
Ərzaqlar
- 4 ədəd yumurta
- 4 xörək q. qaynar su
- 120 qram şəkər
- 70 qram un
- 50 qrm kartof krafmalı
- 1 paket qabartma tozu
- 200 qram kəsmik
- 30 %-li xama və ya 100 qram maskarponi pendiri
- 100 qram kərə yağı
- 5 xörək q. bişmiş süd
Hazırlanması
- Unla kraxmalı qabartma tozu və vanili bir qabda qarışdırın.
- Yumurtanı qaynar su ilə mikserlə şişənəcən çalın.
- Üzərinə şəkər əlavə edib çalmağa davam edin. Yaxşı şişdikdən sonra unlu qarışığı əlaə edib qaşıqla bir istiqamətdə qarışdırın.
- Kremi hazırlamaq üçün bir qab götürün. Kəsmiyi blendrlə çalın.
- Üzərinə bişmiş südü əlavə edin.
- Yağı ayrı qabda mikserlə ağaranacan çalıb kəsmikli qarışığa əlavə edin. Krem hazırdır.
- Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
- Soba listinə yağlanmış perqament kağız qoyun.
- Xəmiri əlavə edib hamarlayın və 15-20 dəqiqə sobad bişirin.
- Hazır olduqda isti isti rulet formasında çay dəsmalına bükün və 5 dəqiqə soyumasını gözləyin.
- Yenidən açıb kremi üzərinə çəkib selikon qaşıqla hamarlayın, rulet fomasında bükün.
- Üzərinə şəkər kirşanı əlavə edin.
- 1-2 saat soyuducuda saxlayın.
Nuş Olsun!
Kəsmikli rulet həm kəsmik, həm də şirniyyat sevənlər üçün əla seçimdir.
KƏSMİKLİ RULET
Hiç yorum yok:
Yorum Gönder