
Ərzaqlar
- 2 su stəkanı un
- 150 qram kərə yağı
- 300 qram kəsmik
- 2 yumurta
- 1 su stəkanı şəkər
- 15 qram vanil
Hazırlanması
- Donmuş kərə yağı sürtgəcdən keçirin, un və yarım stəkan şəkər əlavə edin və əllə ovuntulu xəmir edin.
- Başqa qabda yumurta və kəsmik, qalan şəkər və vanili yaxşı qarışdırın.
- Içiniz hazırdır.
- Soba qabına yağlı kağız qoyun.
- Ovuntulu xəmirdən yarısını götürün və qaba səpin.
- Üzərinə xamalı içi əlavə edin və qalan xəmiri üstünə səpin.
- Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 30 dəqiqə bişirin.
Nuş olsun!
Ovuntulu kəsmikli piroq şirniyyatı asan hazırlanan şirniyyatdır.
Ovuntulu kəsmikli piroq
Hiç yorum yok:
Yorum Gönder