
Ərzaqlar
- 2 su bardağı un
- 1 su bardağı şəkər
- 2 ədəd yumurta
- 200 qram xama
- 100 qram marqarin yağı
- 1 paket qabartma tozu
- 1 paket vanil
- 200 qram albalı və moruq meyvəsi
- 50 qram şəkər kirşanı
Hazırlanması
- Yağı öncədən otaq temperaturunda yumşaldın.
- Mikserlə, yağı yumurtanı və xamanı çalın.
- Unla şəkər, qabartma və vanili qarışdırın və yağlı qarışığa əlavə edin.
- Xəmiriniz hazırdır. Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
- Yağlanmış soba qabına xəmirin yarısını əlavə edin.
- Albalı meyvəsinin tumların çıxardın və moruqa birlikdə xəmirin ustunə əlavə edin.
- Qalan xəmiri də meyvələrin üstünə töküb hamarlayın və sobada 30-40 dəqiqə bişirin.
- Soyuduqdan sonra istədiyiniz formada doğrayın. Üzərinə şəkər kirşanı səpin.
Nuş olsun!
Tez hazırlanan meyvəli piroq qonaqlarınızı sevindirəcək.
Tez Hazirlanan Meyvəli Piroq
Hiç yorum yok:
Yorum Gönder