31 Ekim 2016 Pazartesi

Krem şantili qarışıq qurabiyə

Ərzaqlar


  • 1 paket krem şanti 

  • 1 çay fincanı duru yağ 

  • 1 yemək qaşığı şəkər 

  • 1 paket vanil 

  • 1 çay qaşığı qabartma tozu 

  • Aldığı qədər un 

  • Əlavə olaraq: 

  • 1 yemək qaşığı kakao 

  • 3 yemək qaşığı tahin 

  • Üzəri üçün: 

  • Şəkər və kokos

Hazırlanması



  1. Krem şanti duru yağ və şəkəri mikserlə qarışdırırıq.

  2. Qabartma tozu vanil və unu əlavə edərək yumşaq bir xəmir əldə edək.

  3. Unu yavaş yavaş əlavə edək.

  4. Xəmiri tam olaraq unu əlavə etmədən xəmiri ikiyə ayırıb birinə kakaonu əlavə edib unu qatıb yoğururuq.

  5. Kənara qoyaq.

  6. Qalan digər xəmirə də tahini əlavə edib eyni şəkildə yoğurma prosesi bitəndə kənara qoyaq.

  7. 15 – 20 dəqiqə.

  8. Sonra xəmirdən qoz böyüklüyündə hissələr götürüb forma verib şəkərə ya da kokosa batıraq.

  9. 180° dərəcədə pişirək.



Nuş olsun!


Krem şantili qarışıq qurabiyə asan hazırlanan şirniyyatdır.



Krem şantili qarışıq qurabiyə

30 Ekim 2016 Pazar

Bananlı jeleli şirniyyat

Ərzaqlar


  • 1 paket bananlı puding

     


  • 1 paket bananlı jele

     


  • 2-3 ədəd banan

     


  • 1 kasa parçalanmış fındıq

     


  • 1 paket südlü şokolad

Hazırlanması



  1. Pudingi üzərindəki ölçüyə baxaraq bişiririk.

  2. Kasalara bölürük tam doldurmuruq.

  3. Sonra üzərinə banan dilimləyib düzürük bir sıra, bananların üzərinə də fındıq səpirik bananlı jeleni də hazırlayıb fındıqların üzərinə tökürük o donanda fındıqlar jele ilə qarışır.

  4. Jelenin üzərinə təkrar banan düzürük ortasına bəzəmək üçün fındıq səpirik.

  5. Şokoladı əridib şirniyyatı bəzəyirik, bir neçə saat saxladıqdan sonra servis edin.



Nuş olsun!


Bananlı jeleli şirniyyat çox yüngül şirniyyatdır.



Bananlı jeleli şirniyyat

29 Ekim 2016 Cumartesi

Çiyələkli -bananlı yaş piroq

Ərzaqlar


  • 300 qram qat-qat xəmir

     


  • 100 qram şokolad

     


  • 300 qram təbii yoqurt

     


  • 2 ədəd banan

     


  • 300 qram konservləşdirilmiş çiyələk

     


  • 2 xörək q. çiyələk mürəbbəsi

Hazırlanması



  1. Sobanı 190 dərəcə qızdırın.

  2. Soba qabına yağlı kağız qoyun.

  3. Hazır qat-qat xəmiri 0,5 sm ölçüdə formaya yayın.

  4. Çəngəl ilə bir neçə yerdən deşin və 20-25 dəqiqə qızılı-qəhvəyi rəng alana qədər bişirin.

  5. Hazır olduqda sobadan götürün və 20-30 dəqiqə soyumağını gözləyin.

    Şokoladı su vannasında əridin.


  6. Sonra xəmirin üstünə tökün.

  7. 1 xörək qaşığı bəzək üçün saxlayın.

  8. Şokoladın üstünə yoqurtu axıdın.

  9. Halqa formasında doğranmış bananları hər tərəfinə düzün.

  10. Üstündək çiyələk sokunu gəzdirin və yarı bölünmüş çiyələkləri bananların üstünə düzün.

  11. Üzərinə bəzək üçün çiyələk çemi və ərinmiş şokolad tökün.

  12. Yay mövsümündə konservləşdirilmiş çiyələyi təzə çiyələk ilə əvəz etmək olar.



Nuş olsun!


Çiyelekli-bananlı yüngül piroq adından da göründüyü kimi çox yüngül piroqdur.



Çiyələkli -bananlı yaş piroq

28 Ekim 2016 Cuma

Almalı toplar

Ərzaqlar


  • 2 alma

     


  • 1 paket peçenye

     


  • kokos

     


  • Darçın

     


  • İstəyə bağlı qoz və fındıq

     


  • Üzərinə:

     


  • Şokoladlı sous

     


  • kokos

Hazırlanması



  1. İlk olaraq almanın qabqarını soyub rəndələyin.

  2. Sonra süzgəcdən almaların suyunu sıxın.

  3. Ayrı bir qapda peçenyeləri əlinizlə xırdalayıb içinə kokos darçın və rəndələnən almaları əlavə edin.

  4. Qarışdırıb top halında bir boşqaba qoyun.

  5. Üzərini şokolad sousu və kokosla bəzəyin.



Nuş olsun!


Almalı toplar almalı şirniyyatdır.



Almalı toplar

27 Ekim 2016 Perşembe

Almalı qurabiyə

Ərzaqlar


  • 3 ədəd alma

     


  • 250 qram marqarin

     


  • 1 çay stkanı şəkər

     


  • 1 yemək qaşığı qatıq

     


  • 1 yemək qaşığı qabartma tozu

     


  • 1 yemək qaşığı darçın

     


  • Pudra şəkəri

Hazırlanması



  1. Qazana alma, şəkər və darçını qoyun, qovurun.

  2. Sonra 1 qabda marqarin, qatıq, qabartma tozunu əlavə edirik və un əlavə edib yoğururuq.

  3. Daha sonra kündələrə ayırın.

  4. İçinə almalı qarışımı qoyub forma verin.

  5. 180 dərəcəlik sobada 15 – 20 dəqiqə bişirin.

  6. Bişdikdən sonra üzərinə pudra şəkəri əlavə edib servis edin.



Nuş olsun!


Almalı qurabiyə almalı şirniyyatdır.



Almalı qurabiyə

26 Ekim 2016 Çarşamba

Alma kasası

Ərzaqlar


  • 4 ədəd alma

     


  • 2 ədəd banan

     


  • 2 ədəd armud

     


  • 2 ədəd çiyələk

     


  • 2 ədəd nektar

     


  • Limonlu su

     


  • almanın içini oymaq üçün qaşıq

     


  • Üzərinə tökmək üçün;

     


  • Şokolad sousu

Hazırlanması



  1. İlk öncə almalarımızın içlərini oyuruq.

  2. Oyduğumuz almaları limonlu suyun içinə atırıq ki, içləri qaralmasın.

  3. Daha sonra meyvələrimizi kvadrat formada doğruyuruq.

  4. Limonlu suyun içindən çıxardığımız almalarımızın içinə meyvələrimizi qarışıq bir şəkildə doldururuq.

  5. Üzərinə də şokolad sousu töküb servis edirik.



Nuş olsun!


Alma kasası almalı şirniyyatdır.



Alma kasası

24 Ekim 2016 Pazartesi

Yumurtasız şokoladlı tort

Ərzaqlar


  • 1 su stəkanı şəkər

     


  • 0,3 su stəkanı duru yağ

     


  • 0,3 su stəkanı kakao

     


  • 1 çay q. vanil

     


  • 1,25 su stəkanı un

     


  • 1 çay q. qabartma tozu

     


  • Bir çimdik duz

     


  • 1 su stəkanı su və ya dımlənmiş kofe


Hazırlanması


  1. Sobanı 180 dərəcə qızdırın.

  2. Bir qab götürün və un, şəkər, kakao tozu, duz, vanil, duru yağ və suyu qatıb qarışdırın.

  3. Soba qabını yağlayın və 30 dəqiqə sobada bişirin.

  4. Hazır olduqda kənara qoyun və soyumasını gözləyin.

  5. Qlazur hazırlamaq üçün 1/2 stəkan şəkəri 4 xörək q. duru yağ, 2 xörək q. süd, 2 xörək q. kakao-tozu, 2 çay q. vanillə qarışdırın.

  6. Odda qaynayana qədər qarışdırın.

  7. Qaynadıqdan 2 dəqiqə sonra oddan götürün.

  8. Qarışdıra-qarışdıra soyumağını gözləyin.

  9. Sonra tortun üzərinə tökün və 1 saat soyuducuda saxlayın.



Nuş olsun!


Yumurtasız şokoladlı tort fərqli dada malik şirniyyatdır.



Yumurtasız şokoladlı tort

23 Ekim 2016 Pazar

Yulaflı albalılı piroq

Ərzaqlar


  • 1 kq albalı

     


  • 300 qram kərə yağı

     


  • 250 qram şəkər

     


  •  1 paket vanil

     


  • 4 yumurta

     


  • 1 ədəd limon

     


  • 200 qram un

     


  • 1 paket qabartma tozu

     


  • 275 qram yulaf

     


  • 50 qram rom

     


  • 50 qram kakos ovuntusu

Hazırlanması



  1. Sobanı 200 dərəcə qızdırın.

  2. Albalıları yuyun, tumlarını təmizləyin.

  3. 200 qram şəkər və kərə yağı ilə qarıdırın.

     


  4. Bir yumurtanı vanil, portağal qabığı ilə çalın.

  5. 250 qram yulaf yarmasını un, rom  və qabartma tozu ilə qarışdırın və yumurtaya əlavə edin.

  6. Alınmış xəmiri yağlanmış soba qabına yayın.

  7. Üzərinə albalı qarışığını tökün.

  8. Qalan yulaf yarmasını şəkərlə qarışdırın və albalıların üstünə səpin.

  9. 40 dəqiqə sobada bişirin.

  10. Hazır olduqda üzərinə kokos ovuntularını səpin.



Nuş olsun!


Bişmiş südlü piroq şox yüngül şirniyyatdır.


 


 



Yulaflı albalılı piroq

22 Ekim 2016 Cumartesi

Yoqurtlu tort

Ərzaqlar


  • 200 qram un

     


  • 2 yumurta sarısı

     


  • 100 qram şəkər

     


  • 35 qram limon şirəsi

     


  • 50 qram ərik qurusu

     


  • 10 qram jelatin

     


  • 420 qram yoqurt

     


  • 50 qram ərik mürəbbəsi

Hazırlanması



  1. Bir qab götürüb unu, yumurta sarısını, kərə yağı, şəkər və limon şirəsini qarışdırın.

  2. Elastik xəmir alınmalıdır.

  3. Ərik qurusunu xırda doğrayın və xəmirə qatın.

  4. Xəmiri soba qabına elə tökün ki, dörd tərəfi 3 sm ölçüdə qabın kənarlarına çıxsın.

  5. Əvvəlcədən 200 dərəcə qızdırlmış sobada 20 dəqiqə bişirin.

  6. Hazır olduqda soyumaq üçün kənara qoyun.

     


  7. Jelatini 100 qram suya əlavə edin və şişməyini gösləyin.

  8. Sonra odda əriyənəcən isidin.

  9. Qaynatmamaq şərti ilə.

  10. Soyumasını gözləyin.

     


  11. Yoqurtu bişmiş  jelatin və mürəbbə ilə qarışdırın və xəmirin üstünə tökün.

  12. 1 neçə saat soyuducuda saxlayın.

  13. Tortunuz  servisə hazırdır.



Nuş olsun!


Yoqurtlu tort yoqurt sevənlər üçün fürsətdir.



Yoqurtlu tort

21 Ekim 2016 Cuma

Yeni il tortu

Ərzaqlar


  • 2 yumurta

     


  • 1 su stəkanı şəkər

     


  • 1 çimdik duz

     


  • 100 qram xama

     


  • 2 su stəkanı un

     


  • Yarım paçka qabartma tozu

     


  • 1 paçka vanil

     


  • Krem üçün:

     


  • 200 qram xama

     


  • 1 su stəkanı şəkər

     


  • 100 qram kəsmik

     


  • 1 paçka südlü şokolad

     


  • Bəzək üçün

     


  •  rəngli konfet

Hazırlanması



  1. Xəmiri hazırlamaq üçün yumurtanı şəkər və duz ilə mikserlə çalın.

  2. Üzərinə 100 qram xama və qabartma ilə qarışdırılmış unu, vanili  əlavə edin.

  3. Qatı xəmir alınmalıdır.

  4. Onu iki hissəyə bölün və yolka formalı selikon qaba tökün.

  5. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada qızılı rəng alana qədər bişiririn.

  6. Kremi hazırlamaq üçün şəkər, xama və kəsmiyi qarışdırın.

  7. Şokoladı əridib xəmirin üzərinə çəkin və sonra kremləyin.

  8. O biri xəmiri də bu qayda ilə kremləyib bir-birinin üstünə qoyun.

  9. Üstünü rəngli konfetlər ilə bəzəyə bilərsiniz.

  10. 1-2 saat soyuducuda saxlayın.

  11. Soyuduqdan sonra yeni il tortu  servisə hazırdır.



Nuş olsun!


Yeni il tortu həm gözəl görünüşü, həm də dadı olan şirniyyatdır.



Yeni il tortu

20 Ekim 2016 Perşembe

Xaş-xaşlı piroq

Ərzaqlar


  • 2,25 su stəkanı un 

  • 1,3 su stəkanı su 

  • 1,5 çay q. quru xəmir qabardıcı 

  • 1,25 su stəkanı şəkər 

  • 2 xörək q. duru yağ 

  • 1 su stəkanı xaş-xaş 

  • 1 xörək q. kartof nişastası 

  • Bir çimdik duz

Hazırlanması



  1. Xəmiri hazırlayın.

  2. Quru xəmir qabardıcını su ilə qarışdırın.

  3. Üzərinə 2 su stəkanı un, 2 xörək q. duru yağ, 1 çay q. şəkər və duz əlavə edin və xəmir yoğurun.

  4. 1-2 saat gözləyin ki, xəmir şişsin. 

  5. Xaş-xaşdan iç hazırlamaq üçün ona nişasta, 1 xörək q. un, 1 su stəkanı şəkər və 80 qram su əlavə edin. 

  6. Xəmiri nazik formada yayın və içi üstünə səpin.

  7. Sonra rulet formasında bükün və 5 sm ölçüdə ruletdən dilimlər kəsin.

  8. Soba qabına yağlı kağız qoyun.

  9. Qabın ortasından başlayaraq bir birinə sıx formada kəsdiyiniz dilimləri ora yerləşdirin.

  10. Bişdikdə bunlar birləşib bir bütöv piroq alınacaq.

  11. Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 40 dəqiqə bişirin.



Nuş olsun!


Xaş-xaşlı piroq çətin hazırlanan lakin çox dadlı şirniyyatdır.



Xaş-xaşlı piroq

19 Ekim 2016 Çarşamba

“Xama” tortu

Ərzaqlar


  • 1 banka bişmiş süd

     


  • 100 qram şəkər

     


  • 8 xörək q. un

     


  • 100 qram kərə yağı

     


  • 500 qram 20%-li xama

     


  • 1 xörək q. kakao

     


  • 1 çay q. qabartma tozu

     


  • 2 yumurta

Hazırlanması



  1. Kərə yağını yumurta ilə çalın.

  2. Bismiş süd əlavə edib qarışdırın.

  3. Qaqartma tozunu una qatıb üzərinə əlavə edin.

  4. Xəmiri iki hissəyə bölün.

  5. Bir hissəyə kakao qatıb qarışdırın.

  6. Soba qabını yağlayın.

  7. Əvvəlcədən isidilmiş  180 dərəcəli sobada xəmirləri 20 dəqiqə bişirin.

  8. Hazır korjları yarıdan 2 yerə bölün.

  9. Kənarlarını kəsin.

  10. Alt korjdan başqa o birilərini çəngəllə deşin.

  11. Kremi hazırlamaq üçün xamanı şəkərlə çalın və korjları kremləyib üst-üstə düzün.

  12. Kəsdiiniz korların kənarlarını ovub tortun üstünə kənarlarına səpin.

  13. 12 saat soyuducuda saxlayın.



Nuş olsun!


“Xama” tortu asan hazırlanan şirniyyatdır.



“Xama” tortu

16 Ekim 2016 Pazar

Tısbağa tortu

Ərzaqlar


  • 5 yumurta

     


  • 2,5 su stəkanı şəkər

     


  • 2 su stəkanı un

     


  • 2 su stəkanı xama

     


  • 4 xörək q. kakao tozu

     


  • 100 qram kərə yağı

Hazırlanması



  1. Yumurta və  stəkan yarım  şəkəri mikserlə çalın.

  2. Üzərinə 2 xörək q. kakao və un əlavə edin və yaxşı qarışdırın.

  3. Soba qabına yağlı kağız qoyun.

  4. Xəmirdən yarım çay qaşığı götürüb balaca  yastı kündələr formasında qaba yığın.

  5. Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada bişirin.

  6. Kremi hazırlamaq üçün qalan şəkəri xama, kərə yağı və 2 xörək q. kakao ilə çalın.

  7. Yastı kündələriniz hazır olduqda onalrı kremdə hər tərəfini fırladıb dağ formasında bir-birinin üstünə düzün.

  8. 1 saat soyuducuda saxlayın.



Nuş olsun!


Tısbağa tortu asan hazırlanan şirniyyatdır.



Tısbağa tortu

15 Ekim 2016 Cumartesi

Şokoladlı armudlu piroq

Ərzaqlar


  • 4 ədəd armud 

  • 200 qram un 

  • 150 qram şəkər 

  • 150 qram süd 

  • 80 qram kərə yağı 

  • 100 qram tünd şokolad 

  • 1,5 çay q. qabartma tozu 

  • 2 yumurta


Hazırlanması


  1. Armudları yuyun, nazik formada doğrayın.

  2. Yumurta ağını sarıdan ayırın.

  3. Ağını mikserlə çalın.

  4. Bir qabda sarını şəkərlə qarışdırın.

  5. Sonra kərə yağını çalın, üzərinə şəkərli yumurta sarısını, südü və qabartma ilə qarışdırılmış unu əlavə edin.

  6. Sonda yumurta ağını da bu kütləyə qatın.

  7. Alınmış xəmiri iki hissəyə bölün.

  8. Birinə şokoladı sürtgəcdən keçirdib qatın.

  9. Soba qabını yağlayın.

  10. Əvvəlcə şokoladlı xəmiri, üzərinə armudların 2/3 hissısini, sonra o biri xəmiri və üzərinə qalan armudları yerləşdirin.

  11. 190 dərəcə qızdırılmış sobada 40 dəqiqə bilirin.

  12. Hazır oldudqa soyuduqdan sonra üzərinə şəkər tozu səpin.



Nuş olsun!


Şokoladlı armudlu piroq meyvəli şirniyyatdır.



Şokoladlı armudlu piroq

13 Ekim 2016 Perşembe

Quru meyvəli keks

Ərzaqlar


  • 250 qr un

     


  • 1,5 çay qaşığı qabartma tozu

     


  • Çimdik duz

     


  • 100 qr pudra şəkəri

     


  • 250 qr xama və ya təbii yoqurt

     


  • 50 qr kərə yağı

     


  • 2  yumurta

     


  • 250 qr quru meyvələr (quru ərik, kişmiş, qara gavalı və qurudulmuş quşüzümü)

Hazırlanması



  1. Unu pudra şəkəri  qabartma tozu və duz ilə qarışdırırıq.

  2. Yumurtanı yüngül qarışdırırıq.

  3. Una xama və yumuşalmış yağla qarışdırırıq.

  4. Qarışıma doğranmış quru meyvələri əlavə edib qarışdırırıq.

  5. Qarışımı keks qablarına tökürük.

  6. Sobanı 180 dərəcədə isidirik və 25 dəqiqə bişiririk.



Nuş olsun!


Quru meyvəli keks asan hazırlanan şirniyyatdır.



Quru meyvəli keks

11 Ekim 2016 Salı

Ovuntulu kəsmikli piroq

Ərzaqlar


  • 2 su stəkanı un 

  • 150 qram kərə yağı 

  • 300 qram kəsmik 

  • 2 yumurta 

  • 1 su stəkanı şəkər 

  • 15 qram vanil

Hazırlanması



  1. Donmuş kərə yağı sürtgəcdən keçirin,  un və yarım stəkan şəkər əlavə edin və əllə ovuntulu xəmir edin.

  2. Başqa qabda yumurta və kəsmik, qalan şəkər və vanili yaxşı qarışdırın.

  3. Içiniz hazırdır. 

  4. Soba qabına yağlı kağız qoyun.

  5. Ovuntulu xəmirdən yarısını götürün və qaba  səpin.

  6. Üzərinə xamalı içi əlavə edin və qalan xəmiri üstünə səpin.

  7. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 30 dəqiqə bişirin.



Nuş olsun!


Ovuntulu kəsmikli piroq şirniyyatı asan hazırlanan şirniyyatdır.



Ovuntulu kəsmikli piroq

10 Ekim 2016 Pazartesi

Nektarinli peçenye

Ərzaqlar


  • 3-4 bərk nektarin (şaftalı növü)

     


  • 1 xörək q. limon şirəsi

     


  • 80 qram şəkər

     


  • 320 qram un

     


  • 1 xörək q. qabartma tozu

     


  • Bir çimdik duz

     


  • 150 qram kərə yağı

     


  • 150 qram xama

     


  • Bəzək üçün

     


  • Şəkər tozu

Hazırlanması



  1. Nektarinləri yuyun, qabığını soyun, tumlarını çıxardın və xırda kvadrat formasında doğrayın.

  2. Üzərinə 2 çay qaşığı şəkər və limon sokunu əlavə edin.

  3. Başqa qabda kərə yağını xırda-xırda doğrayın, üzərinə un, duz, şəkər və qabartmanı əlavə edin və  əllə yaxşı qarışdırın.

  4. Sonra hissə-hissə xamanı əlavə edib qarışdırn.

  5. Nektarinləri xəmirə qatın.

     


  6. Taxtanı unlayın və xəmiri 2 sm qalınlığında yayın.

  7. Stəkan ağzı və ya xüsusi peçenye forması ilə dairələr kəsin.

  8. Soba qabına yağlı kağız qoyun.

  9. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 20 dəqiqə bişirin.

  10. Hazır olduqda soyuduqdan sonra üzərinə şəkər tozu səpin.



Nuş olsun!


Nektarinli peçenye şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.



Nektarinli peçenye

8 Ekim 2016 Cumartesi

Kofeli, qara gavalılı bize tortu

Ərzaqlar


  • 1 xörək q. qarğıdalı və ya kartof nişastası 

  • 50 qram tumsuz quru xurma 

  • 50 qram tumsuz qara gavalı qurusu 

  • 50 qram qoz 

  • 1 xörək q. kakao tozu 

  • 1 çay q. alma sirkəsi 

  • 220 qram şəkər 

  • 5 yumurta ağı 

  • Krem: 

  • 150 qram kərə yağı 

  • 100 qram şəkər tozu 

  • 2 xörək q. dəmlənmiş kofe 

  • 3 xörək q. konyak

Hazırlanması



  1. Qoz, xurma qurusu və qara gavalını xırda ölçüdə doğrayın.

  2. Yumurta ağını sirkə ilə bir qabda mikserlə yaxşı çalın.

  3. Hissə-hissə şəkər əlavə edərək çalmağa davam edin.

  4. Kakao tozu, nişasta, qoz və doğranmış quru meyvələri  beze xəmrinə əlavə edin.

  5. Soba qabına yağlı kağız qoyun  və beze xəmirini iki hissəyə bölün, əvvəlcədən isidilmiş 180 dərəcəli sobada  140 dərəcə temperaturda  1 saat bişirin. 

  6. Kremi hazırlamaq üçün qeyd olunmuş ərzaqları mikserlə çalın.

  7. Soyumuş korjun üzərinə krem çəkin, digərini üzərinə qoyun və əlinizlə yavaşca bizeni bərkidin.

  8. Krem ancaq korjların ortasına çəkilir.

  9. 1-2 saat soyuducuda saxlayın.



Nuş olsun!


Kofeli, qara gavalılı bize tortu çətin hazırlanan şirniyyatdır.



Kofeli, qara gavalılı bize tortu

7 Ekim 2016 Cuma

Kofeli-kəsmikli desert

Ərzaqlar


  • 1 banan 

  • 3 qram həll olan kofe 

  • 1 çay q. qəhvəyi şəkər 

  • 2 xörək q. qaynar su 

  • 10 qram şokolad 

  • 100 qram badam ləpəsi 

  • 200 qram kəsmik

Hazırlanması



  1. Kafe ilə şəkəri qarışdırın.

  2. Qaynar suyu əlavə edin və şəkər əriyənə qədər qarışdırın.

  3. Bananı blendlə çalın.

  4. Kəsmiyi banana əlavə edin və qaşıqla qarışdırın.

  5. Kofeni üzərinə əlavə edin və qarışdırın.

  6. Bir qabda soyuducuya qoyun.

  7. Süfrəyə verəndə üzərinə badam ləpəsi və sürtgəcdən keçirilmiş şokolad səpin.



Nuş olsun!


Kofeli-kəsmikli desert asan hazırlanan desertdir.



Kofeli-kəsmikli desert

6 Ekim 2016 Perşembe

Kişmişli və romlu krem

Ərzaqlar


  • 200 ml qaymaq

     


  • 50 qr pudra şəkəri

     


  • 1 limon, qabığı və şirəsi

  • 150 qr zəncəfilli keks vəya istənilən biskvit, kiçik kvadratlara doğranmış

     


  • Romlu sirop: 

  • 50 ml tünd rom

  • 120 qr pudra şəkər

  • 80 qr kişmiş


Hazırlanması


  1. Sirop hazırlamaq üçün, romu qaynayanacan, sirop olana qədər şəkər və 100 ml suy 1-2 dəqiqə qarışdırın  

  2. Sonra kişmiş əlavə edin və soyumağa qoyun.

  3. Qaymağı pudra şəkəri ilə qarışdırın, limon şirəsini əlavə edib yenidən qarışdırın.

  4. Kiçik stəkana keks dilimlərini sirop və kişmiş ən üstə isə qaymağı tökün.

  5. Limon qabıqları ilə bəzəyin və soyuducuya qoyun.



Nuş olsun!


Kişmişli  və romlu krem asan hazırlanan şirniyyatdır.



Kişmişli və romlu krem

4 Ekim 2016 Salı

Halley tort

Ərzaqlar


  • Keks xəmiri üçün; 

  • 4 yumurta 

  • 1 su stəkanı şəkər 

  • 1 çay stəkanı duru yağ 

  • 1 çay stəkanı süd 

  • 1 paket qabartma tozu 

  • 1 paket vanil 

  • Aldığı qədər un (təqribən 2 su stəkanı ) 

  • Sousu üçün; 

  • 2 su stəkanı süd 

  • 4 yemək qaşığı şəkər 

  • 4 yemək qaşığı kakao 

  • Kremi üçün; 

  • 1 paket vanilli vəya kakaolu cremole 

  • 2,5 su stəkanı süd 

  • Üzəri üçün; 

  • kokos

Hazırlanması



  1. Keks xəmiri üçün yumurta və şəkər qarışdırıldıqdan sonra süd və duru yağı əlavə edib qarışdırın.

  2. Daha sonra qabartma tozu vanil və unu qataraq xəmiri yağlı kağız sərilmiş orta ölçüdə qazana  tökün.

  3. Əvvəlcədən isidilmiş sobada 175 dərəcədə bişirin.

  4. Sousu üçün süd, şəkər və kakaonu qarışdırın.

  5. Keks bişəndə sobadan götürüb soyumağa qoyun.

  6. Cremoleyi 2,5 su stəkanı südlə hazırlayın.

  7. Soyuyan keksi kvadrat dilimlər halında kəsin və sousa batırın.

  8. Bu şəkildə hazırlayıb sousa batırdığınız keks dilimlərini soyuducuda 2 saata qədər saxlayın.

  9. Soyuducuda soyutduğunuz keksləri bıçaqla eninə ikiyə ayırın və aralarına krem çəkin, kokosa bulayıb üzərini istədiyiniz kimi bəzəyin.



Nuş olsun!


Halley tortu asan hazırlanan şirniyyatdır.



Halley tort

3 Ekim 2016 Pazartesi

Gavalılı muffin

Ərzaqlar


  • 320 qr qara gavalı

     


  • 275 qr un

     


  • 2 çay qaşığı

     


  • ½ çay qaşığı qabartma tozu

     


  • 200 qr şəkər

     


  • 2 yumurta

     


  • 100 ml günəbaxan yağı

     


  • 250 ml təbii yoqurt

Hazırlanması



  1. Sobanı 180 dərəcədə isidin.

  2. Gavalıları yuyun, yarıya bölün.

  3. Un qabartma tozu və şəkəri qarışdırın.

  4. Digər qabda yumurta yağ və yoqurtu qarışdırın.

  5. Qarışımı una əlavə edin və qarışdırın.

  6. Gavalıları da əlavə edib keks qablarına tökün.

  7. 15 dəqiqə sobada bişirin.



Nuş olsun!


Gavalılı muffin asan hazırlanan şirniyyatdır.



Gavalılı muffin