
Ərzaqlar
- 1 ədəd boranı
- 250 qram turş qatıq
- 1,5 su stəkanı şəkər
- 1,5 su stəkanı mannı yarması
- 1 paket qabartma tozu
- 1 ədəd limon
- 0,5 su stəkanı su
- 100 qram kakos ovuntusu
Hazırlanması
- Boranının qabığını təmizləyin və sürtgəcdən keçirib bir dərin qaba əlavə edin.
- 2 su stəkanı kifayətdir.Üzərinə qatıq 0,5 su stəkanı şəkər, mannı yarması, qabartma qatın.
- Limonun qabığını sürtgəcdən keçirin və boranı qarışığına əlavə edin.
- Sobanı əvvəlcədən 180 dərəcə qızdırın. Dairə formasındakı soba qabını yağlayın və boranı qarışığını ora əlavə edin.
- 40-45 dəqiqə sobada bişirin.
- Mannik bişənə qədər siropu hazırlayın 1 su stəkanı şəkər, 0,5 su stəkanı su və limonun şirəsini aşağı odda 3 dəqiqə qaynadın və piroq bişdikdə üzərinə əlavə edin.
Nuş Olsun!
Boranılı mannik hərkəsin ağız dadına uyğun şirniyyatdır.
BORANILI MANNİK
Hiç yorum yok:
Yorum Gönder