30 Nisan 2016 Cumartesi

Köklü rulon keks

Ərzaqlar


  • 3 yumurta

  • 3 fincan şəkər tozu

  • 1 fincan süd

  • 4 fincan un

  • 1 paket qabartma tozu 

  • Içi üçün:

  • 4 ədəd kök

  • 1 stəkan üzüm

  • 1 fincan şəkər tozu

  • 1 yemək qaşığı darçın

  • 1 yemək qaşığı fıstıq


Hazırlanması


  1. Kökü rəndələyib şəkər və üzümü də əlavə edib yaxşıva bişiririk.

  2. Darçın əlavə edib altını söndürək.

  3. Böyük dördbucaq soba qabına yağlı kağız sərib təkrar yağlayaq.

  4. Mən kərəyağı istifadə etdim.

  5. Sonra bişən məhsulu qabın hər tərəfinə yayırıq.

  6. Üzərinə fıstıq səpib keksimizi hazırlayırıq.

  7. Keks üçün yumurta və şəkər tozunu qarışdırıb südü əlavə edib, un və qabartma tozunu ələyərək qarışdırırıq və köklü qarışığı üzərinə hər yerinə çatacaq şəkildə yayırıq.

  8. 180 dərəcəlik sobada kürdanla yoxlayaraq bişiririk.

  9. Bişən keksi ilk istiliyi ilə rulon edib soyuyanda yağlı kağızdan ayırıb təkrar rulon edirik. Servis edirik



Nuş olsun!


Köklü rulon keks dadından doyum olmayan şirniyyatdır.



Köklü rulon keks

29 Nisan 2016 Cuma

Unsuz nutellalı tort

Ərzaqlar


  • Keks üçün:

     


  • 200 gr tünd şokolad (parçalanmış)

     


  • 150 gr (1/2 su stəkanı + 1,5 yemək qaşığı) kərəyağ

     


  • 100 gr (1/2 su stəkanı) qəhvəyi şəkər

     


  • 100 gr (2/3 su stəkanı) toz badam (blenderda badamları çəkərək istifadə edə bilərsiniz)

     


  • 4 ədəd yumurta (sarısı və ağı ayrılmış)

     


  • 1 çimdik duz

     


  • Kremi üçün:

     


  • 125 ml (1/2 su stəkanı) duru krem

     


  • 1/4 su stəkanı nutella

     


  • 60 gr (1/4 su stəkanı) duru krem (İçinə 1 çay qaşığı limon suyu əlavə edib qarışdırın.  Yəni xama kimi qatı krem əldə etmiş oluruq)

     


  • Üzərini bəzəmək üçün böyürtkən və rəndələnmiş şokolad

Hazırlanması



  1. Sobanızı 180 dərəcəyə qoyun.

  2. Keks bişirəcəyiniz qabın içini duru yağ ilə yağlayıb yağlı kağız səririk.

  3. Kasaya parçalanmış şokolad və kərəyağını tökün və sobada arada qarışdırmaqla əridin.

     


  4. Bir qabda toz badam və qəhvəyi şəkəri qarıştırın və şokoladlı qarışıma əlavə edin.

  5. Yumurta sarılarını da əlavə edib qarışdırın.

  6. Yumurta ağlarını bir çimdik duzla qabarıb qatılaşana qədər çalın.

  7. Şokoladlı qarışımın içinə əlavə edin və altdan üstə doğru qatlama hərəkətiylə yumurta ağını qarışıma yedirin.

  8. Qaba töküb sobaya qoyun. 35 dəqiqə bişirin.

     


  9. Kremi üçün qaba krem, qatı krem və nutellanı tökün və qabarana qədər çırpın.

  10. Soyuyan keksinizi qabdan çıxarın.

  11. Üzərinə  mousse tökün və böyürtkən və şokolad qırıqlarıyla bəzəyin.



Nuş olsun!


Unsuz nutellalı tortu  asan hazırlanmasa da, çox dadlı şirniyyatdır.



Unsuz nutellalı tort

Kasote

Ərzaqlar


  • 4 yumurta

     


  • 2 paket krem şanti

     


  • 1,5 su stəkanı süd

     


  • 1 su stəkanı şəkər

     


  • 1 limon qabığı rəndəsi

     


  • 3 yemək qaşığı kakao

     


  • 1 paket 60 qr südlü fındıqlı şokolad

     


  • 4-5 ədəd peçenye

     


  • 1 çimdik duz

     


  • Silikon qəlib


Hazırlanması


  1. 3 ayrı qarışdırma qabı götürək.

  2. Süd və krem şantiyi iyicə qarışdıraq.

  3. Və  yumurtanın ağı və sarısını bir birinə qarışdırmadan ayıraq .

  4. ağına bir çimdik duz səpin və qar bəyazı köpük olana qədər mikser ilə çırpaq.

  5. Şəkər ilə yumurtanın sarısını keks formasına gələnəcən qədər çırpaq və bu 3 qarışımı birləştirib mikser ilə təkrar qarışdıraq və ikiyə bölək.

  6. Qarışımın birinə incə rəndələnmiş limon qabığını əlavə edək və digərinə 3 qaşıq kakao və südlü fındıqlı şokoladı rəndələyib qarışdıraq.

  7. Peçenyeləri xırdalayıb silikon qabın alt hissəsinə səpək və ağ olan qarışımı üstünə yerləştirib soyuducuya 1 saat qədər gözlədək və çıxarıb kakaolu olan qarışımı üstünə yerləştirib təkrar soyuducuya qoyaq və 1 gecə saxlayaq.

  8. İki qarışım birbirinə qarışmasın diyə 1 saat arayla yerləştirsək daha yaxşı nəticə alınar.



Nuş  olsun!


Kasote şirniyyatlar arasında ən çox sevilənlərdəndir



Kasote

28 Nisan 2016 Perşembe

Darçınlı almalı keks

Ərzaqlar


  • 125 qr marqarin vəya kərəyağ

  • 125 qr şəkər ( bir su stəkanından 2 barmaq əskik şəkər)

  • 200 qr un ( 2 su stəkanı )

  • 3 yumurta

  • 6 iri alma (almalar kiçik olarsa 8 ədəd)

  • 1 paket qabartma tozu və vanil

  • 3 yemək qaşığı süd

  • 1 yemək qaşığı toz şəkər və darçın (qarıştırıb almaların üzərinə səpiləcək)

  • Üzərinə ələmək üçün

  • Yarım çay stəkanı pudra şəkəri


Hazırlanması


  1. Əvvəlcə almaları yuyub, soyub dördə bölürük.

  2. İçlərini təmizləyirik

  3. . Sonra dilimlərin üzərini ucu sivri bir bıçaqla incə incə cızırıq.

  4. əvvəlcə yumurta və şəkəri çırpırıq

  5. . Yağ, un, qabartma tozu, vanil və südü əlavə edib keksi hazırlayırıq.

  6. Yağlı kağız yaydığımız dairəvi qaba tökürük.

  7. Keksi ortasından kənarlara doğru çəkirik.

  8. almaları birbirinə dəyəcək şəkildə keksin üzərinə sıralı şəkildə düzürük.

  9. almaların üzərinə də toz şəkər və darçın qarışımını səpirik.

  10. 180 dərəcədə içi çiy qalmayacaq şəkildə keksi bişiririk.

  11. Sobadan çıxardığımız keksin üzərinə soyuyanda pudra şəkəri səpirik.



Nuş olsun!


Darçınlı almalı keks darçın sevənlərin əsl ağız dadına uyğun şirniyyatdır.



Darçınlı almalı keks

27 Nisan 2016 Çarşamba

Dondurmalı trufel

Ərzaqlar


  • 500 qram çiyələkli dondurma

  • 350 qram ağ şokolad

  • 55 qram tünd şokolad

  • 55 qram doğranmış qoz ləpəsi 

Directions



  1. Dondurmadan çay qaşığı ilə götürüb balaca qoz formasında bir qaba qoyub buz dolabına qoyun və donmasını gözləyin.

  2. Ağ şokoladı xırda hissələrə bölün və su vannasında əriməsini gözləyin.

  3. Başqa bir qaba yağlı kağız qoyun.

  4. Qoz formasında dondurma trufelləri ağ şokoladda fırladıb bir-birindən aralı məsafədə qaba yığın və 1saat soyuducuda donmasını gözləyin.

  5. Tünd şokoladı da ağ şokolad formasında su vannasında əridin.

  6. Trufellərin üzərinə tökün.

  7. Üstünə doğranmış qoz səpin və buz dolabına donmağa qoyun.



Nuş olsun!


Dondurmalı trufel şirniyyatı asan hazırlanan şirniyyatdır.



Dondurmalı trufel

Çiyələk yuxusu

Ərzaqlar


  • 2 paket çiyələkli puding

     


  • 5,5 su stəkanı süd

     


  • 10 ədəd çiyələk

     


  • fıstıq

     


  • meyvəli sous


Hazırlanması


  1. Qazana pudinqlərin üzərində yazan süd miqdarından 1/3 stəkan əskik süd qoyuruq.

  2. Üzərinə pudinqləri töküb bişiririk.

  3. Pudinqin içinə yarım su stəkanı qədər fıstıq qoyuruq qarışdırıb orta ölçüdə bir boşqaba tökürük.

  4. Çiyələklərimizi incə incə doğrayıb  pudinq soyuduqdan sonra dilimlərimizi hesablayaraq düzürük.

  5. Meyvəli sousun arxasındakı su miqdarı adətən 1 stəkan olur yarım stəkandan 1 barmaq çox suyla hazırlayırıq və üzərinə yayırıq.

  6. 2 saat saxladıqdan sonra servis edə bilərsiniz.

  7. Üzəri üçün istəsəniz meyvəli jelesi də istifadə edə bilərsiniz



Nuş olsun!


Çiyələk yuxusu asan hazırlanan şirniyyatdır.



Çiyələk yuxusu

26 Nisan 2016 Salı

Browni dadında yaş keks

Ərzaqlar


  • 5 ədəd yumurta

  •  1 stəkan şəkər

  •  1 stəkan süd

  • 1 stəkan un

  • 1 stəkan duru yağ

  • 1 paket qabartma tozu

  • 1 paket vanil

  • 3 yemək qaşığı kakao

  • Sosu üçün:

  • 1 stəkan şəkər

  • 1 stəkan süd

  • 1/2 stəkan duru yağ

  • 2 yemək qaşığı kakao


Hazırlanması


  1. Yumurtaları və südü 3 dəqiqə çırpırıq.

  2. Şəkəri və duru yağ əlavə edib çırpmağa davam edirik.

  3. Daha sonra unu, qabartma tozunu, vanili əlavə edirik.

  4. Ən son kakaonu əlavə edib daha əvvəl yağladığımız  qaba qoyub maksimum isidilmiş sobaya qoyuruq.

  5. Sobanı 150 dərəcəyə gətirib bişməyə qoyuruq.

  6. Sosu hazırlayıb soyumağa qoyuruq.

  7. Keks isti, sos soyuq olacaq.



Nuş olsun!


Browni dadında yaş keks browni sevənlər üçün əla fürsətdir.



Browni dadında yaş keks

25 Nisan 2016 Pazartesi

Bananlı şirniyyat

Ərzaqlar


  • 1 litr süd 

  • 1 su stəkanı şəkər tozu 

  • 1 su stəkanı un 

  • 1 paket vanil 

  • 1 paket sana yağının 5/2 si 

  • 1 paket kakaolu peçenye 

  • 4 ədəd kiçik orta ölçüdə banan


Hazırlanması


  1. Peçenye ən xırda olana qədər xırdalanır.

  2. Sini qaba boş yer qalmayacaq şəkildə sərilir.

  3. Sobaya qoymadan əvvəl qazanda süd və şəkəri köpüklənənə qədər qarışdırın.

  4. Sonra un da əlavə olunaraq qarışdırılmağa davam edilir.

  5. Sonra sobaya qoyulur, tez –tez qarışdırılır, qaynamağa başlayanda vanil və sana yağı qoyulur, qarışdırılmağa qabarcıqlar olana qədər davam etdirilir.

  6. Qabarcıqlar yarananda soba söndürülür.

  7. 3 dəqiqə daha qarışdırılıb sini qaba sərilir.

  8. Sərin bir yerdə yarım saat gözlədilir.

  9. Qabda 8 bərabər parçalara kəsilir, parçaların ortasına ikiyə böldüyümüz  bananlar yerləşdirilib rulon şəklində bükülür.

  10. İstəkdən asılıdır, həmin dəqiqə də yeyilə bilər, yarım saat gözlədilib də yeyilə bilər.



Nuş olsun!


Bananlı şirniyyat asan hazırlanan şirniyyatdır.



Bananlı şirniyyat

Bananlı soyuq tort

Ərzaqlar


  • 1 qutu sadə şanti

  •  7 ədəd banan aromalı vafli

  •  2 kiçik banan

  •  3-4 yemək qaşığı damla şokolad


Hazırlanması


  1. Bir qutu krem şantini 200 ml süd ilə qarışdıraq.

  2. qabın içərisinə tökək içinə vafliləri istədiyimiz böyüklükdə qıraq içərisinə 2 ədəd bananı xırda xırda doğrayaq daha sonra damla şokolad və istəsəniz fındıq və ya fıstıq əlavə edib  içinə streç yaydığımız qabın içinə qarışımı tökək və soyuducuda saxlayaq.

  3. Çıxardıqdan sonra üzərinə istəsəniz meyvəli sos, istəsəniz şokolad sosu tökə bilərsiniz.



Nuş  olsun!


Bananlı soyuq tort asan hazırlanan dadlı şirniyyatdır



Bananlı soyuq tort

24 Nisan 2016 Pazar

Ərzaqlar


  • 1 paket hazır kakaolu baton keks

     


  • 1 paket südlü şokolad

     


  • 1 paket tünd şokolad

     


  • 1 paket krem

     


  • Fıstıq

     


  • Rəngli tort bəzəkləri


Hazırlanması


  1. İlk olaraq kremi balaca bir qabın üçünə tökürük, içinə həm südlü həm də tünd şokoladı qoyub şokoladlar əriyənə qədər az temperaturda qarışdıraraq isidirik ama qətiyyən qaynamasın.

  2. Şokoladlar əriyib kremla tam qarışdıqdan sonra götürürük. Balaca bir qaba keksi xırdalayırıq.

  3. Üzərinə hazırladığımız şokoladlı kremi töküb qarışdırırıq və üzərini düzəldib 2 saat gözlətmək üçün soyuducuya qoyuruq.

  4. 2 saat sonra qaşıqla götürərək əlinizlə forma verib istədiyiniz kimi bəzəyə bilərsiniz.



Nuş olsun!


asan truff asan hazırlanan şirniyyatdır.



13 Nisan 2016 Çarşamba

Rəngli meyvəli parfe

Ərzaqlar


  • 2 paket kremşanti

  • 1 stəkan vişnə suyu

  •  1 stəkan kivili oralet

  •  peçenye bisküvi

  •  1 su stəkanı fıstıq

  •  4 ədəd banan

  •  Qida boyası



Hazırlanması


  1. İlk olaraq 1 paket krem şantiyi vişnə suyu ilə qarışdırıb 2 damla qırmızı qida boyası ilə rəngini tündləşdiririk.

  2. digər  krem şantimizi isə kivili oralet ilə qarışdırıb 2 damla yaşıl rəng qida boyası ilə də onu tündləşdiririk.

  3. içlərinə ayrı ayrı 2 ədəd bananı xırda xırda doğrarık.

  4. 1,5 paket peçenyeni və yarım stəkan fıstığı əlavə edib qarışdırırıq.

  5. streçlə bağladığımız qəlibimizə qoyub ən az 4 saat saxlayıb servis boşqabına qoyuruq .

  6. üzərinə şokolad sousu töküb istəyə görə bəzəyirik.



Nuş olsun!



Rəngli meyvəli parfe

12 Nisan 2016 Salı

Nişastalı göbələk peçenye

Ərzaqlar


  • 1 paket marqarin

  •  1 çay stəkanı süd

  •  2 paket nişasta

  •  1 paket qabartma tozu

  •  2 ədəd yumurta

  •  1 su stəkanı şəkər tozu

  •  Aldığı qədər  un

    Üzəri üçün;


  • Kakao



Hazırlanması


  1. Əvvəlcə şəkəri və yumurtanı qarışdırırıq .

  2. Ayrı bir qabda otaq temperaturunda marqarini və nişastanı yoğururuq .

  3. Yoğurduqdan sonra yumurta və şəkər tozunu əlavə edirik.

  4. Digər qalan ərzaqları da əlavə edək və qoz  böyüklüyündə hissə qoparıb forma verək bir su butulkasının qapağını kakoya batıraq,

  5. peçenyeyə sıxaq və əvvəlcədən isidilmiş 200 dərəcəlik sobada bişirək.



Nuş olsun!


Haqqında: nişastalı  göbələk peçenye asan hazırlanan şirniyyatdır.


 



Nişastalı göbələk peçenye

10 Nisan 2016 Pazar

Şokoladlı pankek

Ərzaqlar


  • 5 su stəkanı ələnmiş un

  •  1 paket yada 3 yemək qaşığı kakao

  •  Yarım çay qaşığı tarçın

  •  2 yemək qaşığı fıstıq

  •  1 paket və ya 2 xörək qaşığı  qabartma tozu

  •  1 kasa parçalanmış şokolad və ya dənə şokolad

  •  2 ədəd yumurta

  •  3 yemək qaşığı şəkər

  •  1,5 su stəkanı ayran

  •  3 yemək qaşığı əridilmiş kərəyağ

  •  1 paket vanil

  • 3 yemək qaşıq dolusu şəkər tozu

  •  Yarım çay stəkanı su

  •  1 qutu krem (200 ml)

  •  50 qr. duzsuz kərəyağ

  •  Biraz duzu



Hazırlanması


  1. Əvvəlcə suya şəkəri qatıb, əriyəndən sonra altını söndürüb, kremi əlavə edib biraz da duzsuz kərəyağ qoyaq.

  2. Biraz da duzu əlavə edək. Soyuması üçün kənara qoyaq.

  3. quru ərzaqları dərin bir kasada iç içə keşənə qədər qarışdırın.

  4. Başqa bir kasada yumurtaları şəkəri qarıştırın.

  5. Ayran və kərəyağını əlavə edib qarışdırın.

  6. ən son vanili əlavə edib qarışdırın və bu qarışımı quru ərzaqları əlavə edin.

  7. İçinə parçalara bölünmüş şokoladı əlavə edin. Və pankek bişərkən şokolad əriyəcək.

  8. Duru yağı tavaya fırça ilə yayaq. Biraz pankek götürüb tökək.

  9. qabarcıqlar əmələ gələndə tərs çevirək. Servis boşqabında üst-üstdə qoyub sosu əlavə edək.çiyələyi yerləşdirib, biraz pudra şəkəri səpək.



Nuş olsun!


Haqqında: şokoladlı pankek asan hazırlanan şirniyyatdır.



Şokoladlı pankek

Ərzaqlar


  • 4 su stəkanı süd

  •  4 yemək qaşığı un

  •  2 çay stəkanı şəkər

  •  4 yemək qaşığı kakao

  •  Yarım paket margarin

  •  1 paket krem şanti

  •  Bəzəmək üçün pişmaniye.



Hazırlanması


  1. Əvvəlcə  krem şanti və marqarin istisna olmaqla, digər ərzaqları qazana qoyuruq.

  2. Qaynayıb qovrulana qədər bişiririk.

  3. Tündləşənə qədər bişiririk.

  4. Tündləşəndən sonra altını söndürüb marqarini əlavə edirik.

  5. Arada bir qarışdırırq ki, düyünlənməsin.

  6. Soyuyanda krem şantini əlavə edib qarışdırırıq.

  7. Qablara yığıb soyuduqdan sonra servis edirik.



Nuş olsun!


Haqqında: pişmaniyəli pudinq asan hazırlanamayan şirniyyatdır.



9 Nisan 2016 Cumartesi

Portağal sulu peçenyelər

Ərzaqlar


  • 1,5 paket kakaolu peçenye

  •  

    1 ovuc iri döyülmüş fındıq


  •  

    1,5 su stəkanı portağal suyu


  •  

    2 paket südlü şokolad




Hazırlanması


  1. Kakaolu peçenyelər əvvəlcə xırdalanır.

  2. Sonra fındıqlar əlavə edilir və qarıştırılır.

  3. Daha sonra 1. 5 su stəkanı portağal suyu da əlavə olunur və yoğrulur.

  4. Və keks qəliblərinə qoyulur.

  5. Hamısını qoyduqdan sonra əridilmiş şokoladlar keks qablarınınn içərisindəki qarışımdan üzərinə tökülür.

  6. Daha sonra istənilən meyvə ilə bəzədilir. İstəyə görə fıstıq və ya yaşıl fıstıq qoyulur. Daha sonra soyuducuda bir saat gözlədilir.



Nuş olsun!


Haqqında: portağal sulu peçenyelər asan hazırlanan şirniyyatdır.



Portağal sulu peçenyelər

Orijinal waffle

Ərzaqlar


  • 2 yumurta

  •  

    1 yemək qaşığı şəkər


  •  

    1, 5 su stəkanı süd


  •  

    1/4 su stəkanı duruyağ


  •  

    2 su stəkanı qədər un


  •  

    1 çay qaşığı duz


  •  

    1 paket qabartma tozu


  •  

    1 paket vanil




Hazırlanması


  1. İlk iş 2 yumurtanın ağı və sarısını bir-birindən ayırmaq.

  2. Yumurtaların sarı-ağ olaraq ayrılmasından sonra, 2 fərqli qabda 2 ayrı işi görəcəyik.


    1. QABDA :Yumurta ağı ilə vanil paketinin yarısı qədər vanili yaxşıca qarışdırırıq.

    2. QABDA :Yumurtanın sarısını, 1 yemək qaşığı şəkərlə qarışdırırıq və üzərinə 1,5 stəkan süd, vanilin qalan yarısı, ¼ stəkan duru yağ, 1 çay qaşığı qədər duz və qabartma tozunu əlavə edib yaxşıca qarışdırırıq.

    3. Yavaş yavaş üzərinə ələkdən keşirdiyimiz unu da əlavə edərək, qarışdırırıq.

     


  3. Indi 2-ci qabdakı qarışımın üzərinə 1-ci qabdakı qarışımı əlavə edib yumuşaq olana qədər qarışdırırıq. Orijinal Waffle xəmirimiz hazırdır.



Nuş olsun!


Haqqında: orijinal waffle asan hazırlanan şirniyyatdır.



Orijinal waffle

Mozaik tort

Ərzaqlar


  • 2 paket peçenye

  •  

    1 su stəkanı süd


  •  

    3 yemək qaşığı kakao


  •  

    100 qram qara şokolad


  •  

    125 qram kərəyağı ya da marqarin


  •  

    3 yemək qaşığı şəkər


  •  

    Yarım  su stəkanı fındıq/fıstıq




Hazırlanması


  1. Kərəyağını geniş bir tavaya qoyub, əridək, sonra südü və kakonu əlavə edərək qarıştırıb qaynadaq.

  2. Qaynadıqdan sonra şəkəri töküb qarışdıraq.

  3. Qaynayan qarışıma tünd şokoladı əlavə edək.

  4. Tavanı qazdan götürək. Şokoladın əriməsini gözləyək. Daha sonra yenə qarışşdıraraq soyumağa qoyaq.

  5. dərin bir qaba peçenyeləri qıraq.

  6. Çox xırda olmamasına fikir verək. Üzərinə şokoladlı qarışımı tökək.

  7. Quru yemişləri də əlavə edərək əzmədən qarışdıraq.

  8. Streç salaq, üzərinə qarışımı əlavə edək, əllərimizlə yanlardan sıxıb piramida şəklinə salaq. Yenə streçlə bağlayaq.soyuducuda 3 saat saxlayaq.



Nuş olsun!


Haqqında: mozaik tort asan olmayan hazırlanan şirniyyatdır.


 



Mozaik tort

6 Nisan 2016 Çarşamba

Meyvəli rulon tort

Ərzaqlar


  • 100 qram marqarin

  •  

    1 kg süd


  •  

    1 su stəkanı un


  •  

    1 su stəkanı şəkər tozu


  •  

    1 paket vanil


    Üzəri üçün:


  • Yarım paket kakaolu peçenye

  •  

    Yarım paket sadə peçenye


  •  

    Çiyələk




Hazırlanması


  1. Öncəliklə şirniyyatın üzəri üçün peçenyeləri ovuruq və boşqaba yayırıq.

  2. Daha sonra kremi üçün marqarini əridirik.

  3. Unu əlavə edirik. qoxusu çıxana qədərqovurduqdan sonra südümüzü əlavə edirik.

  4. Bu mərhələdə yumrulanmaması üçün mikserlə qarışdırılır ya da ən son mikserlə qarışdıra bilərsiz.

  5. Süd biraz isindikdən sonra şəkəri əlavə edirik.

  6. qaynayanda altını söndürüb vanili qoyub qarışdırırıq.peçenyelərin üzərinə isti ikən tökürük.

  7. Biraz soyuduqda şirniyyatı soyuducuyya qoyuruq.

  8. Yax.ıca soyuduqdan sonra uzununa formada kəsirik.

  9. Üzərinə çiyələk qoyub rulon halında qatlayırıq.



Nuş olsun! 


Haqqında: meyvəli rulon tort asan hazırlanan şirniyyatdır.



Meyvəli rulon tort

Yaş muffin

Ərzaqlar


  • 4 yumurta

  • 1.5 su stəkanı şəkər

  • 1 su stəkanı duru yağ

  •  Yarım su stəkanı ilıq su

  •  1 su stəkanı süd

  •  1 paket vanil

  •   1 paket qabartma tozu

  •  25 qram kakao

  •  2,5 su stəkanı unKeksi islatmaq üçün;

  • 1 su stəkanı süd

  • 1 yemək qaşığı şəkər

  •  1 yemək qaşığı kakao

  •  1 yemək qaşığı duru yağ



Hazırlanması


  1. Yumurta və şəkəri yaxşıca qarışdırıb sonra un istisna olmaqla digər ərzaqları əlavə edirik və qarışdırmağa davam edirik.

  2. ən son unu yavaş yavaş əlavə edərək keks xəmirini hazırlayırıq.

  3. Silikon keks qəliblrini yağladıkdan sonra qəliblərin arısına qədər xəmiri qoyub xəmirin bişdiyini kürdan köməyi ilə yoxlayırıq.

  4. Muffinler bişərkən digər tərəfdən keksi islatmaq üçün lazımi ərzaqları bir qazana qoyub biraz isitdikdən sonra kakaonun yaxşıca qarışdırırıq.

  5. Muffin sobadan çıxarıldıqdan sonra biraz isidildikdən sonra qəlibdən çıxarmadan hazırladığımız əlavədən üzərinə 1 və ya 2 qaşıq tökürük.

  6. əlavənin yaxşı hopması üçün kürdanla kekslərdə deşiklər aça bilərsiniz.



Nuş olsun!


Haqqında: yaş maffin asan hazırlanan şirniyyatdır.



Yaş muffin

4 Nisan 2016 Pazartesi

Almalı- Darçınlı Qış Parfesi

Ərzaqlar


  • 2 ədəd böyük və ya 3 ədəd orta ölçüdə alma

  • 1.5 paket kakaolu peçenye

  •  2 su stəkanı süd

  • 2 paket krem şanti

  • 3 yemək qaşığı şəkər

  • 1 çay qaşığı darçın

  •  1 ovuc təmizlənmiş fındıq



Hazırlanması


  1. Almalar soyulub kvadrat şəkildə doğranılaraq qazana qoyulur.

  2. Üzərinə 3 yemək qaşığı şəkər tozu və 1 çay qaşığı darçını əlavə edib almalar yumuşalanadək aşağı temperaturda bişirilir.

  3. Bişdikdən sonra bir kənara soyumağa qoyun.

  4. Bir qabda 2 stəkan süd il 2 qutu krem şanti qatılaşana qədər qarışdırılır.

  5. İçinə 1,5 paket peçenye ovularaq xırdalanır. 1 ovuc  fındıq xırdalanaraq əlavə olunur.

  6. Tamamilə soyuyan almalar da əlavə edilib yaxşıca qarışdırılır.

  7. Bir qəlibin içinə streç sərilir, qarışım bu qəlibin içinə boşaldılır.

  8. Üzəri tamamilə düzləndirilir soyuducuya donmağa qoyulur. 1.5 saat sonra donanda çıxarılıb dilimlənərək servis edilir



Nuş olsun!


Haqqında: möhtəşəm qış parfesi, almalı-darçınlı asan hazırlanan şirniyyatdır.



Almalı- Darçınlı Qış Parfesi

Sendviç parfe

Ərzaqlar


  • 1 paket kakaolu peçenye (14 ədəd)

  •  

    1 qutu toz krem şanti


  •  

    1 çay stəkanı krem


  •  

    1 yemək qaşığı labne pendiri


  •  

    1 yemək qaşığı bal


    2 yemək qaşığı damla şokolad




Hazırlanması


  1. 1 çay stəkanı soyuq kremlə toz krem şantini birlikdə mikserlə yaxşı qarışdırın.

  2. Sonra  balı və labne pendirini əlavə edib qarışdırmağa dvam edin.

  3. İçinə damla şokoladı da əlavə edib qaşıqla qarışdırdıqdan sonra , hazırladığımız kremi bütün peçenyelərə  bərabər şəkildə paylaşdırın.

  4. İki peçenyeni birləşdirin və yüngül şəkildə sıxın.

  5. Kənarlarını bıçaqla düzəldib, bir-birinə dəyməyəcək şəkildə servis boşqabına qoyun.

  6. Soyuducuya qoyub, yaxşı donduqdan sonra yeyə bilərsiniz.



Nuş olsun!


Haqqında: sendviç parfe asan hazırlanan şirniyyatdır.



Sendviç parfe

2 Nisan 2016 Cumartesi

Bananlı kivili Maqnoliya

Ərzaqlar


  • 1 litr süd

  •  

    3 yemək qaşığı un


  •  

    2 kofe fincanı şəkər


  •  

    1 paket vanil


  •  

    1 ədəd saqqız




Hazırlanması


  1. 1 litr südü, unu və şəkəri bir qazana əlavə edib orta temperaturda yaxşıca qarışdırırıq.

  2. ( qarışdırmağı dayandırmırıq yoxsa yumrulanar ) krem qaynamağa başlayanda vanil ,daha sonra  saqqızı qoyub 3 dəqiqə də orta temperaturda qarışdırırıq.

  3. Soyumağa qoyuruq. krem soyuyana qədər meyvələrin yarısını alt hissəyə yerləşdiririk və bir meyvə krem olmaqla stəkanlara doldururuq.

  4. Üzərinə xırdalanmış peçenye qoyub soyuducuda gözlədirik.



Nuş olsun!


Haqqında: Bananlı kivili Maqnoliya asan hazırlanan şirniyyatdır.



Bananlı kivili Maqnoliya

Tart formalı tiramisu

Ərzaqlar


  • 2 yumurta

  • 1 çay stəkanı şəkər tozu

  • 1 çay stəkanı süd

  • 1 çay stəkanı duru yağ

  • 1 qabartma tozu

  • 2 xörək qaşığı kakao

  • 2 çay stəkanı un

    Keksi islatmaq üçün:


  • yarım su stakanı ilıq su

  • 1 çay qaşığı nescafe

    Kremi üçün:


  • 1 yumurta sarısı

  • 1 çay stəkanı şəkər tozu

  • 2 qaşıq un

  • 2,5 su stəkanı süd

  • 100 qr labne pendiri

    Üzəri üçün:


  • kakao



Hazırlanması


  1. Yumurta və şəkər 5 dəqiqə çırpılır, digər ərzaqlar əlav ə olunur və yağlanmış unlanmış tart qabına tökülür.

  2. 180 dərəcədə 15-20 dəqiqəyə qədər bişirilir.

  3. Kremi üçün labne pendiri istisna olmaqla bütün ərzaqlar qarışdırılır və qaynayanda söndürülür və labne pendiri əlavə olunub qarışdırılır.

  4. Keks sobadan çıxarılanda ilıq su ilə əridilmiş qəhvəli su ilə isladılır.

  5. Üzərinə krem əlavə olunur və kakao ələnərək bəzədilir.



Nuş olsun!



Haqqında: tart formalı tiramisu asan hazırlanan şirniyyatdır.


 



Tart formalı tiramisu

Zəncəfilli peçenye

Ərzaqlar


  • 2 su stəkanı un

  • ½ su stəkanı qəhvəyi şəkər tozu

  • ½ paket qabartma tozu

  • 1 çay qaşığı çay sodası

  • ½ paket vanil

  • 1 çay qaşığı toz zəncəfil

  • 1 çay qaşığı darçın

  • 65 qr kərə yağı

  • 1 ədəd yumurta

  • ¼ su stəkanı doşab



Hazırlanması


  1. Bir qaba un, qəhvəyi şəkər, qabartma tozu, çay sodası, vanil, duz, toz zəncəfil, darçın və kərə yağı əlavə edin.

  2. Doşab və yumurtanı əlavə edib yoğurun.

  3. Qabı streçlə bağlayıb soyuducuda saxlayın.

  4. Dincələn xəmiri 2 yağlı kağız arasında oxlov ilə açıb, formalı qəliblərlə kəsin və sobaya yerləşdirin.

  5. 180 dərəcədə 10 dəqiqə bişirib soyudun.




Zəncəfilli peçenye