
Ərzaqlar
- 500 qram kəsmik
- 500 qram peçenye
- 100 qram kərə yağı
- 200 qram tünd şokolad
- 2 xörək q. kakao tozu
- 100 qram şəkər
- Qoz bəzək üçün
Hazırlanması
- Kəsmiyi, yumşalmış kərə yağı və şəkəri blendlə əzin.
- Alınmış qarışığı iki hissəyə bölün.
- Şokoladdan 50 qran ayırıb su vannasında əridin və qarışığın bir hissəsinə kakao tozu və ərinmiş şokoladı əlavə edib qarışdırın.
- Yarısını saxlamaq şərti ilə qalan peçenyeləri qida kağızının üzərinə 3 sıra düzün.
- Ağ kəsmikli qarışığı üzərinə hamar formad yayın. 5-6 peçenyeni xırdalayıb kəsmiyin üzərinə səpin.
- Üzərinə şokoladlı kəsmik qarışığını yayın.
- Qida kağızının köməyi ilə peçenyenin 2 tərəfdən qaldırın.
- Trufel düzbucaq formasını alacaq.
- Üzərinə qalan peçenyeləri düzün.
- Kip halda qida kağızına bükün və 1 sutka soyuducuda saxlayın.
- Serviz edəndə şokoladı əridin və üzərinə tökün.
- Qozu xırdalayıb üzərinə səpin.
Nuş Olsun!
Kəsmikli trufel şirniyyat və desert sevənlər üçün əla seçimdir.
KƏSMİKLİ TRUFEL
Hiç yorum yok:
Yorum Gönder