.

  13. Dilimləyərək soyuducuda  2-3 saat saxlayın.



Nuş olsun!


Süd dilimi asan hazırlanan şirniyyatdır.



Süd dilimi

29 Mayıs 2016 Pazar

Qəfəs tortu

Ərzaqlar


  • Ispanaqlı pandispanya üçün; 

  • 2 yumurta 

  • 1 çay stəkanı şəkər 

  • 2 yemək qaşığı ıspanaq suyu 

  • 1 çay stəkanı + 1 yemək qaşığı un 

  • Yarım çay qaşığı qabartma tozu 

  • kakaolu pandispanya 

  • 2 yumurta 

  • 1 çay stəkanı şəkər 

  • 1 yemək qaşığı kakao 

  • 1 çay stəkanından biraz az un 

  • Yarım çay qaşığı qabartma tozu 

  • Kremi üçün; 

  • 1 yumurta sarısı 

  • 3 su stəkanı süd 

  • 2 yemək qaşığı nişasta 

  • 1, 5 yemək qaşığı un 

  • 3 yemək qaşığı hindistan qozu 

  • 1 vanil 

  • 1 yemək qaşığı kərəyağ 

  • 4 yemək qaşığı şəkər 

  • Arasına banan


Hazırlanması


  1. Əvvəlcə kremi hazırlayaq.

  2. Vanil, kərəyağ istisna olmaqla qalan ərzaqları çırpıb qaza qoyaq tündləşənə qədər qarışdıraraq bişirək.

  3. bişdikdən sonra qazın altını söndürüb kərəyağ ilə vanil əlavə edib qarışdırın.

  4. Pandispanya üçün böyük dördbucaq qabın içinə yağlı kağızı səririk.

  5. əvvəlcə şəkər, yumurta ağarana qədər çırpıb digər ərzaqları əlavə edib qaşıqla qarışdırıb qaba tökək.

  6. əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 10 dəqiqə bişirək.

  7. 10 dəqiqəni keçməsin. 10 dəqiqədən sonra sobadan götürüb nəm parçanın üzərinə qoyaq pandispanyanı soyuyanda uzun şəkildə kəsək.

  8.  Alüminium folqa üzərində bu uzun xəmirlərdən qəfəs hörək.

  9. Üzərinə kremi yayıb banan qoyub rulo şəklində bükək.



Nuş olsun!


Qəfəs tortunun hazırlanması biraz zaman alsa da, çox ləzzətli şirrniyyatdır.


 



Qəfəs tortu

27 Mayıs 2016 Cuma

Profiterol

Ərzaqlar


  • 125 qr marqarin (yarım paket) 

  • 3 ədəd yumurta 

  • 1 su bardağı su 

  • 1 su stəkanı  un 

  • Kremi üçün; 

  • 2,5 su stəkanı süd 

  • 1,5 çay stəkanı şəkər tozu 

  • 3 yemək qaşığı un 

  • 1 paket vanil 

  • Üzəri üçün; 

  • 1 paket hazır şokolad sousu 

  • 2,5 su stəkanı süd


Hazırlanması


  1. Marqarin və suyu qazanda qaynadırıq  marqarin əriyib su qaynayandan sonra üzərinə 1 su stəkanı unu ələyib tez tez qarışdırırıq.

  2. xəmir qatılaşandan sonra 2-3 dəqiqə yenə qarışdırıb altını söndürüb xəmiri soyumağa qoyuruq.

  3. Xəmir soyuduqdan sonra 1 ədəd yumurtamızı xəmirə sındırıb mikser vasitəsilə yumurtanı xəmirə yaxşıca hopdururuq.

  4. Daha sonra 1 yumurta daha qırıp təkrar yumurtanı xəmirə hopdururuq,eyni şəkildə son yumurtanı da etdikdən sonra əlimizə iki  ədəd yemək qaşığı götürüb xəmirdən biraz alıb yağladığımız və ya yağlı kağız sərdiyimiz sini qaba iki qaşıq köməyi ilə şəkildə göründüyü kimi xəmirləri düzürük.

  5. Bütün xəmiri bu şəkildə etdikdən sonra 180 dərəcə sobada qapağını heç açmadan xəmirlərimizi bişirməyə qoyuruq.

  6. Onlar bişərkən kremi və şokolad sousumuzu hazırlayaq.

  7. Krem üçün bir qazanın içinə süd, şəkər, unu qoyub qarışdırırıq.

  8. Krem göz göz atmaya başladıqdan sonra altını söndürüb vanili əlavə edib təkrar qarışdırıb soyumağa qoyuruq.

  9. Şokolad sousunu da paketin arxasında yazılan qaydada hazırlayıb soyumağa qoyuruq.

  10. O arada qabaran və üzəriləri yüngül qızaran xəmirlərimizi sobadan çıxarırıq.

  11. İlk istiliyi keçəndən sonra 1 bıçaq köməyi ilə qoparmadan ortadan ikiyə kəsip arasına yemək qaşığı ilə krem doldurub servis boşqabına tək tək düzürük.

  12. Bütün xəmirləri bu şəkildə edib ən son profiterolların üzərinə şokolad sousu gəzdiririk.



Nuş olsun!


Profiterol asan hazırlanan şirniyyatdır.



Profiterol

26 Mayıs 2016 Perşembe

Peçenye ilə banan dolması

Ərzaqlar


  • 2 paket peçenye

  • 3 yemək qaşığı kakao

  • Yarım çay stəkanı pudra şəkəri

  • 1 paket şəkərli vanil

  • 1, 5 su stəkanı süd

  • 1, 5 yemək qaşığı kərəyağı vəya marqarin(əridilmiş)

  • Arası üçün;

  • banan

  • Üzəri üçün;

  • şokolad

  • fıstıq


Hazırlanması


  1. Əvvəlcə peçenyeləri un halına gətiririk.

  2. Daha sonra digər ərzaqları qatıb yoğururuq.

  3. Streçi açıb içinə hazırladığımız qarışımı səririk.

  4. Ortasına bananı qoyub qatlayıb soyuducuya qoyuruq.

  5. 30 dəqiqə gözlədikdən sonra çıxarıb dilimləyib əridilmiş şokolada batırıb üzərini fıstıqla bəzəyirik.



Nuş olsun!


Peçenye ilə banan dolması asan hazırlanan şirniyyatdır.



Peçenye ilə banan dolması

25 Mayıs 2016 Çarşamba

Möhtəşəm marduk tortu

Ingredients


  • 1 paket peçenye

     


  • 2 paket krem şanti

     


  • 2 su stəkanı soyuq süd

     


  • Üzərinə ;

     


  • 1 paket şokolad sousu


Hazırlanması


  1. Şokolad sousu 2 su stəkanı süd ilə hazırlanır və soyumağa buraxılır.

  2. Arada bir çırparaq qabıq bağlanmasının qarşısı alınır və o şəkildə soyudulur.

  3. 2 su stəkanı soyuq süd ilə 2 qutu krem şanti qatılaşana qədər çırpılır.

  4. peçenye krem şantiye sürtülür və uyğun qaba düzülür.

  5. ən son soyumuş olan şokolad sousu üzərinə gəzdirilir və yavaşça düzləndirilir.

  6. Üzəri streç ilə örtülür yumşaq olması üçün 1 gecə saxlanılır.

     


    Not : Orjinalda 1 paket duru krem ( 200 gr ) və 200 gr şokolad ilə qarışdırılır üst sousu hazırlanılır. O şəkildə də edə bilərsiniz. Tort dilimlənərək servis edilir.




Nuş olsun!


Möhtəşəm marduk tortu asan hazırlanan şirniyyatdır.



Möhtəşəm marduk tortu

24 Mayıs 2016 Salı

Meyvəli yaş tort

Ərzaqlar


  • Pandispaniya üçün:

     


  • 5 yumurta

     


  • 1 su stəkanı şəkər

     


  • 1, 5 qəhvə fincanı nişasta (küçük fincan)

     


  • 2 kahve fincanı un (kiçik fincan)

     


  • 1 qabartma tozu

     


  • 1 vanil

     


  • 3 yemək qaşığı duru yağ

     


  • 2 yemək qaşığı su

     


  • Keksi islatmaq üçün:

     


  • 1 su stəkan süd

     


  • Arası üçün:

     


  • 1 paket sadə krem şanti

     


  • banan, kivi, damla şokolad

     


  • Üzərini bəzəmək üçün:

     


  • Banan, kivi,mandalin

     


  • tortun yanlarına səmək üçün:

     


  • tort bəzəyi şokolad


Hazırlanması


  1. İlk öncə yumurta və şəkəri ağ olana qədər çırpın.

  2. Sonra digər ərzaqları sıra ilə əlavə edib çırpın.

  3. Yağlı kağız sərilmiş soba qabına tökün və 180 dərəcədə isidilmiş 15 dəqiqə qapağını açmadan üzəri çəhrayı olana qədər bişirin.

  4. Soyuduqdan sonra eninə ikiyə kəsin və 1 su stəkanı ssüd ilə keksi isladın.

  5. İçinə krem şantini reseptinə görə çırpın bir qismini ayırın(onu üzərinə istifadə edəcəyik).

  6. Meyvələrdən bir qismini küp küp doğrayın və damla şokoladı da əlavə edin bir  qaşıq ilə qarışdırın.

  7. Meyvəli krem şantinin hamısını tortun içinə sürtün.

  8. Digər keksi örtün və ayırdığımız krem şantini bütün torta sürtək.

  9. Kənarlarına da şokolad bəzəyini səpin.

  10. Üzərlərinə meyvələri kəsip bəzəyin.

  11. Ən az yarım gün soyuducuda gözlədərək servis edə bilərsiniz.



Nuş olsun!


Meyvəli yaş tort asan hazırlanan şirniyyatdır.



Meyvəli yaş tort

23 Mayıs 2016 Pazartesi

Limonlu bize cheesecake

Ərzaqlar


  • 400 gr peçenye

  • 130 gr  (1/2 su stəkanı + 1 yemek qaşığı) ərimiş kərəyağ

  • 540 gr (1 su stəkanı  + 1/4 su stəkanı) labne pendiri (otaq temperaturunda)

  • 150 gr (3/4 su stəkanı) şəkər tozu

  • 3 ədəd yumurta

  • 200 ml (1 kiçik qutu) krem (otaq temperaturunda)

  • 1 yemək qaşığı vanil

  • 1 limonun rəndələnmiş qabığı və suyu

  • 4 yumurta ağı (otaq temperaturunda)

  • 120 gr (1/2 su stəkanı + 1 yemək qaşığı) şəkər tozu


Hazırlanması


  1.  Sobanızı 160 dərəcədə isitməyə başlayın.Qəlibin yanlarını və dibini biraz duru yağlayın və dibinə dairəvi kəsdiyiniz yağlı kağızı yapışdırın.

  2.  Peçenyeləri toz halına gələnə qədər xırdalayın.

     


  3.  Bir qaba peçenyeləri qoyub içinə ərimiş kərəyağını qoyun qarışdırın ərzaqları peçenyelərə yedirin.

  4.  Qəlibimizə tökün və kənarlarına və dibinə bərabər şəkildə qaşıq ilə və ya əlinizlə yayın.

  5.  Labne pendirini mikserle çırptıqdan sonra yavaş yavaş əvvəlcə yumurtaları, sonra kremi, limon suyu və qabıqları, krem, vanil və şəkər tozunu əlavə edin. Sadəcə qarışana qədər çırpın.

  6.  Peçenyenin üzərinə bu qarışımı tökün.

  7.  Yumurta ağlarını bir qabda köpük olana qədər çırpın. Şəkər tozunu əlavə edərək bir yandan çırpmağa davam edin.Yumurta ağı qabaranadək çırpın, qəlibimizin üzərinə tökün və qaşıqla kənarlarına daşırmadan yayın.

  8.  Sobada 1 saat bişirin. Sonra sobanı söndürün və soba qapağının arasına 1  taxta qaşıq qoyun və cheesecake tamam soyuyana qədər sobada saxlayın

     


  9.  Soğuduqdan sonra soyuducuya qoyun və sonra servis edə bilərsiniz.



Nuş olsun!


Limonlu bize cheesecake asan hazırlanan şirniyyatdır.



Limonlu bize cheesecake

22 Mayıs 2016 Pazar

Külək gülü peçenyesi

Ərzaqlar


  • 250 qram kərə yağ ya da marqarin 

  • 1 yumurta

  • 1.5 su stəkanı pudra şəkəri

  •  2 su stəkanı qarğıdalı nişastası 

  • Aldığı qədər un 

  • 1 paket qabartma tozu(olmasa da olar)

     


  • 1 paket vanil 

  • 2 yemək qaşığı kakao

Hazırlanması



  1. Otaq temperaturunda bütün ərzaqlar yoğurulur.

  2. Yumşaq bir xəmir əldə edilir.

  3. Xəmirin yarısı ayrılır, kakao əlavə olunur, yoğurulur.

  4. Kakaolu və sadə xəmirdən qoz böyüklüyündə hissələr qoparılır, nazik uzun şəkilə salınır.

  5. Birbirinə dolanır.

  6. Daha sonra içə doğru gül kimi burulur.

  7. 170 dərəcədə üzəri yüngül çəhrayı olana qədər bişirilir.



Nuş olsun!


Külək gülü peçenye asan hazırlanan şirniyyatdır.



Külək gülü peçenyesi

21 Mayıs 2016 Cumartesi

Karton stəkan keks

Ərzaqlar


  • 1 su stəkanı şəkər

     


  • 1 su stəkanı duru yağ

     


  • 1 su stəkanı qatıq

     


  • 3 yumurta

     


  • 2 su stəkanı un

     


  • 1 paket qabartma tozu və vanil

     


  • 3 yemək qaşığı kakao

     


  • 10 karton stəkan

     


  • Kremi üçün;

     


  • 1 litr süd

     


  • 4 yemək qaşığı un

     


  • 2 yemək qaşığı nişasta

     


  • 5 yemək qaşığı şəkər

     


  • 1 paket toz krem şanti

     


  • Üzəri üçün:

     


  • Çiyələk

     


  • Şokolad sosu


Hazırlanması


  1. Yumurta və şəkər köpüklənənə qədər çırpılır.

  2. Sonra qatıq, yağ əlavə edilir.

  3. Un, qabartma tozu, vanil və kakao əlavə edilir.

  4. Karton stəkanlar yarısına qədər keks doldurulur.

  5. stəkanları yağlamayın, asanlıqla çıxır.

  6. 180 dərəcədə təqribən 20 dəqiqə bişirin ama arada kürdan ilə yoxlayın.

  7. Kekslər bişdikdən sonra biraz soyumağa qoyun daha sonra stəkanları kəsin və kekslərin üst hissələrini kəsin düzləşdirin.

  8. Mən içini oydum. Süd, un, nişasta, şəkəri qazana qoyuruq və bişiririk.

  9. Altını söndürək ama arada qarışdıraq ki qabıq bağlamasın biraz soyuduqdan sonra krem şantiyi əlavə edək və çırpaq.

  10. Kekslərin içini dolduraq və daha sonra şokolad sousu tökək çiyələk ilə bəzəyib servis edək.



Nuş olsun!


Karton stəkan keks asan hazırlanan şirniyyatdır.



Karton stəkan keks

20 Mayıs 2016 Cuma

Ispanaqlı mini köstəbək tortlar

Ərzaqlar


  • 4 yumurta

     


  • 1 su stəkanı şəkər

     


  • 1 su stəkan ispanaq püresi

     


  • 1 su stəkanı süd

     


  • 1 su stəkanı duru yağ

     


  • 2 su stəkanı un

     


  • 1 paket qabartma tozu

     


  • 1 paketvanil

     


  • Krem üçün:

     


  • 500 ml süd

     


  • 2 yemək qaşığı kərəyağı

     


  • Yarım su stəkanı un

     


  • 1 yemək qaşığı nişasta

     


  • 1 su stəkanı şəkər

     


  • 1 paket vanil

     


  • İçi üçün:

     


  • 3 ədəd banan 2-3 ədəd çiyələk


Hazırlanması


  1. Yumurta və şəkəri yaxşıca çırpılır.

  2. Içinə sırasıyla digər ərzaqları qarışdırılır.

  3. Yağlı kağız sərili soba qabına tökülür və sobaya atılır.

  4. Keks bişib soyuduqdan sonra dairəvi şəkildə içləri oyulur içlərinə banan və çiyələklər qoyulur.

  5. Üzərinə kremi sürtülür qalan kekslər də əldə xırdalanır və kremin üzərinə sərpilir.



Nuş olsun!


İspanaqlı mini köstəbək tortlar asan hazırlanan şirniyyatdır.



Ispanaqlı mini köstəbək tortlar

19 Mayıs 2016 Perşembe

Həlqə şirniyyatı

Ərzaqlar


  • 250 ml su (1 su stəkanı + stəkanın dibindən 2 barmaq su)

     


  • 150 gram un (1, 5 su stəkan)

     


  • 3 ədəd yumurta ( lazım olsa 1 ədəd daha)

     


  • 4 yemək qaşığı dolusu irmik

     


  • 60 qram marqarin

     


  • Çox az duz

     


  • Çok az şəkər tozu

     


  • Şərbəti üçün ərzaqlar;

     


  • 3 su stəkan dolusu şəkər tozu

     


  • 2 su stəkan su

     


  • 1/4 limon

     


  • Üzərinə;

     


  • Yaşıl fıstıq vəya qozu

Hazırlanması



  1. Əvvəlcə şərbətin ərzaqlarını qaynadıb soyudun.

  2. Daha sonra suyu, marqarini ocağa qoyub içinə duzu və şəkəri atın qaynadın.

  3. Qaynayında ununu əlavə edib 3- 4 dəqiqəqovurub kənara qoyun.

  4.   Mikserlə çırparaq soyudun və soyumağa başlayanda yumurtaları tək tək qırın.

     


  5. Əyər çox sərt və kəsik kəsik olsa 1 yumurta daha əlavə edin.

  6. Soyuyanda irmiyi əlavə edib soyuq duru yağa həlqə şəklində qoyun və altını yandırın.

  7. Yağ isindikçə qabaracaq vəqızaracaq.

  8. Hər iki tərəfini qızardın, şərbətə salın.

  9. Çıxarıb servis edin.

  10. Yaşıl fıstıq yada qozu iləbəzəyin.



Nuş olsun!


Həlqəasan hazırlanan şirniyyatdır.



Həlqə şirniyyatı

18 Mayıs 2016 Çarşamba

Hazır tartolet

Ərzaqlar


  • 1 paket hazır tartolet qəlibləri

     


  • 1 su stəkanı süd

     


  • Çikolata sos

     


  • kivi

     


  • banan


Hazırlanması


  1. Çok asan və ləzzətli.

  2. Paketdəki qarışımı 1 südlə çırpırıq.

  3. Tartolet qəliblərinə istər sıxma torbası istərsə də qaşıqla kremdən doldururuq.

  4. Üzərinə  doğradığımız meyvələri qoyuruq.

  5. Istəsəniz şokolad sos ilə servis edə bilərsiniz.



Nuş olsun!


Hazır tartolet asan hazırlanan şirniyyatdır.



Hazır tartolet

17 Mayıs 2016 Salı

Çiyələkli trifle

Ərzaqlar


  • 500-600 qr. çiyələk

     


  • 2 ədəd banan

     


  • 1/2 paket çiyələkli jele

     


  • 12 ədəd peçenye

     


  • 1 ədəd yumurta sarısı

     


  • 2 yemək qaşığı un

     


  • 2 yemək qaşığı nişasta

     


  • 3/4 su stəkanı şəkər tozu

     


  • 1 litr süd

     


  • 1 paket vanil

     


  • 2 yemək qaşığı marqarin

     


  • 1 qutu labne pendir (200 gr.)


Hazırlanması


  1. 1.5 stəkan süd peçenye üçün ayrılır.

  2. Qalanı yumurta sarısı, nişasta, un və şəkər qarışdırılaraq bişirilir.

  3. Qazdan götürdükdən sonra vanil və marqarin əlavə edilərək mikser köməyi ilə 5 dəqiqə çırpılır.

  4. Biraz soyuduqdan sonra labne pendir əlavə olunur və 5 dəqiqə çırpılır.

  5. Dərin və şəffaf bir kasanın kənarlarına çiyələklər incə dilimlər halında qoyulur.

  6. Dibinə 2 qaşıq krem yayılır.

  7. 1.5 stəkan süd 2 qaşıq şəkər ilə qarışdırılır və peçenyelər bu qarışıma batırılaraq kremin üzərinə sıralanır.

  8. Üzərinə 4 qaşıq krem yayılır və incə dilimlənmiş çiyələklər düzülür.

  9. Çiyələklərin üzərinə kremlər yayılır.

  10. Kremdən sonra ən üstə banan və çiyələk düzülür.

  11.  Kasaların ən üstü 1-2sm jele üçün boş buraxılır.

  12. Hazırlanan jele meyvələrin üzərinə tökülür.

  13. Soyuducuda 7 saat gözlədilir.

  14. Sonra servis edilir.



Nuş olsun!


Çiyələkli trifle çox insan tərəfindən sevilən meyvəli şirniyyatdır.



Çiyələkli trifle

16 Mayıs 2016 Pazartesi

Çiyələkli tortlar

Ərzaqlar


  • Keksi üçün:

     


  • 3 yumurta

     


  • 1 su stəkanı şəkər

     


  • Yarım su stəkanı ilıq su

     


  • 2 çay stəkanı un

     


  • 1 paket vanil

     


  • Yarım paket qabartma tozu

     


  • Kremi üçün:

     


  • 2, 5 su stəkanı süd

     


  • 2 qaşıq nişasta

     


  • 2 qaşıq un

     


  • Yarım çay stəkanı şəkər


Hazırlanması


  1. 3 yumurtanı 1 su stəkanı şəkərlə çırpın üzərinə yarım su stəkanı ilıq su əlavə edin.

  2. 2 çay stəkanı un 1 paket vanil yarım paket qabartma tozu əlavə edib qarışdırın.

  3. Yağlı kağız sərdiyimiz soba qabına tökün isinmiş 180 dərəcə 8 dəqiqə bişirək.

  4. Çıxarıp soyudun .

  5. Kremi üçün 2, 5 su stəkanı süd 2 qaşıq nişasta 2 qaşıq un yarım çay stəkanı şəkər qarışdıraq qaynadaq.

  6. Soyumağa qoyaq.

  7. Kremi keksə sürtüb rulon edək dilim dilim kəsip üzərinə qalan kremi sıxaq çiyələklə bəzəyək.



Nuş olsun!


Çiyələkli tortlar asan hazırlanan şirniyyatdır.



Çiyələkli tortlar

15 Mayıs 2016 Pazar

Çiyələkli friqo

Ərzaqlar


  • Yarım kilo çiyələk

     


  • 1 yemək qaşığı un

     


  • 3 yemək qaşığı nişasta

     


  • 1 kofe fincanı şəkər tozu


Hazırlanması


  1. Çiyələklər təmizlənir, dilimlənir və qazana yığılır.

  2. Blender ilə püre halına gətirilir.

  3. Üzərinə un, nişasta və şəkər qoyulub qarışdırılır.

  4. Orta temperaturda tündləşənə qədər davamlı qarışdırılaraq bişirilir.

  5. Asan çıxması üçün kasaların içi isladılır və bişən şirniyyatımız kasalara tökülüb soyumağa qoyulur.

  6. Tamam buz kimi soyuduqdan sonra servis boşqabına tərs çevirilir və çiyələk dilimləri ilə bəzədilib servisə təqdim edilir.



Nuş olsun!


Çiyələkli friqo şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.



Çiyələkli friqo

14 Mayıs 2016 Cumartesi

Çiçək mafiş

Ərzaqlar


  • Yarım su stəkanı qatıq

     


  • 1 yumurta

     


  • 1 paket qabartma tozu

     


  • 1 yemək qaşığı duru yağ

     


  • 1 çimdik duz

     


  • Aldığı qədər un(2-3 su stəkanı)

     


  • Şərbəti üçün:

     


  • 2 su stəkanı şəkər

     


  • 2 su stəkanı su

     


  • 1 yemək qaşığı limon suyu

     


  • Qızartmaq üçün:

     


  • Duru yağ

     


  • Üzəri üçün:

     


  • Toz fıstıq


Hazırlanması


  1. İlk öncə şirniyyatın şərbətini hazırlamaq üçün su və şəkəri qaynadaq qaynamağa başlayanda 10-15 dəqiqə daha qaynadaq bu arada limon suyunu əlavə etməyi unutmayaq.

  2. Xəmiri üçün qatıq, yumurta, duru yağ, qabartma tozu və duz töküb qarışdıraq.

  3. Unu yavaş yavaş əlavə edib yumşaq ələ yapışmayan xəmir edək.

  4. Xəmiri nazikləşdirərək yayaq.

  5. Nə çox nazik, nə də  çox qalın olmasın.

  6. İstədiyiniz qəlibdə formalarla kəsib isti yağda qızardaq.

  7. Xəmiri qızartdıqca şərbətə ataq.

  8. Qarışdıraraq 1-2dəqiqə gözlədək.

  9.  Şərbəti yaxşı çəkəndən sora fıstıqla bəzəyib servis edək.

  10. Şirniyyatı soyuduqdan sonra yeyin.



Nuş olsun!


Çiçək mafiş asan hazırlanan şirniyyatdır.



Çiçək mafiş

13 Mayıs 2016 Cuma

Büzmə paxlava

Ərzaqlar


  • 2 ədəd yumurta 

  • 1 su stəkanından 1 barmaq az duru yağ 

  • 1 su stəkanı qatıq 

  • 1 yemək qaşığı sirkə 

  • Yarım yemək qaşığı qabartma tozu 

  • 4 su stəkan un 

  • Yarım çay qaşığı duz 

  • Şərbəti

  • 2.5 su stəkan su,

  •  3 su stəkanı şəkər 

  • 1çimdik duz 

  • Bir neçə damcı limon suyu 

  • Üzəri üçün: 

  • 1 su stəkanı duru yağ 

  • Yarım paket marqarin və ya kərəyağ 

  • İçinə qoymaq üçün 

  • fıstıq 

  • xəmiri açmaq üçün: 

  • Nişasta

Hazırlanması



  1. Xəmir ərzaqları ilə yumşaq xəmir yoğurun.

  2. Ununu az az tökün, az gəlsə əlavə edin.

  3. Yumurta böyüklüyündə kündələr edin.

  4. 15, 20 dəqiqə saxlayın.

  5. Nişasta səpərək aça bildiyiniz qədər açın. Nazik olsun.

  6. Açılan xəmiri üstəgəl şəklində 4 yerə bölün.

  7. Hər parçanı sivri ucundan geniş tərəfinə doğru büzərək qatlayın.

  8. Kənarlarda qalan iki uc hissəni birləşdirin.

  9. Büzülən hissəyə fıstıq qoyub aşağıda qalan hissəni üzərinə örtün, tərs çevirib sobaya yerləşdirin.

  10. İlıq yağı üzərinə tökün 170 – 180 dərəcədə sobada qızarana qədər bişirin.

  11. Paxlava soyuq, şərbəti ilıq olsun.



Nuş olsun!


Büzmə paxlava asan hazırlanan şirniyyatdır



Büzmə paxlava

12 Mayıs 2016 Perşembe

Böyürtkənli cheesecake

Ərzaqlar


  • 1, 5 paket peçenye

     


  • 75 gr kərəyağı

     


  • 2 yemək qaşığı süd

     


  • Dolqusu üçün:

     


  • 3 yumurta

     


  • 1 su stəkanı şəkər

     


  • 1 su stəkanı krem

     


  • 400 qr labne pendiri

     


  • Sosu üçün:

     


  • Böyürtkən sosu

Hazırlanması



  1. Peçenyeləri xırdalayaraq toz halına salırıq.qarışdırma qabına qoyuruq.

  2. Üzərinə südü də əlavə edirik.Kərəyağını əridirik və peçenyelərin üzərinə tökərək qarışdırırıq.

  3. Bu qarışımı da tökürük basıb sıxırıq.

  4. Dolqusu üçün, yumurtaları qarışdırma qabına qırırıq.

  5.  Şəkəri tökürük və çırpma qaşığı ilə qarışdırırıq.

  6. Kremi, labne pendirini qoyuruq.Qarışdırmağa davam edirik.

  7. Peçenyenin üzərinə dolqunu tökürük.əvvəlcədən isidilmiş 180 dərəcəlik sobaya qoyuruq.

  8. Cheesecake şişəndə dərəcəni 160-a salırıq.

  9. Cheesecake bişəndə sobanı söndürürük və sobanın içində qapağı qapalı şəkildə soyumağa qoyuruq.

  10. Soyuyanda sobadan götürüb mümkünsə 1 gecə şkafda gözlədib sosu töküb servis edirik.



Nuş olsun!


Böyürtkənli cheesecake asan hazırlanan şirniyyatdır.



Böyürtkənli cheesecake

11 Mayıs 2016 Çarşamba

Bişməyən şokoladlı tort

Ərzaqlar


  • 2 paket peçenye

     


  • 3 yemək qaşığı doşab

     


  • 3 yemək qaşığı kərəyağı

     


  • Muhallebisi üçün:

     


  • 5 su stəkanı süd

     


  • 1 su stəkanı şəkər

     


  • 1 su stəkanı üyüdülmüş buğda

     


  • 1 su stəkanı fıstıq

     


  • Üstü üçün:

     


  • 2 paket südlü şokolad

     


  • 1 paket tünd şokolad


Hazırlanması


  1. Əvvəlcə kərə yağını əridək.

  2. Peçenyeləri toz halına salacaq qədər üyüdək bir qaba qoyaraq yağı və doşabı töküb əlimizlə qarışdıraq.

  3. Qəlibə töküb yayıb əlimizlə sıxaq. Soyuducuya qoyub biraz saxlayaq.

  4. Qazana bişirəcəyimiz muhallebi ərzaqlarını qoyuq qarışdıraraq göz göz olanadək qarışdırırıq.

  5.  Soyududakı peçenyelərimizin üzərinə töküb otaq temperaturunda gözlədib təkrar soyuducuya qoyub bir vəya iki saat gözlədirik.

  6. Şokoladlarımızı əridib  üzərinə yayırıq.

  7. Muhallebimiz soyuduğu üçün şokoladımız tez donacaq.

  8. Üzərini istədiyimiz şəkildə bəzəyə bilərsiniz.



Nuş olsun!


Bişməyən şokoladlı tort asan hazırlanan şirniyyatdır.



Bişməyən şokoladlı tort

10 Mayıs 2016 Salı

Bəzəkli köklü şirniyyatım

Ərzaqlar


  • 4 ədəd kök

     


  • 2, 5-3 paket peçenye

     


  • 6 yemək qaşığı şəkər tozu

     


  • 3 yemək qaşığı fıstıq

     


  • 1 paket vanil

     


  • Üzəri üçün;

     


  • Xırdalanmış kakaolu peçenye

     


  • krem şanti

     


  • Süd


Hazırlanması


  1. Əvvəlcə kökləri soyub yuduqdan sonra rəndələyib qazana şəkər tozuyla birlikdə atırıq.

  2. Köklər yumuşalana qədər ara ara qarışdıraraq bişirək və soyumağa  qoyaq.

  3. İçərisinə digər ərzaqları da qatıb yoğuraq.

  4. Əgər yumru formaya salanda çətinlik çəksəniz daha çox peçenye əlavə edə bilərsiniz.

  5. Soyuducuda biraz saxladıqdan sonra qoz böyüklüyündə toplar şəklində götürüb peçenye qırıntısında buladıqdan sonra servis boşqabına düzək.

  6. Krem şantini də üzərindəki reseptə görə hazırlayıb şirniyyatımızın üzərinə sıxma torbasıyla sıxaq.



Nuş olsun!


Bəzəkli köklü şirniyyatım asan hazırlanan şirniyyatdır.



Bəzəkli köklü şirniyyatım

8 Mayıs 2016 Pazar

Alman tortu

Ərzaqlar


  • 1 su stəkanı ilıq süd

     


  • 1 paket maya

     


  • 1/2 su stəkanı duru yağ

     


  • 1 çay stəkanı şəkər

     


  • 1 yumurta

     


  • Aldığı qədər un

     


  • Krem üçün:

     


  • 1 paket kakaolu tortu kremi

     


  • Süd

     


  • Üzəri üçün:

     


  • Şokolad  sousu

     


  • Pudra şəkəri


Hazırlanması


  1. Xəmir ərzaqlarını bir qaba qoyun və az az un əlavə edib yumşaq xəmir yoğurun 1 saat mayalandırın.

  2. Tort kremini üzərindəki reseptə görə hazırlayıb soyuducuya qoyun.

  3. Mayalanan xəmirdən mandalin böyüklüyündə parçalar qoparıb soba qabına düzün.

  4. 190 dərəcə sobada altları qızarana qədər bişirin.

  5. Soyuyanda aralarını bıçaqla kəsip kremi sıxın.

  6. Üzərinəşokolad sous gəzdirib pudra şəkəri səpin.



Nuş olsun!


Alman tortuasan hazırlanan şirniyyatdır.



Alman tortu

7 Mayıs 2016 Cumartesi

Almalı turta

Ərzaqlar


  • 2 yumurta

     


  • 1 yemək qaşığı qatıq

     


  • 1 su stəkanı duru yağ

     


  • 1 paket qabartma tozu

     


  • 5 yemək qaşığı şəkər

     


  • Aldığı qədər un

     


  • Iç ərzaqları;

     


  • 5 alma

     


  • 1 su stəkanı şəkər

     


  • 1 çay qaşığı darçın

     


  • Yarım su stəkanı döyülmüş qoz

Hazırlanması



  1. Almaların qabığını soyaq. Rəndələyək.

  2. Bir stəkan şəkər tökək.

  3. Tavada bişirək.

  4. Sulanıb suyu yox olana qədər ən son darçın, qoz atıb qarışdıraq.

  5. Soyumasını gözləyək.

  6. Xəmirinə bütün ərzaqları qarışdıraq.

  7. Xəmirin yarısından çoxunu az yağlanmış dairəvi soba qabına tökək.

  8. Üzərinə iç üçün hazırladığımız qarışımı tökək.

  9. 180 dərəcə isdilmiş sobada bişirək.

  10. Digər xəmiri də soyuducuya qoyaq.

  11. Qızaranda kənarlarından bilinir.

  12. Soyuducudakı xəmiri uzun uzun doğrayıb şəkildəki kimi üzərinə düzək.yenə sobaya qoyaq.

  13. Üzəri qızarana qədər bişirək.



Nuş olsun!


Almalı turta tez hazırlanan və sevilən şirniyyatdır.



Almalı turta

6 Mayıs 2016 Cuma

Alma şirniyyatı

Ərzaqlar


  • 7-8 alma

     


  • Bir su stəkanı vişnə suyu

     


  • Hər bir almaya 2,5 qaşıq şəkər

     


  • Krem Şanti


Hazırlanması


  1. Almaların hamısını soyub içini ovuruq.

  2. Hamısını bir qazana qoyun almaların yarısına gələcək qədər su tökün və 10 dəqiqə qaynadın.

  3. Sonra bir stəkan vişnə suyu tökün və hər bir almaya görə 2,5 şəkər tozu əlavə edin.30 dəqiqə az temperaturda bişirin.

  4. Yumuşaq olana qədər, daha sonra krem şantini hazırlayın.

  5. Almaları soyutduqdan sora krem şantini almaların içinə qoyun. (mən fıstığı bəyənirəm J).içini fıstıqla doldurun.

  6. Daha sonra üstünü krem şantiyle örtün.Servisə hazırdır.


06

Nuş olsun!


Alma şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir



Alma şirniyyatı

4 Mayıs 2016 Çarşamba

Pufuduk tort

Ərzaqlar


  • 2 paket kakaolu puding

     


  • Süd (pudinglərin arxasında yazan miqdar qədər)

     


  • 1 yemək qaşığı marqarin

     


  • 1 paket vanil

     


  • 3 paket peçenye


Hazırlanması


  1. Pudinqləri və arxasında yazan miqdar qədər südü qazana tökürük.

  2. Bişirməyə başlayırıq.

  3. Tündlşməyə başlayanda marqarini əlavə edirik.

  4. Göz göz olduqdan sonra qazdan götürüb vanili əlavə edirik.

  5. 5 dəqiqə qədər qarışdırıb soyumasını gözləyirik.

  6. Daha sonra bir boşqaba bir su stəkanı süd töküb peçenyeləri tək tək batırıb dördbucaq boşqaba düzürük.

  7. İlk sıranı düzdükdən  sonra 3 yemək qaşığı pudinqi üzərinə töküb yayırıq.

  8. Eyni formada 2-ci sıra peçenyeləri düzüb 3 yemək qaşığı pudinq töküb yayırıq.

  9. 3-cü sıra peçenyeləri düzüb qalan pudinqi əlavə edirik və üzərini fıstıqla üzerini bəzəyirik.

  10. Soyuduqdan sonra soyuducuya qoyub 1 saat gözləyirik.



Nuş  olsun!


Pufuduk tort asan hazırlanan və çox yüngül şirniyyatdır.



Pufuduk tort

3 Mayıs 2016 Salı

Prenses tacı

Ərzaqlar


  • 4 paket 750 ml südlə hazırlanan vanilli  pudinq

     


  • 1 litr süd

     


  • 1 litr vişnə suyu

     


  • 1 paket peçenye

     


  • Prenses tacı və ya keks qəlibinə də hazırlaya bilərsiniz


Hazırlanması


  1. İki paket vanilli pudinq bir litr vişnə suyuyla bişirilir və prenses tacı biraz sudan keçirilib (yapışmaması üçün hər ehtimala qarşı) içinə tökülür.

  2. Peçenye parçalanıb xırdalanır və üzərinə sərpilir.

  3. Daha sonra bir litr süd ilə iki vanilli pudinq bişirilib peçenyelərin üzərinə yayılır.

  4. Orta temperatura çatanacan ən az 2 saat soyuducuda saxladılıb ters çevirib servis edə bilərsiniz.

  5. İstəsəniz servis edərkən üzərinə vişnə suyu yada vişnə töküb servis edəbilərsiniz.



Nuş  olsun!


Prenses tacı zövqlə hazırlanılır, dadı da çox gözəldir



Prenses tacı

2 Mayıs 2016 Pazartesi

Ləzzətli supangle

Ərzaqlar


  • 1 litr süd

     


  • 1 su stəkanı şəkər

     


  • 1 paket kakao ( 25 gr )

     


  • 1 yumurtanın sarısı

     


  • 1 paket vanil

     


  • 2 yemək qaşığı nişasta

     


  • 1 yemək qaşığı un

     


  • 1 yemək qaşığı marqarin

     


  • Üzəri üçün:

     


  • fıstıq


Hazırlanması


  1. Qazana 1 litr (5 stəkan) süd, vanil, şəkər və yumurta sarısı qoyub mikserlə ya da mikserlə qarışdıraq.

  2. Sonra kakao, un və nişasta da əlavə edib qarışdıraq.

  3. Orta temperaturda tez tez qarışdırmaq şərtiylə tündləşənə qədər bişirək.

  4. Pişən supangleye marqarin koyub əriyənə qədər qarışdıraq.

  5. Otaq temperaturunda biraz soyuduqdan sonra streçlə bağlıyıb soyumaq üçün soyuducuya qoyaq.



Nuş olsun!


Ləzzətli supanqle tez hazırlanan şirniyyatdır.



Ləzzətli supangle

1 Mayıs 2016 Pazar

Köstəbək tort

Ərzaqlar


  • 4 ədəd yumurta

     


  • 2 ədəd qabartma tozu

     


  • 1 ədəd vanil

     


  • Yarım su stəkanı duru yağ

     


  • 1,5 su stəkanı süd

     


  • 1 su stəkanı şəkər tozu

     


  • 2 su stəkanı un

     


  • 2 yemək qaşığı kakao

     


  • 5 adet banan

     


  • Yarım kilo çiyələk

     


  • 1 qutu toz krem şanti

     


  • Muhallebisi üçün;

     


  • 3 su stəkanı süd

     


  • 3 yemək qaşığı un

     


  • 3 yemək qaşığı şəkər tozu

     


  • 1 ədəd vanil

     


  • 1 yemək qaşığı marqarin


Hazırlanması


  1. 4 ədəd yumurtayı çırpırıq ( mikser köməyi ilə də edə bilərsiniz )  şəkər tozunu da əlavə edib köpüklənənə qədər qarışdırmağa davam edirik.

  2. Duru yağ və südü əlavə etdikdən sonra bütün ərzaqların qarışdığından əmin oluruq.

  3. Daha sonra un kakao vanili və qabartma tozunu əlavə edib ərzaqların bərabər şəkildə dağılıb qarışması üçün çalırıq.

  4. 180 dərəcədə isinmiş sobamıza yağladığımız dairəvi bir qaba keksi töküb bişirməyə qoyuruq.

     


  5. Keksimiz bişərkən krem şantiyi hazırlayıb soyuducuda soyumağa qoyuruq.

  6. Bir qazana marqarin və vanil istisna olmaqla bütün ərzaqları əlavə edirik aşağı temperaturda yavaş yavaş qarışdırırıq

  7. Hazır olduqdan sonra qazı söndürüb vanili və marqarini əlavə edib marqarin əriyənə qədər qarışdırmağa davam edirik

  8. Marqarin əridikdən sonra soyumağa qoyuruq ( muhallebinin üstündə  sərtləşmiş təbəqə olmasının qarşısını almaq üçün üzərinə streç örtürük)

     


  9. Keksimiz yumşaq pandispanya keksi kimi olur soyuduqdan sonra ortasını kəsib götürürük.

  10. Bananları dilimləmədən keksin orta hissəsinə yerləşdiririk üzərinə dilimlədiyimiz çiyələkləri qoyuruq.

  11. Soyuyan muhallebini meyvələrin üzərinə bərabər şəkildə yayırıq.

  12. Muhallebinin üzərinə krem şantini tökürük.

  13. Keksin kənarlarını səliqəli şəkildə kəsərək ovuruq keksin hər yerinə səpirik.



Nuş  olsun!


Köstəbək tort dadlı və tez hazırlanan şirniyyatdır.



Köstəbək tort