
Ərzaqlar
- 1, 5 su stəkanı şəkər
- 500 qram 9%-li kəsmik
- 3 yumurta
- 1 paket vanil
- 1 paket qabartama tozu
- 4-5 xörək q. xama
- yarım banka bişmiş süd
- 100 qram kərə yağı
- 1,5 su stəkanı un
- 50 qram tünd şokalad
Hazırlanması
- Yağı xırda-xırda hissələrə bölün.
- Una qabartma tozu, vanil və yarım su stəkanı şəkər qatıb yağı əlavə edin və əllə qarışdırıb umac halına salın.
- İçliyi hazırlamaq üçün ama, yumurta, şəkər və vanili blendrlə çalın. 28 sm ölçülü dairə formasında soba qabına qida kağızı qoyub yağlayın.
- Xəmiri iki hissəyə bölün.
- Qaba tökün və üzərinə işliyi əlavə edin.
- Qalan xəmii üstünə töküb hamarlayın.
- Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
- 40 dəqiqə sobada bişirin.
- Qatılaşdırılşım südü 2 xörək q. xamailə mikserlə şalın.
- Başqa qaba şokoladı xırda-xırda dograyın.
- Qalan xamanı əlavə edin və su vannasında qazda və ya mikrodalğalı sobada əridin.
- Xəmir hazır olduqda isti halda qabdan çıxartmadan bişmiş süd qarışığını üzərinə əlavə edin və şokoladı üstünə tökün.
- Diş çubuğu ilə şokoladı qarışdırın ki, qəşəng forma alsın.
- Soyuduqdan sonra vatruşkanı qabdan çıxardıb servisə təqdim edin.
Nuş Olsun!
Macarsayağı vatruşka çox ləzzətli şirniyyatdır.
MACARSAYAĞI VATRUŞKA
Hiç yorum yok:
Yorum Gönder