
Ərzaqlar
- 3,5 su stəkanı un
- 0,5 su stəkanı mannı yarması
- 1 çay q.hindistan çevizi
- 100 qram şit yağ
- 2 xörək q. yoqurt
- 2 xörək q. şəkər kirşanı
- 2 yumurta
- 1 paket vanil
- 1 paket qabartma tozu
- 1 dənə limon İç üçün:
- 200 qram qozŞərbət üçün
- 3,5 su stəkanı şəkər
- 3 su stəkanı su
- 1 xörək q. limon suyu
Hazırlanması
- Limonun qabığını sürgəcdən keçirin.
- Bir qab götürün unu, hindistan çevizini, yumşalmış yağı, yoqurtu, şəkər kirşanını yumurtanı, qabartma və vanili, limonun qabığını qarışdırıb əllə xəmir yoğurun.
- İki hissəyə bölün.
- Yağlı qida kağızında 2 sm qalınlığında yayın.
- Yayılmış xəmirləri stəkanın ağzı ilə dairə formasında kəsin.
- Dairələrdən yarısını ortadan şüşə qapaqla kəsərək ortasını çıxarın.
- Bütöv dairələrdən gütürüb üstünə ortası deşik dairəni qoyun. Qozu 2 yer bölün və ortası deşik dairələrin üstünə yerləşdirin.
- Sobanı əvvəlcədən 180 dərəcə qızdırın. Soba listinə yağlanmış qida kağızı qoyun və hazırladığınız peçenyeləri 30 dəqiqə üstləri qızaranadək bişirin.
- Şərbəti hazırlamaq üçün şəkər su və limonun şirəsini bir qaba tökün və odda qaynayana qədər qarışıdırln.
- Qaynadıqda kənara qoyun.
- Bir az soyuduqdan sonra bişmiş peçenyelərin üstünə gəzdirərək tökün.
- Soyuduqdan sonra servis edə bilərsiniz.
Nuş Olsun!
şirniyyatımıza həm qoz həm də limon fərqli dad verıəcək.
LİMONLU VƏ QOZLU PEÇENYE
Hiç yorum yok:
Yorum Gönder