
Ərzaqlar
- 3-4 bərk nektarin (şaftalı növü)
- 1 xörək q. limon şirəsi
- 80 qram şəkər
- 320 qram un
- 1 xörək q. qabartma tozu
- Bir çimdik duz
- 150 qram kərə yağı
- 150 qram xama
- Bəzək üçün
- Şəkər tozu
Hazırlanması
- Nektarinləri yuyun, qabığını soyun, tumlarını çıxardın və xırda kvadrat formasında doğrayın.
- Üzərinə 2 çay qaşığı şəkər və limon sokunu əlavə edin.
- Başqa qabda kərə yağını xırda-xırda doğrayın, üzərinə un, duz, şəkər və qabartmanı əlavə edin və əllə yaxşı qarışdırın.
- Sonra hissə-hissə xamanı əlavə edib qarışdırn.
- Nektarinləri xəmirə qatın.
- Taxtanı unlayın və xəmiri 2 sm qalınlığında yayın.
- Stəkan ağzı və ya xüsusi peçenye forması ilə dairələr kəsin.
- Soba qabına yağlı kağız qoyun.
- Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 20 dəqiqə bişirin.
- Hazır olduqda soyuduqdan sonra üzərinə şəkər tozu səpin.
Nuş olsun!
Nektarinli peçenye şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.
Nektarinli peçenye
Hiç yorum yok:
Yorum Gönder