
Ərzaqlar
- 300 qram qat-qat xəmir
- 100 qram şokolad
- 300 qram təbii yoqurt
- 2 ədəd banan
- 300 qram konservləşdirilmiş çiyələk
- 2 xörək q. çiyələk mürəbbəsi
Hazırlanması
- Sobanı 190 dərəcə qızdırın.
- Soba qabına yağlı kağız qoyun.
- Hazır qat-qat xəmiri 0,5 sm ölçüdə formaya yayın.
- Çəngəl ilə bir neçə yerdən deşin və 20-25 dəqiqə qızılı-qəhvəyi rəng alana qədər bişirin.
- Hazır olduqda sobadan götürün və 20-30 dəqiqə soyumağını gözləyin.
Şokoladı su vannasında əridin.
- Sonra xəmirin üstünə tökün.
- 1 xörək qaşığı bəzək üçün saxlayın.
- Şokoladın üstünə yoqurtu axıdın.
- Halqa formasında doğranmış bananları hər tərəfinə düzün.
- Üstündək çiyələk sokunu gəzdirin və yarı bölünmüş çiyələkləri bananların üstünə düzün.
- Üzərinə bəzək üçün çiyələk çemi və ərinmiş şokolad tökün.
- Yay mövsümündə konservləşdirilmiş çiyələyi təzə çiyələk ilə əvəz etmək olar.
Nuş olsun!
Çiyelekli-bananlı yüngül piroq adından da göründüyü kimi çox yüngül piroqdur.
Çiyələkli -bananlı yaş piroq
Hiç yorum yok:
Yorum Gönder