
Ərzaqlar
- 1 xörək q. qarğıdalı və ya kartof nişastası
- 50 qram tumsuz quru xurma
- 50 qram tumsuz qara gavalı qurusu
- 50 qram qoz
- 1 xörək q. kakao tozu
- 1 çay q. alma sirkəsi
- 220 qram şəkər
- 5 yumurta ağı
- Krem:
- 150 qram kərə yağı
- 100 qram şəkər tozu
- 2 xörək q. dəmlənmiş kofe
- 3 xörək q. konyak
Hazırlanması
- Qoz, xurma qurusu və qara gavalını xırda ölçüdə doğrayın.
- Yumurta ağını sirkə ilə bir qabda mikserlə yaxşı çalın.
- Hissə-hissə şəkər əlavə edərək çalmağa davam edin.
- Kakao tozu, nişasta, qoz və doğranmış quru meyvələri beze xəmrinə əlavə edin.
- Soba qabına yağlı kağız qoyun və beze xəmirini iki hissəyə bölün, əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 140 dərəcə temperaturda 1 saat bişirin.
- Kremi hazırlamaq üçün qeyd olunmuş ərzaqları mikserlə çalın.
- Soyumuş korjun üzərinə krem çəkin, digərini üzərinə qoyun və əlinizlə yavaşca bizeni bərkidin.
- Krem ancaq korjların ortasına çəkilir.
- 1-2 saat soyuducuda saxlayın.
Nuş olsun!
Kofeli, qara gavalılı bize tortu çətin hazırlanan şirniyyatdır.
Kofeli, qara gavalılı bize tortu
Hiç yorum yok:
Yorum Gönder