30 Eylül 2016 Cuma
Bişmiş südlü piroq

Ərzaqlar
- 80 qram kərə yağı
- 300 qram ovulan peçenye
- 3 yumurta sarısı
- 400 qram bişmiş süd
- Yarım dənə limon
Hazırlanması
- Peçenyeni orta ölçülü hissələrə bölün.
- Kərə yağını xırda hissələrə bölün və üzərinə əlavə edib qarışdırın.
- Soba qabına yağlı kağız qoyun.
- Alınmış kütləni qaba elə yerləşdirin ki, kənarları da tam tutulsun.
- Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 15 dəqiqə bişirin. Içi hazırlayın.
- Yumurta sarısını çalın və bişmiş südü üzərinə əlavə edin.
- Limonu sıxıb şirəsini çıxardın və südlə yumurta qarışığına əlavə edin.
- Xəmiri sobadan götürün və hazırladığınız içi üzərinə tökün.
- Yenidən 10 dədiqə sobada bişirin.
- Hazır olduqda, meyvə, giləmeyvə və ya çalınmış qaymaq ilə bəzəyə bilərsiniz.
Nuş olsun!
Bişmiş südlü piroq çox yüngül şirniyyatdır.
Bişmiş südlü piroq
29 Eylül 2016 Perşembe
Bişmiş südlü, kremli bilinçikli tort

Ərzaqlar
- 1 litr süd
- 2 xörək q. şəkər
- 3 yumurta
- 4 xörək q. duru yağ
- 1 çimdik duz
- 400 qram un
- 1 çay q. çay sodası
- Krem:
- 1 banka bişmiş süd
- 30 qram kərə yağı
- 100 qram xama
Hazırlanması
- Yumurtanı şəkər və duz ilə ağaranadək çalın.
- Südü əlavə edin və qarışdırın və hissə-hissə unu əlavə edin.
- Sonda duru yağ və sodanı əlavə edin və kənara qoyun ki, özünü tutsun.
- Kremi hazırlayın.
- Bunun üçün bişmiş südlə kərə yağını çalın və xamanı əlavə edib qarışdırın.
- Kremi soyuducuya qoyun.
- Bliniləri hazırlamaq üçün tavanı odda isidin, duru yağ ilə yağlayın.
- Bir qaşıq xəmirdən tavaya tökün yayın və iki tərəfli bişirin.
- Bu qayda ilə bliniləri hazırlayın.
- Kremi soyuducudan götürün və bliniləri kremliyib üst-üstə düzün.
- Öz zövqünüzə görə bəzəyə bilərsiniz.
Nuş olsun!
Bişmiş südlü, kremli bilinçikli tort
28 Eylül 2016 Çarşamba
Bağlı almalı piroq

Ərzaqlar
- 200 qram kərə yağı
- 100 qram şəkər
- 1 çimdik duz
- 1 yumurta
- 350 qram un
- Iç üçün:
- 8 ədəd alma
- 200 qram alma şirəsi
- 1/2 sürtgəcdən keçirilmiş limon qabığı
- 100 qram şəkər
- 2 çimdik üyüdülmüş darçın
- 1 çay q. vanil
- Sirop:
- 1 çay q. limon şirəsi
- 3 xörək q. şəkər tozu
- Üzərinə
- 100 dənə qoz ləpəsi
- 100 qram şəkər
Hazırlanması
- Bir qaba 8 almanın qabığını soyun, xırda formada doğrayın, üzərinə alma şirəsi və şəkər əlavə edin, odda 10 dəqiqə yumşalana qədər bişirin (bişməsi almanın sortundan asılıdır).
- Bişdikdən sonra, sürtgəcdən keçirilmiş limon qabığı, darçın və vanil əlavə edin, qarışdırın və soyumaq üçün kənara qoyun.
- Xəmiri hazırlamaq üçün yağı digər ərzaqlar ilə qarışdın və əllə xəmir yoğurun.
- Ehtiyac olarsa 1-2 xörək q. su əlavə edə biləsiniz.
- Üstünü qida kağızı ilə örtün və 30 dəqiqə soyuducuda saxlayın.
- Sonra xəmirin təxmini 1/4 hissəsini kənara qoyun.
- Qalan xəmiri əvvəlcədən yağlanmış soba qabına əlinizi unlayaraq yayın.
- Xəmiri qaba elə yerləşdirin ki, qabın kənarları da tutulsun.
- Üzərinə içi elə paylaşdırın ki, hər tərəfinə yayılsın.
- Xəmirin qalan 1/4 hissəsini yayın və piroqun üstünü bağlayın.
- Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 40 dəqiqə bişirin.
- Hazır olduqda üstünü bəzəmək üçün limon şirəsi və şəkər tozunu qarışdırıb odda sirop bişirin.
- Ayrı qabda odda şəkəri əridin və qozları xırda formada doğrayıb şəkərə əlavə edin.
- Piroqun üstünü gözlə 8 hissəyə bölün və bir hissəsinə şirəli qoz, digərinə limonnu sirop tökün.
Nuş olsun!
Bağlı almalı piroq şirniyyatı çətin hazırlanan şirniyyatdır.
Bağlı almalı piroq
27 Eylül 2016 Salı
Balqabaqlı dietik mannik

Ərzaqlar
- 600 qram balqabaq
- 50 qram mannı yarması
- 250 qram kəsmik
- 3 yumurta
- 1 çimdik darçın
- Şəkər əvəzedici zövqə görə
Hazırlanması
- Balqabağı təmizləyin.
- Xırda formada doğrayın və qazana qoyun, üstünə 150 qram su tökün və 20-30 dəqiqə odda yumşalana qədər bişirin.
- Başqa qabda yumurtanı mikserlə çalın.
- Kəsmiyi əlavə edib çalmağa davam edin.
- Şəkər əvəz edici zövqə görə əlavə edin.
- Bunu balla da əvəz etmək olar.
- Mannı yarmasını, darçını, yumurtaya əlavə edin və balqabaq ilə bunları yaxşı qarışdırın.
- Soba qabına yağlı kağız qoyun.
- Balqabaqlı kütləni qaba tökün.
- Əvvəlcədən isidilmiş 170 dərəcəli sobada 40-50 dəqiqə qızılı rəng alana qədər bişirin.
Nuş olsun!
Balqabaqlı dietik mannik şirniyyatı tez hazırlanan şirniyyatdır.
Balqabaqlı dietik mannik
26 Eylül 2016 Pazartesi
Balli almalı piroq

Ərzaqlar
- 200 qram un
- 100 qram kərə yağı
- Bir çimdik duz
- 1 ədəd limon
- 3 ədəd alma
- 200 qram bal
- 3 yumurta
- 1 çimdik darçın
- 1xörək q. araxis
Hazırlanması
- Un, kərə yağı və duzu qarışdırın və ovulan xəmir hazırlayın.
- Üstünü ötrün və 1 saat sotyuducuda saxlayın.
- Lomonun qabığını təmizləyin, sürtgəcdən keçirin və şirəsini çıxardıb qarışdırın.
- Üzərinə 3 yumurta, darçın, 1 xörək q. un əlavə edin və qarışdırın.
- Balı da bu qarışığa qatıb qarışdırın.
- Sonra arada bir qarışdırmaq şərti ilə 20 dəqiqə kənara qoyun.
- Soba qabını yağlayın.
- Xəmiri 2-4mm qalınlığında yayıb qaba elə yerləşdirin ki, divarları da tutulsun.
- Bir neçə yerdən çəngəl ilə deşin.
- Almaları yuyun, qabıqlarını və tumunu təmizləyin və dilim formasında doğrayın.
- Xəmirin üstünə sıx formada düzün.
- Əvvəlcədən isidilmiş 200 dərəcəli obada 15 dəqiqə bişirin.
- Sobadan çıxartmamaq şərti ilə ballı qarışığı almaların üstünə tökün.
- Sobanın istiliyin 160 dərəcəyə endirib 30 dəqiqə də bişirin.
- 10 dəqiqə bişməyinə qalmış araxisləri üstünə səpin.
Nuş olsun!
Balli almalı piroq çətin hazırlanan şirniyyatdır.
Balli almalı piroq
25 Eylül 2016 Pazar
Badamlı kök piroq

Ərzaqlar
- 2 kök
- 300 qram badam
- 200 qram şəkər
- 4 yumurta
- 50 qram un
- 3 xörək q. sürtgəcdən keçirilmiş limon qabığı
- 1 çimdik darçın
- 1xörək q. liker
- 1 çay q. qabartma tozu
Hazırlanması
- Kökləri qabıqdan təmizləyin və sürtgəcin iri gözündən keçirin.
- Badam ləpəsini xırda doğrayın və kökə qatın.
- Yumurtanın ağını sarıdan ayırın.
- Sarını 100 qram şəkər ilə çalın, qabartma ilə qarışdırılmış unu, darçını, limon qabığını və likeru əlavə edin.
- Alınmış kütləni kök və badama qatın.
- Ayrı qabda yumurta ağını 100 qram şəkərlə mikserlə çalın.
- Və badamlı köklü qarışığa əlavə edin.
- Soba qabını yağlayın və xəmirə qaba tökün.
- Əvvəlcədən isdilmiş.
- 180 dərəcəli sobada 1 saat bişirin.
- Bu piroq yağsız və çox a az miqdarda un ilə hazırlanır.
- Ona görə də dietik demək olar.
Nuş olsun!
Badamlı kök piroq asan hazırlanan şirniyyatdır.
Badamlı kök piroq
24 Eylül 2016 Cumartesi
Ananaslı dondurmalı peçenye

Ərzaqlar
- 200 qram yağlı qaymaq
- 150 qram yağlı olmayan yoqurt
- 1 ədəd ananas
- 200 qram ovulan peçenye
Hazırlanması
- Ananası təmizləyin və iri kvadrat hissələrə bölün.
- Üstünə yoqurt töküb blendrlə püre halına düşənə qədər çalın.
- Başqa qabda qaymağı blendlə şişənə qədər çalın və ananaslı qarışığa əlavə edin.
- Üstünü qida kağızı ilə örtüb buz dolabına qoyun.
- 1 peçenyenin üstünə 1-2 çay q. donmuş ananaslı dondurmadan qoyub üstünə ikinci peçenye qoyun.
- Desertiniz hazırdır.
Nuş olsun!
Ananaslı dondurmalı peçenye şirniyyatı həm meyvə, həm də dondurma sevənlərin seçimidir.
Ananaslı dondurmalı peçenye
23 Eylül 2016 Cuma
Almalı Varşava piroqu

Ərzaqlar
- 7 ədəd alma
- 1 su stəkanı un
- 1 su stəkanı mannı yarması
- 1 su stəkanı şəkər
- 100 qram kərə yağı
- 1 ədəd limon
- Darçın zövqə görə
- Sürtgəcdən keçirilmiş portağal qabığı
- 50 qram şəkər tozu
Hazırlanması
- Iç hazırlamaq üçün almalaır yuyun.
- Sürtdəcdən keçirin.
- Üzərinə limon şirəsi, darçın və sürtgəcdən keçirilmiş portağal qabığı əlavə edin.
- Soba qabına yağlı kağız qoyun.
- Un, mannı yarması, şəkər və qabartma tozunu qarışdırın.
- 1/3 hissəsini soba qabına tökün və üstünə almaların 1/3 hissəsini qatın.
- Bu prosesi 2 dəfə də təkrarlayın. Sonuncu qat alma olmalıdır.
- Üzərinə kərə yağını sürtgəcdək keçirib yayın.
- Əvvəlcədən 180-200 dərəcə isidilmiş sobada 30-40 dəqiqə biçirin.
- Üzü qəhvəyi rəng olmalıdır.
- Hazır olduqda soyuduqdan sonra üzərinə şəkər tozu səpin.
Nuş olsun
Almalı Varşava piroqu şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.
Almalı Varşava piroqu
22 Eylül 2016 Perşembe
Albalılı - şokoladlı muss tortu

Ərzaqlar
- 70 qram kərə yağı
- 3 xörək q. 10-20%-li qaymaq
- 240 qram şokoladlı peçenye
- Albalılı muss:
- 50 qram mannı yarması
- 5 xörək q. qəhvəyi şəkər
- 450 qram su
- 200 qram dondurulmuş albalı
- 10 qram jelatin
- Şokoladlı muss:
- 500 qram 33-35%-li qaymaq
- 100 qram südlü şokolad
- 50 qram 70%-li tünd şokolad
- 100 qram şəkər tozu
- 50 qram şokoladlı liker
- 17 qram jelatin
- 100 qram su
- Qlazur üçün:
- 3 xörək q. 10-20%-li qaymaq
- 5 xörək q. şəkər
- 3 xörək q. kakao
- 40 qram kərə yağı
Hazırlanması
- Bir qab götürün 300 qram su tökün və albalıları əlavə edib odda qaynayana qədər gözləyin.
- Alınmış məhlulu süzgəcdən keçirin.
- Alınmış albalı şirəsinə şəkər əlavə edin və yenə odda qaynayana qədər gözləyin.
- Sonra mannı yarmasını 100 qram su ilə qarışdıraraq şirəyə əlavə edin və aşağı odda 15 dəqiqə bişirin.
- Soyuduqdan sonra onu blendrlə 10 dəqiqə çalın.
- O şişib 2 qat çoxalacaq.
- Əvvəlcədən 50 qram suda isladılmış jelatini su vannasında əriyənə qədər odda saxlayın və albalılı mussun üzərinə əlavə edin.
- Qida kağızı ilə örtülmüş bir qaba tökün.
- Sonra buz dolabında 40 dəqiqə saxlayın.
- Şokoladlı peçenyeni stəkanın arxası ilə bir qabda yaxşı əzin.
- Üzərinə kərə yağı, qaymaq əlavə edin və bütöv bir kütlə alınana qədər qarışdırın.
- 20 sm diametrli yanları hündür olan bir qab götürüb peçenyeli şokoladlı kütləni qaba yaxşı hamarlayaraq yayın və soyuducuya qoyun.
- Şokoladlı muss hazırlamaq üçün qaymağ və şəkəri mikserlə çalın.
- Üzərinə likor, su vannasında əridilmiş şokoladı əlavə edin.
- Əvvəlcədən isladılmış jelatini odda həll olana qədər qarışdırın.
- Soyuduqdan sonra şokoladlı mussa əlavə edin.
- Peçenyeli şokoladlı kütlənin ortasına albalılı mussu üstünə və kənarlarına şokoladlı mussu töküb hamarlayın.
- 30-40 dəqiqə soyuducuda saxlayın.
- Qlazuru hazırlamaq üçün kakao, şəkər və qaymağı odda qaynayana qədər qarışdırın.
Nuş olsun
Albalılı-şokoladlı muss tortu şirniyyatı həm meyvəli, həm də şokoladlı şirniyyatdır.
Albalılı - şokoladlı muss tortu
21 Eylül 2016 Çarşamba
Yüngül xurma dolması

Ərzaqlar
- 1 qutu Dondurma
- 12 ədəd xurma
- 50 g çəkilmiş fıstıq içi (duzsuz)
- Üzəri üçün;
- Meyvəli sous
Hazırlanması
- Hurmaları ikiyə ayırıb, çəyirdəklərini çıxarın.
- Dondurmanı soyuducudan çıxarıb otaq temperaturunda 5 dəqiqə saxlayın.
- Dondurmanı uzunlamasına 3 hissəyə kəsin.
- Dondurmadan xurma boyda hissələr kəsib, xurmaların içlərini dondurma ilə doldurun.
- Boşqaba fıstığı töküb, xurmaların dondurma ilə dolu olan kənarını fıstığa bulayıb servis boşqabına qoyun.
- Xurma dolmalarını buzluğa kaldırıp, arzuya göre Carte d’Or Meyve Şöleni Sosu ile bekletmeden soğuk olarak servis edin.
- Arzuya görə Sadə Dondurma yerinə Fıstıqlı və ya şokoladları istifadə edə bilərsiniz.
- Daha kiçik xurma istifadə etsənkiz xurma sayını 12 ədəddən 24 ədədə artərən.
Nuş olsun!
Yüngül xurma dolması asan və tez hazırlanan şirniyyatdır.
Yüngül xurma dolması
20 Eylül 2016 Salı
Yalançı doyduran

Ərzaqlar
- 1, 5 paket peçenye
- 1 vanil
- 1 çay stəkanı pudra şəkəri
- 1 su stəkanı süd
- 25 gr kakao
- Bəzəmək üçün;
- əridilmiş şokolad
- kokos
- fıstıq
Hazırlanması
- Peçenyeləri un halına gətiririk.
- İçinə vanil, pudra şəkəri, süd və kakao əlavə edib yoğururuq.
- Streçlə bağlayıb soyuducuda 40 dəqiqə saxlayırıq.
- 40 dəqiqə sonra barmaq qalınlığında kəsib şokolada, sonra da bəzəklərə batırırıq.
- Bəzəmə bitdikdən sonra 5 dəqiqə soyuducuya qoyuruq ki, donsun sonra servis edirik.
Nuş olsun!
Yalançı doyduran şokoladlı şirniyyatdır.
Yalançı doyduran
18 Eylül 2016 Pazar
Albalılı tiramusu

Ərzaqlar
- 200 qram peçenye (qadın barmaqları)
- 2- 3 xörək q. konyak
- 0,5 su stəkanı dəmlənmiş tünd kofe
- 400 qram yağlı qaymaq
- 2-3 xörək q. kakao tozu
- 2-3 xörək q. şəkər tozu
- 300 qram albalı (təzə və ya konservləşdirilmiş)
- 125 qram tünd şokolad
Hazırlanması
- Dərin bir qab götürün və içinə yağlı kağız qoyun 5 dənə peçenyeni hər tərəfinə hopmaq şərti ilə əvvəlcə konyakda sonra kofedə isladın. Qabın yerinə və divarlarına düzün.
Qaymağı yaxşı mikserlə çalın.
- 2 hissəyə bölün.
- Bir hissəyə kakao, şəkər tozu, digərinə albalını (tumu təmizlənmiş, yarı bölünmüş) əlavə edin.
- 2 növ kremi qat-qat peçenyelərin üstünə qaşıqla qoyun.
- Qalan peçenyelərli əvvəlcə konyakda sonra kofedə isladıb kremin üstünü bağlamaq şərti ilə düzün.
- 12 saat soyuducuda saxlayın.
- Soyumuş tiramusunu qablara qoyub üzərinə şokolad və albalı düzə bilərsiniz.
Nuş olsun!
Albalılı tiramusu şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.
Albalılı tiramusu
17 Eylül 2016 Cumartesi
Vinni muss şirniyyatı

Ərzaqlar
- 4 yumurta sarısı
- 1 yumurta
- 120 qr pudra şəkəri
- 80 qr ağ çaxır
Hazırlanması
- Qazanda su qaynadın
- Yumurta sarısı, yumurta və pudra şəkərini mikserlə qarışdırın
- Qabı qaynayan qazana qoyun və biraz çaxır əlavə edin, köpüklənənə qədər qarışdırmağa davam edin.
- Vinni mussu 4 stəkana paylaşdırın.
Nuş olsun!
Vinni muss asan hazırlanan şirniyyatdır.
Vinni muss şirniyyatı
16 Eylül 2016 Cuma
Üzümlü mannik

Ərzaqlar
- 200 qram kefir
- 70-100 qram marçipan
- 100-150 qram tumsuz üzüm
- 200-250 qram mannı yarması
- 2 yumurta
- 1 paket qabartma tozu
- Sürtgəcdən keçirilmiş limon qabığı
- 50-100 qram şəkər
- 50 qram duru yağ
- Üzərinə:
- Şəkər tozu
Hazırlanması
- Yumurtanı şəkər ilə şişənə qədər qarışdırın.
- Üzərinə kefir və qabartma tozunu əlavə edib qarışdırın.
- Mannı yarmasının yarısını , yağı, marçipanı, sürtgəcdən keçirilmiş limon qabığı və üzümü əlavə edib qaşıq ilə qarışdırın.
- Sobanı 180 dərəcə qızdırın.
- Soba qabına qalan mannı yarmasını səpin.
- Alınmış kütləni üzərinə əlavə edin və təxminə 30 dəqiqə qəhvəyi rəng alana qədər sobada bişirin.
- Mannik hazır olduqda soyuduqdan sonra üzərinə şəkər tozu səpin.
Nuş olsun!
Üzümlü mannik şirniyyatı tez hazırlanan şirniyyatdır.
Üzümlü mannik
14 Eylül 2016 Çarşamba
Kəsmikli, armudlu və giləmeyvəli piroq

Ərzaqlar
- Xəmir üçün:
- 300 qram un
- 30 qram şəkər
- Yarım paket qabartma tozu
- 75 qram kərə yağı
- Yarım limon qabığı
- 1 yumurta
- 1,5 xörək qaşığı soyuq su
- Iç üçün:
- 2 yumurta
- 250 qram kəsmik
- 100 qram qaymaq
- 50 qram şəkər
- 1 paket vanil
- 2 dənə armud
- 200 qram giləmeyvə
Hazırlanması
- Kərə yağını kub şəklində doğrayın.
- Üzərinə un, qabartma tozu və şəkəri əlavə edib qarışdırın.
- Sonra sürtgəcdən keşirilmiş limon qabığını, yumurtanı və suyu əlavə edib xəmir hazırlayın.
- Əvvəlcədən yağlanmış soba qabına xəmiri elə yayın ki, xəmir onun kənarlarına da tutsun.
- Sonra xəmiri bir neçə yerdən çəngəl ilə deşin.
- Kəsmiyi şəkər vanilin və qaymaq ilə mikserlə çalın.
- Yumurtanı əlavə edib yenə mikser ilə çalın.
- Armudu halqa formasında doğrayıb piroqun üstünə düzün.
- Üstünə kəsmikli qarışığı töküb giləmeyvəni səpin.
- 200 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.
- Hazır olduqda soyuduqdan sonra qabdan çıxardın və üzərinə şəkər tozu səpin.
- Süfrəyə dondurma ilə də təqdim olun abilər.
Nuş olsun!
Kəsmikli, armudlu və giləmeyvəli şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.
Kəsmikli, armudlu və giləmeyvəli piroq
13 Eylül 2016 Salı
Tez hazırlanan tort

Ərzaqlar
- 3 su stəkanı un
- 1 banka qatılaşdırılmış süd
- 1 yumurta
- 0,5 paket qabartma tozu
- Krem üçün:
- 750 qram süd
- 1,5 su stəkanı şəkər
- 2 yumurta
- 3 xörək q. un
- 200 qram kərə yağı
- 1 paket vanil
Hazırlanması
- Qatılaşdırılmış süd, yumurta və qabartma tozu ilə unu qarışdırıb xəmir edin.
- 8 hissəyə bölün.
- Bir tava götürün.
- Xəmirləri yayıb tavada odda bişirin.
- Bir üzü bişdikdə fırladıb ikinci üzünü də bişirin.
- 8 kündəni yayıb bişirdikdən sonra soyumağa qoyun.
- Sonra kənarlarını səliqə ilə kəsin.
- Kremi hazırlamaq üçün süd, şəkər yumurta un və vanili bir qabda qarışdırıb odda bərkiyənə qədər bişirin.
- Soyuduqda kərə yağını əlavə edin.
- Hazırladığınız korjlara krem çəkib üst-üstə yığın və üzərinə ovuntunu səpin.
- 3 saat ev temperaturunda saxladıqdan sonra 4 saat soyuducuda saxlayın.
Nuş olsun!
Tez hazırlanan tort tez və asan hazırlanan şirniyyatdır.
Tez hazırlanan tort
11 Eylül 2016 Pazar
Şokoladlı yaz supanqlesi

Ərzaqlar
- 1 qutu “Sadə & şokoladlı” Dondurma
- 1 paket Supangle
- ½ lt. Süd
- Üzəri üçün;
- Təzə fəsil meyvələr
Hazırlanması
- Qazana südü və Supangleyi qoyub, sos kimi olana qədər qarışdıraraq bişirib soyudun.
- Dondurmanı soyuducudan çıxarıb otaq temperaturunda 5 dəqiqə saxlayın.
- Daha sonra Dondurmanı bir birinə qarışmayacaq şəkildə kvadrat formada kəsin.
- İlk öncə kasanın dibinə 3 ədəd Sadə Dondurmanı qoyun, üzərinə Supangledən əlavə edin, qaşıqla şirniyyatın üzərini düzəldin.
- Ən son üzərlərinə kəsdiyiniz şokoladlı kvadrat dondurmaları qoyun.
- Soyuducuya qoyub 30 dəqiqə saxlayın.
- Üzərlərini damla şokoladla bəzəyin və servis edin.
Nuş olsun!
Şokoladlı yaz supanqlesi çox dadlı dondurmalı şirniyyatdır.
Şokoladlı yaz supanqlesi
10 Eylül 2016 Cumartesi
Şokoladlı biscotti

Ərzaqlar
- 280 gr (2 su stəkanı) un
- 65 gr (3/4 su stəkanı) kakao
- 1 yemək qaşığı qabartma tozu
- 1/4 yemək qaşığı duz
- 3 yumurta
- 200 gr (1 su stəkanı) şəkər
- 1 yemək qaşığı vanil
- 125 gr (1 su stəkanı) fındıq vəya badam (döyülmüş)
- 120 gr (3/4 su stəkanı) tünd şokolad (parçalanmış)
Hazırlanması
- Sobanı 180 dərəcədə isidin.
- Bir qabda kakao, un, qabartma tozu və duzu qarışdırın.
- Bir mikser qabında yumurta, şəkər və vanili yüngül çaldıqdan sonra unlu qarışımı əlavə edin və xəmir halına gələndə fındıq və şokolad parçalarını əlavə edin.
- Yumşaq və ələ yapışmayan xəmir olacaq.
- Xəmiri ikiyə bölün, uzunsov forma verin və yağlı kağız sərilmiş soba qabında yanyana qoyun.
- sobada 25 dəqiqə bişirib çıxarın.
- 15 dəqiqə otaq temperaturunda saxlayın və taxta qaşıqla 1,5 sm-lik dilimlərə kəsin.
- Soba qabında dilimləri bir birinə yapışacaq şəkildə düzün.
- 10 dəqiqə də bişirin.
- Sobadan çıxarın, həm sadə, həm də şokolada batıraraq yeyə bilərsiniz
Nuş olsun!
Şokoladlı biscotti tünd şokoladlı şirniyyatdır.
Şokoladlı biscotti
8 Eylül 2016 Perşembe
Şokoladlı kivi deserti

Ərzaqlar
- 4 kivi
- 70 qram şokolad
- 50 qram kərə yağı
Hazırlanması
- Kivilərin qabıqlarını təmizləyib qalın halqa şəklində doğrayın və hər dilimə çöplər bərkidin.
- Sonra kiviləri boşqaba yığıb üstünü qida kağızı ilə örtün və dondurucu kamerada 2 saat saxlayın.
- Kivilər donduqda şokoladlı qlazuru hazırlayın.
- Şokolad ilə kərə yağını qarışdırb su vannasında və ya mikrodalğalı sobada əridin.
- Ərinmiş şokoladı kivilərin üzərinə elə tökün ki, hər tərəfinə yayılsın və bərkiməyini gözləyin.
- Şokoladlı kivi deserti – dadlı, qəşəng və sadədir.
Nuş olsun!
Şokoladlı kivi deserti asan hazırlanan şirniyyatdır.
Şokoladlı kivi deserti
7 Eylül 2016 Çarşamba
Şokoladlı açar

Ərzaqlar
- 80 qram kərə yağı
- 0,5 su stəkanı şəkər
- 2 yumurta
- 1 paket vanil
- 2 su stəkanı un
- 35 qram kakao
- bir az duz
- 100 qram süd
- 0,5 su stəkanı kişmiş
- 0,5 su stəkanı xırdalanmış şokolad
- Maya üçün:
- 80 qram ilıq süd
- 1 xörək q. şəkər
- 1 xörək q. maya
- 25 qram kakao
- 25 qram un
Hazırlanması
- Mayanı hazırlamaq üçün maya üçün qeyd etdiyimiz məhsulları bir qabda qarışdırb kənarda şişməyini gözləyin.
- Xəmir üçün kərə yağını pesok ilə çalın, üzərinə yumurtanı, vanili əlavə edin.
- Ayrı bir qabda unu, kakaonu, duzu qarışdırın və xəmirə yavaş-yavaş süd ilə birlikdə əlavə edin.
- Mikserlə qarışdırın.
- Kənarda şişmiş mayanı xəmirə qatıb qarışdırın.
- Xırdalanmış şokolad və kişmişi əlavə edin.
- Alınmış xəmiri bir qaba qoyub üstünü örtüb 12 saat soyuducuda saxlayın.
- Sonra xəmiri soba qabına qoyub 1 saat da gözləyin.
- 180 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirin.
- Hazır olmuş şokoladlı açar şirniyyatını soyuduqdan sonra qabdan çıxarıb üzərinə şəkər tozunu əlavə edin.
Nuş olsun!
Şokoladlı açar şokoladlı şirniyyatdır.
Şokoladlı açar