
Ərzaqlar
- 500 qram boranı
- 400 qrm kəsmik
- 3 yumurta
- 1 su stəkanı şəkər
- 2 xörək q. kartof kraxmalı
- 100q qram süd
- 1 paket vanil
- 5-6 ədəd alma
- 4 xörək q. mannı yarması
Hazırlanması
- Kəsmikli korju hazırlamaq üçün 2 yumurtanın sarısını 0,5 su stəkanı şəkərlə çalın, 2 xörək qaşığı mannı yarması və süd əlavə edib 20 dəqiqə saxlayın ki, mannı yarması şişsin.
- Sonra bu qarışığa kəsmik, vanil sonda yumurtanın ağını mikserlə şişənəcən çalıb əlavə edin.
- Dairə formasında olan soba qabını yağlayın və alınmış qarışığı ora əlavə edin.
- Almaları qabıqdan təmizləyin və quru tavada bir az qızadın.
- Əgər turş almadısa şəkər əlavə etmək olar.
- Bir az soyuduqdan sonra qarışığın üstünə hər tərəfə eyni bərabərdə tökün.
- Boranını qabıqdan təmizləyin və sobada və ya quru tavada odda bişirin.
- 2 xörək q. mannı yarması, 0,5 su stəkanı səkər əlavə edin və pure formasına salıb soyumağa qoyun.
- Sonra bir yumurta 2 xörək q. kartof nişastası əlavə edib yaxşı qarışdırın.
- Almaların üzərinə boranı korjunu əlavə edib 50 dəqiqə 200 dərəcə qızdırılmış sobada bişirin.
- Tam soyuduqdan sonra servis eə biləsiniz.
Nuş Olsun!
“Qızılı payız” boranı piroqu fərqli görünüş və dada üstünlük verənlər üçündür.
“QIZILI PAYIZ” BORANI PİROQU
Hiç yorum yok:
Yorum Gönder