
Ərzaqlar
- 210 qram un
- 180 qram qəhvəyi şəkər
- 80 qram kərə yağı
- 125 qram xama
- 1 yumurta
- 2-3 ədəd şaftalı
- 1 paket vanil
- 1 paket qabartma tozu
Hazırlanması
- Yağı əvvəlcədən ev temperaturunda yumşaldın.
- Sonra şəkər və yumurta ilə birlikdə mikserlə çalın.
- Xama vəvanili əlavə edib qaşıqla qarışdırın.
- Qabartma tozu ilə qarışdırılmış unu da qarışığa əlavə edib.
- Qatı xama kimi xəmir alınmalıdır.
- Şaftalıları dilim formasında doğrayın.
- Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
- Dairə formasındakı soba qabına qida kağızı qoyub xəəmiri əlavə edin və üzərinə şaftalı dilimlərini düzün.
- 40 dəqiqə sobada üstü qəhvəyi rəng alana qədər bişirin.
Nuş Olsun!
Sadə saftalı piroqu asan hazırlanna lakin çox dadlıb piroqdur.
SADƏ SAFTALI PİROQU
Hiç yorum yok:
Yorum Gönder