
Ərzaqlar
- Keks xəmiri üçün;
- 4 yumurta
- 1 su stəkanı şəkər
- 1 çay stəkanı duru yağ
- 1 çay stəkanı süd
- 1 paket qabartma tozu
- 1 paket vanil
- Aldığı qədər un (təqribən 2 su stəkanı )
- Sousu üçün;
- 2 su stəkanı süd
- 4 yemək qaşığı şəkər
- 4 yemək qaşığı kakao
- Kremi üçün;
- 1 paket vanilli vəya kakaolu cremole
- 2,5 su stəkanı süd
- Üzəri üçün;
- kokos
Hazırlanması
- Keks xəmiri üçün yumurta və şəkər qarışdırıldıqdan sonra süd və duru yağı əlavə edib qarışdırın.
- Daha sonra qabartma tozu vanil və unu qataraq xəmiri yağlı kağız sərilmiş orta ölçüdə qazana tökün.
- Əvvəlcədən isidilmiş sobada 175 dərəcədə bişirin.
- Sousu üçün süd, şəkər və kakaonu qarışdırın.
- Keks bişəndə sobadan götürüb soyumağa qoyun.
- Cremoleyi 2,5 su stəkanı südlə hazırlayın.
- Soyuyan keksi kvadrat dilimlər halında kəsin və sousa batırın.
- Bu şəkildə hazırlayıb sousa batırdığınız keks dilimlərini soyuducuda 2 saata qədər saxlayın.
- Soyuducuda soyutduğunuz keksləri bıçaqla eninə ikiyə ayırın və aralarına krem çəkin, kokosa bulayıb üzərini istədiyiniz kimi bəzəyin.
Nuş olsun!
Halley tortu asan hazırlanan şirniyyatdır.
Halley tort
Hiç yorum yok:
Yorum Gönder