
Ərzaqlar
- 4 ədəd armud
- 200 qram un
- 150 qram şəkər
- 150 qram süd
- 80 qram kərə yağı
- 100 qram tünd şokolad
- 1,5 çay q. qabartma tozu
- 2 yumurta
Hazırlanması
- Armudları yuyun, nazik formada doğrayın.
- Yumurta ağını sarıdan ayırın.
- Ağını mikserlə çalın.
- Bir qabda sarını şəkərlə qarışdırın.
- Sonra kərə yağını çalın, üzərinə şəkərli yumurta sarısını, südü və qabartma ilə qarışdırılmış unu əlavə edin.
- Sonda yumurta ağını da bu kütləyə qatın.
- Alınmış xəmiri iki hissəyə bölün.
- Birinə şokoladı sürtgəcdən keçirdib qatın.
- Soba qabını yağlayın.
- Əvvəlcə şokoladlı xəmiri, üzərinə armudların 2/3 hissısini, sonra o biri xəmiri və üzərinə qalan armudları yerləşdirin.
- 190 dərəcə qızdırılmış sobada 40 dəqiqə bilirin.
- Hazır oldudqa soyuduqdan sonra üzərinə şəkər tozu səpin.
Nuş olsun!
Şokoladlı armudlu piroq meyvəli şirniyyatdır.
Şokoladlı armudlu piroq
Hiç yorum yok:
Yorum Gönder