
Ərzaqlar
- 2,25 su stəkanı un
- 1,3 su stəkanı su
- 1,5 çay q. quru xəmir qabardıcı
- 1,25 su stəkanı şəkər
- 2 xörək q. duru yağ
- 1 su stəkanı xaş-xaş
- 1 xörək q. kartof nişastası
- Bir çimdik duz
Hazırlanması
- Xəmiri hazırlayın.
- Quru xəmir qabardıcını su ilə qarışdırın.
- Üzərinə 2 su stəkanı un, 2 xörək q. duru yağ, 1 çay q. şəkər və duz əlavə edin və xəmir yoğurun.
- 1-2 saat gözləyin ki, xəmir şişsin.
- Xaş-xaşdan iç hazırlamaq üçün ona nişasta, 1 xörək q. un, 1 su stəkanı şəkər və 80 qram su əlavə edin.
- Xəmiri nazik formada yayın və içi üstünə səpin.
- Sonra rulet formasında bükün və 5 sm ölçüdə ruletdən dilimlər kəsin.
- Soba qabına yağlı kağız qoyun.
- Qabın ortasından başlayaraq bir birinə sıx formada kəsdiyiniz dilimləri ora yerləşdirin.
- Bişdikdə bunlar birləşib bir bütöv piroq alınacaq.
- Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 40 dəqiqə bişirin.
Nuş olsun!
Xaş-xaşlı piroq çətin hazırlanan lakin çox dadlı şirniyyatdır.
Xaş-xaşlı piroq
Hiç yorum yok:
Yorum Gönder