
Ərzaqlar
- 5 yumurta
- 2,5 su stəkanı şəkər
- 2 su stəkanı un
- 2 su stəkanı xama
- 4 xörək q. kakao tozu
- 100 qram kərə yağı
Hazırlanması
- Yumurta və stəkan yarım şəkəri mikserlə çalın.
- Üzərinə 2 xörək q. kakao və un əlavə edin və yaxşı qarışdırın.
- Soba qabına yağlı kağız qoyun.
- Xəmirdən yarım çay qaşığı götürüb balaca yastı kündələr formasında qaba yığın.
- Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada bişirin.
- Kremi hazırlamaq üçün qalan şəkəri xama, kərə yağı və 2 xörək q. kakao ilə çalın.
- Yastı kündələriniz hazır olduqda onalrı kremdə hər tərəfini fırladıb dağ formasında bir-birinin üstünə düzün.
- 1 saat soyuducuda saxlayın.
Nuş olsun!
Tısbağa tortu asan hazırlanan şirniyyatdır.
Tısbağa tortu
Hiç yorum yok:
Yorum Gönder