
Ərzaqlar
- 150 qram un
- 150 qram şəkər
- 3 yumurta
- 1 paket vanil
- 1 paket qabartma tozu
- 1 xörək q. kakao
- 300 qram albalı
- 150 qram kərə yağı
- Krem
- 1,5 paket vanilli pudinq
- 100 qram şəkər
- 600 süd
- 100 qram tünd şokolad
- 100 qram 30%-lo qaymaq
- 150 qram kərə yağı
Hazırlanması
- Albalıları tumdan təmizləyin və sürtgəcdən keçirin.
- Yumşalmış kərə yağını şəkər və vanillə çalın və üzərinə 3 yumurta əlavə edin..
- Una qabartma tozu və vanil qatın.
- Xəmiri iki hissəyə bölün. Bir hissəsinə kakao qatın.
- 26 sm ölçülü dairə formasında olan qaba qida kağlzı qoyun.
- Əvvəlcə ağ xəmiri sonra isə üzərinə qəhvəyi xəmiri zolaq formasında üzərinə qoyun.
- Üzərinə albalıları balaca əllə basaraq yerləşdirin.
- Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 40 dəqiqə bişirin.
- Pudinqi hazırlamaq üçün paketin üzərində yazılmış qaydada odda böşirin. Üzərinə şəkər və südü əlavə edin.
- Kənara qoyub soyumağını gözləyin.
- Soyuduqdan sonra pudinqi yağla çalın.
- Kremin bit hissəsini korjun üzərinə çəkin. Qalan hissəsini isə qida torbası ilə bulud formasında tortun üzərini bəzəyin.
- Şokoladı qaymaq ilə aşağı odda əridin və tortun üzərinə çəkin.
Nuş olsun!
Incə buludlar tortu ad günülərində süfrənizin bəzəyi ola bilər.
Incə buludlar tortu
Hiç yorum yok:
Yorum Gönder