
Ərzaqlar
- 2 yumurta
- 1 su stəkanı şəkər
- 1 çimdik duz
- 100 qram xama
- 2 su stəkanı un
- Yarım paçka qabartma tozu
- 1 paçka vanil
- Krem üçün:
- 200 qram xama
- 1 su stəkanı şəkər
- 100 qram kəsmik
- 1 paçka südlü şokolad
- Bəzək üçün
- rəngli konfet
Hazırlanması
- Xəmiri hazırlamaq üçün yumurtanı şəkər və duz ilə mikserlə çalın.
- Üzərinə 100 qram xama və qabartma ilə qarışdırılmış unu, vanili əlavə edin.
- Qatı xəmir alınmalıdır.
- Onu iki hissəyə bölün və yolka formalı selikon qaba tökün.
- Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada qızılı rəng alana qədər bişiririn.
- Kremi hazırlamaq üçün şəkər, xama və kəsmiyi qarışdırın.
- Şokoladı əridib xəmirin üzərinə çəkin və sonra kremləyin.
- O biri xəmiri də bu qayda ilə kremləyib bir-birinin üstünə qoyun.
- Üstünü rəngli konfetlər ilə bəzəyə bilərsiniz.
- 1-2 saat soyuducuda saxlayın.
- Soyuduqdan sonra yeni il tortu servisə hazırdır.
Nuş olsun!
Yeni il tortu həm gözəl görünüşü, həm də dadı olan şirniyyatdır.
Yeni il tortu
Hiç yorum yok:
Yorum Gönder