30 Ağustos 2017 Çarşamba

Tort Alenka

Ərzaqlar


  • Xəmir üçün

     


  • 200 qram şəkər

     


  • 130 qram kərə yağı

     


  • 130 qram qoz

     


  • 130 qram qarğıdalı xlopyası

     


  • 5 xörək q. qaymaq

     


  • İçlik

     


  • 500 qram kəsmik

     


  • 2 xörək q. limon şirəsi

     


  • 250 qram alma şirəsi

     


  • 30 qram jelatin

     


  • 200 qram qaymaq

     


  • 80 qram şəkər

     


  • 100 qram ümüm meyvəsi (bəzək üçün)


Hazırlanması


  1. İri bir qab götürün və odda şəkəri qəhvəyi rəng alanadək qarışdırın. Üzərinə qoz və qarğıdalı xlopyasın töküb qarışdırın.

  2. Qaymaq və yağı əlavə edin və qaynayanadək qarışdırın və kənara qoyun.

  3. Qalan qarğıdalı xlopyası və qozu qarışığa əlavə edib tez-tez kənarda qarışdırın.

  4. Dairə formasında olan soba qabına xəmiri töküb 30 dəqiqə soyuducuda saxlayın.

  5. İçliyi hazırlamaq üçün kəsmiyə limon şirəsi, şəkər, alma şirəsi qatın. Jelatini də suda isladın şişəndən sonra kəsmikli qarışığa əlavə edin.

  6. Bərkimiş xəmirin üzərinə içliyi tökün və yenidən soyuducuya qoyun.

  7. Üzərinə 33 %li qaymağı şəkər pudraı ilə çalın və şirniyyat torbası ilə güllər qoyun və aralarını böşluqları üzüm meyvəsi iə bəzəyin.



Nuş olsun!


Tort Alenka həm qarğıdalı xlopyası, həm də kəsmik sevənlər üçün əla seçimdir.



Tort Alenka

23 Ağustos 2017 Çarşamba

Incə buludlar tortu

Ərzaqlar


  • 150 qram un

  • 150 qram şəkər

  • 3 yumurta

  • 1 paket vanil

  • 1 paket qabartma tozu

  • 1 xörək q. kakao

  • 300 qram albalı

  • 150 qram kərə yağı

  • Krem

  • 1,5 paket vanilli pudinq

  • 100 qram şəkər

  • 600 süd

  • 100 qram tünd şokolad

  • 100 qram 30%-lo qaymaq

  • 150 qram kərə yağı


Hazırlanması


  1. Albalıları tumdan təmizləyin və sürtgəcdən keçirin.

  2. Yumşalmış kərə yağını şəkər və vanillə çalın və üzərinə 3 yumurta əlavə edin..

  3. Una qabartma tozu və vanil qatın.

  4. Xəmiri iki hissəyə bölün. Bir hissəsinə kakao qatın.

  5. 26 sm ölçülü dairə formasında olan qaba qida kağlzı qoyun.

  6. Əvvəlcə ağ xəmiri sonra isə üzərinə qəhvəyi xəmiri zolaq formasında üzərinə qoyun.

  7. Üzərinə albalıları balaca əllə basaraq yerləşdirin.

  8. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 40 dəqiqə bişirin.

  9. Pudinqi hazırlamaq üçün paketin üzərində yazılmış qaydada odda böşirin. Üzərinə şəkər və südü əlavə edin.

  10. Kənara qoyub soyumağını gözləyin.

  11. Soyuduqdan sonra pudinqi yağla çalın.

  12. Kremin bit hissəsini korjun üzərinə çəkin. Qalan hissəsini isə qida torbası ilə bulud formasında tortun üzərini bəzəyin.

  13. Şokoladı qaymaq ilə aşağı odda əridin və tortun üzərinə çəkin.



Nuş olsun!


Incə buludlar tortu ad günülərində süfrənizin bəzəyi ola bilər.



Incə buludlar tortu

Tez Hazirlanan Meyvəli Piroq

Ərzaqlar


  • 2 su bardağı un

     


  • 1 su bardağı şəkər

     


  • 2 ədəd yumurta

     


  • 200 qram xama

     


  • 100 qram marqarin yağı

     


  • 1 paket qabartma tozu

     


  • 1 paket vanil

     


  • 200 qram albalı və moruq meyvəsi

     


  • 50 qram şəkər kirşanı


Hazırlanması


  1. Yağı öncədən otaq temperaturunda  yumşaldın.

  2. Mikserlə, yağı yumurtanı və xamanı çalın.

  3. Unla şəkər,  qabartma və vanili qarışdırın və yağlı qarışığa  əlavə edin.

  4. Xəmiriniz hazırdır. Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.

  5. Yağlanmış soba qabına xəmirin yarısını əlavə edin.

  6. Albalı meyvəsinin tumların çıxardın və moruqa  birlikdə xəmirin ustunə əlavə edin.

  7. Qalan xəmiri də meyvələrin üstünə töküb hamarlayın və sobada 30-40 dəqiqə bişirin.

  8. Soyuduqdan sonra istədiyiniz formada doğrayın. Üzərinə şəkər kirşanı səpin.



Nuş olsun!


Tez hazırlanan meyvəli piroq qonaqlarınızı sevindirəcək.



Tez Hazirlanan Meyvəli Piroq

14 Ağustos 2017 Pazartesi

MACARSAYAĞI VATRUŞKA

Ərzaqlar


  • 1, 5 su stəkanı şəkər 

  • 500 qram 9%-li kəsmik 

  • 3 yumurta 

  • 1 paket vanil 

  • 1 paket qabartama tozu 

  • 4-5 xörək q. xama 

  • yarım banka bişmiş süd 

  • 100 qram kərə yağı

  • 1,5 su stəkanı un 

  • 50 qram tünd şokalad


Hazırlanması


  1. Yağı xırda-xırda hissələrə bölün.

  2. Una qabartma tozu, vanil və yarım su stəkanı şəkər qatıb yağı əlavə edin və əllə qarışdırıb umac halına salın.

  3. İçliyi hazırlamaq üçün ama, yumurta, şəkər və vanili blendrlə çalın. 28 sm ölçülü dairə formasında soba qabına qida kağızı qoyub yağlayın.

  4. Xəmiri iki hissəyə bölün.

  5. Qaba tökün və üzərinə işliyi əlavə edin.

  6. Qalan xəmii üstünə töküb hamarlayın.

  7. Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.

  8. 40 dəqiqə sobada bişirin.

  9. Qatılaşdırılşım südü 2 xörək q. xamailə mikserlə şalın.

  10. Başqa qaba şokoladı xırda-xırda dograyın.

  11. Qalan xamanı əlavə edin və su vannasında qazda və ya mikrodalğalı sobada əridin.

  12. Xəmir hazır olduqda isti halda qabdan çıxartmadan bişmiş süd qarışığını üzərinə əlavə edin və şokoladı üstünə tökün.

  13. Diş çubuğu ilə şokoladı qarışdırın ki, qəşəng forma alsın.

  14. Soyuduqdan sonra vatruşkanı qabdan çıxardıb servisə təqdim edin.



Nuş Olsun!


Macarsayağı vatruşka çox ləzzətli şirniyyatdır.



MACARSAYAĞI VATRUŞKA

13 Ağustos 2017 Pazar

“QIZILI PAYIZ” BORANI PİROQU

Ərzaqlar


  • 500 qram boranı 

  • 400 qrm kəsmik 

  • 3 yumurta 

  • 1 su stəkanı şəkər 

  • 2 xörək q. kartof kraxmalı 

  • 100q qram süd 

  • 1 paket vanil 

  • 5-6 ədəd alma 

  • 4 xörək q. mannı yarması


Hazırlanması


  1. Kəsmikli korju hazırlamaq üçün 2 yumurtanın sarısını 0,5 su stəkanı şəkərlə çalın, 2 xörək qaşığı mannı yarması və süd əlavə edib 20 dəqiqə saxlayın ki, mannı yarması şişsin.

  2. Sonra bu qarışığa kəsmik, vanil sonda yumurtanın ağını mikserlə şişənəcən çalıb əlavə edin.

  3. Dairə formasında olan soba qabını yağlayın və alınmış qarışığı ora əlavə edin.

  4. Almaları qabıqdan təmizləyin və quru tavada bir az qızadın.

  5. Əgər turş almadısa şəkər əlavə etmək olar.

  6. Bir az soyuduqdan sonra qarışığın üstünə hər tərəfə eyni bərabərdə tökün.

  7. Boranını qabıqdan təmizləyin və sobada və ya quru tavada odda bişirin.

  8. 2 xörək q. mannı yarması, 0,5 su stəkanı səkər əlavə edin və pure formasına salıb soyumağa qoyun.

  9. Sonra bir yumurta 2 xörək q. kartof nişastası əlavə edib yaxşı qarışdırın.

  10. Almaların üzərinə boranı korjunu əlavə edib 50 dəqiqə 200 dərəcə qızdırılmış sobada bişirin.

  11. Tam soyuduqdan sonra servis eə biləsiniz.



Nuş Olsun!


“Qızılı payız” boranı piroqu fərqli görünüş və dada üstünlük verənlər üçündür.



“QIZILI PAYIZ” BORANI PİROQU

12 Ağustos 2017 Cumartesi

SÜDLÜ PİROQ

Ərzaqlar


  • Xəmir üçün

     


  • 4 yumurta

     


  • 120 qram un

     


  • 120 qram şəkər

     


  • 1 paket qabartma tozu 

     


  • Südlü sirop üçün

     


  • 150 qram süd

     


  • 150 qram bişmiş süd

     


  • 150 qram 20%-li qaymaq

     


  • Üzərinə

     


  • 150 qram şəkər tozu

     


  • 1 yumurtanın ağı


Hazırlanması


  1. Biskviti hazırlamaq üçün yumurtanın ağın sarısından ayırın.

  2. Ağını mikserlə şişənədək çalınvə  üzərinə 20 qran şəkər əlavə edib çalmağa davam edin.

  3. Yumurtanın sarısını 100 qram şəkərllə aytı qabda çalın və yumurtanın ağına qatın.

  4. Ünla qabartma tozunu qarışdırın və şəkərli yumurtaya əlavə edin. .

  5. Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.

  6. Dairə formasındakı 24 sm ölçülü soba qabını yağlayın və xəmiri əlavə edib 30 dəqiqə bişirin.

  7. Siropu hazırlamaq üçün südü, bişmiş südü və qaymağı qarışdırın.

  8. Biskvit bişdikdə isti-isti üzərinə gəzdirin.

  9. Yumurtanın ağını miksrlə sisənəcən çalın və şəkər əlavə edib çalmağa davam edin.

  10. Biskvitin üzərinə tökün.



Nuş Olsun!


Südlü piroq çox yüngül və dadlı piroqdur.



SÜDLÜ PİROQ

11 Ağustos 2017 Cuma

SADƏ SAFTALI PİROQU

Ərzaqlar


  • 210 qram un

     


  • 180 qram qəhvəyi şəkər

     


  • 80 qram kərə yağı

     


  • 125 qram xama

     


  • 1 yumurta

     


  • 2-3 ədəd şaftalı

     


  • 1 paket vanil

     


  • 1 paket qabartma tozu


Hazırlanması


  1. Yağı əvvəlcədən ev temperaturunda yumşaldın.

  2. Sonra şəkər və yumurta ilə birlikdə mikserlə çalın.

  3. Xama vəvanili əlavə edib qaşıqla qarışdırın.

  4. Qabartma tozu ilə qarışdırılmış unu da qarışığa əlavə edib.

  5. Qatı xama kimi xəmir alınmalıdır.

  6. Şaftalıları dilim formasında doğrayın.

  7. Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.

  8. Dairə formasındakı soba qabına qida kağızı qoyub xəəmiri əlavə edin və üzərinə şaftalı dilimlərini düzün.

  9. 40 dəqiqə sobada üstü qəhvəyi rəng alana qədər bişirin.



Nuş Olsun!


Sadə saftalı piroqu asan hazırlanna lakin çox dadlıb piroqdur.



SADƏ SAFTALI PİROQU

10 Ağustos 2017 Perşembe

LİMONLU VƏ QOZLU PEÇENYE

Ərzaqlar


  • 3,5 su stəkanı un 

  • 0,5 su stəkanı mannı yarması 

  • 1 çay q.hindistan çevizi 

  • 100 qram şit yağ 

  • 2 xörək q. yoqurt 

  • 2 xörək q. şəkər kirşanı 

  • 2 yumurta 

  • 1 paket vanil 

  • 1 paket qabartma tozu 

  • 1 dənə limon İç üçün:

     


  • 200 qram qozŞərbət üçün

     


  • 3,5 su stəkanı şəkər 

  • 3 su stəkanı su 

  • 1 xörək q. limon suyu


Hazırlanması


  1. Limonun qabığını sürgəcdən keçirin.

  2. Bir qab götürün unu, hindistan çevizini, yumşalmış yağı, yoqurtu, şəkər kirşanını yumurtanı, qabartma və vanili, limonun qabığını qarışdırıb əllə xəmir yoğurun.

  3. İki hissəyə bölün.

  4. Yağlı qida kağızında 2 sm qalınlığında yayın.

  5. Yayılmış xəmirləri stəkanın ağzı ilə dairə formasında kəsin.

  6. Dairələrdən yarısını ortadan şüşə qapaqla kəsərək ortasını çıxarın.

  7. Bütöv dairələrdən gütürüb üstünə ortası deşik dairəni qoyun. Qozu 2 yer bölün və ortası deşik dairələrin üstünə yerləşdirin.

  8. Sobanı əvvəlcədən 180 dərəcə qızdırın. Soba listinə yağlanmış qida kağızı qoyun və hazırladığınız peçenyeləri 30 dəqiqə üstləri qızaranadək bişirin.

  9. Şərbəti hazırlamaq üçün şəkər su və limonun şirəsini bir qaba tökün və odda qaynayana qədər qarışıdırln.

  10. Qaynadıqda kənara qoyun.

  11. Bir az soyuduqdan sonra bişmiş peçenyelərin üstünə gəzdirərək tökün.

  12. Soyuduqdan sonra servis edə bilərsiniz.



Nuş Olsun!


şirniyyatımıza həm qoz həm də limon fərqli dad verıəcək.



LİMONLU VƏ QOZLU PEÇENYE

9 Ağustos 2017 Çarşamba

Kəsmikli Diyetik Piroq

Ərzaqlar


  • 5 paçka 5%-li kəsmik (900 qram) 

  • 1 ¼ su stəkanı  süd 

  • 1 portağal 

  • 5 xörək q. bal 

  • 7 ədəd yumurta


Hazırlanması


  1. Portağalın qabığını sürtgəcdən keçirin.

  2. İki qab götürün və yumurtanın ağın sarısından ayırın.

  3. Yumurtanın sarısına bal, kəsmik və portağal qabığını əlavə edib mikserlə çalın.

  4. Bunu kənara qoyun və yumurtanın ağını köpənəcən çalın və yumurtanın sarısına qatıb asta asta qarışdırın.

  5. 26 sm ölçülü dairə formasında soba qabına qida kağızı qoyub yağlayın.

  6. Və alınmış kütləni ora əlavə edin.

  7. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin.

  8. Soyuduqdan sonra bir neçə saat soyuducuda saxlayıb servis edə bilərsiniz.



Nuş Olsun!


diyetik piroq pəhriz saxlayanlar üçün əla seçimdir.



Kəsmikli Diyetik Piroq

8 Ağustos 2017 Salı

KOKOSLU A-LYA DESERTİ

Ərzaqlar


  • 1 dənə kokos 

  • 220 qram kəsmik 

  • 2 xörək q. bişmiş süd 

  • 2 xörək q. şəkər tozu 

  • 80 qram yoqurt 

  • 30 qram südlü şokolad


Hazırlanması


  1. Kokoslu  A-lya desertini hazırlmaq üçün ağır və üstündə çat olmyan kakos lmaq lazımdır.

  2. İti alət ilə kokosun gözünü deşin və suyunu boşaldın.

  3. Balta ilə ortadan bir neçə dəfə vurun ki, kakos yarı bölünsün.

  4. İçini təmizləyin və blendrlə xırdalayın.

  5. Üzərinə kəsmik, şəkər pudrası və bişmiş südü əlavə edin.

  6. Qatı və yapışqanlı kütlə alnmalıdır.

  7. Şokoladı sürtgəcdən keçirin.

  8. Kakoslu kəsmikli qarışıqdan iri kürə  formasında dairələr düzəldib ortasını quyu formasına salın.

  9. İçinə 1 çay q. yoqurt qoyun və yenidən kürə formasına salın.

  10. Sürtgəcdək keçirilmiş şokoladda fırladıb soyuducuya qoyun.



Nuş Olsun!


Kokoslu  A-lya deserti çox dadlı və fərqli dada malik şirniyyatdır.



KOKOSLU A-LYA DESERTİ

7 Ağustos 2017 Pazartesi

KƏSMİKLİ TRUFEL

Ərzaqlar


  • 500 qram kəsmik

  • 500 qram peçenye

  • 100 qram kərə yağı

  • 200 qram tünd şokolad

  • 2 xörək q. kakao tozu

  • 100 qram şəkər

  • Qoz bəzək üçün


Hazırlanması


  1. Kəsmiyi, yumşalmış kərə yağı və şəkəri blendlə əzin.

  2. Alınmış qarışığı iki hissəyə bölün.

  3. Şokoladdan 50 qran ayırıb su vannasında əridin və qarışığın bir hissəsinə kakao tozu və ərinmiş şokoladı əlavə edib qarışdırın.

  4. Yarısını  saxlamaq şərti ilə qalan peçenyeləri qida kağızının üzərinə 3 sıra düzün.

  5. Ağ kəsmikli qarışığı üzərinə hamar formad yayın. 5-6 peçenyeni xırdalayıb kəsmiyin üzərinə səpin.

  6. Üzərinə şokoladlı kəsmik qarışığını yayın.

  7. Qida kağızının köməyi ilə peçenyenin 2 tərəfdən qaldırın.

  8. Trufel düzbucaq formasını alacaq.

  9. Üzərinə qalan peçenyeləri düzün.

  10. Kip halda qida kağızına bükün və 1 sutka soyuducuda saxlayın.

  11. Serviz edəndə şokoladı əridin və üzərinə tökün.

  12. Qozu xırdalayıb üzərinə səpin.



Nuş Olsun!


Kəsmikli trufel şirniyyat və desert sevənlər üçün əla seçimdir.



KƏSMİKLİ TRUFEL

6 Ağustos 2017 Pazar

KƏSMİKLİ RULET

Ərzaqlar


  • 4 ədəd yumurta

  • 4 xörək q. qaynar su

  • 120 qram şəkər

  • 70 qram un

  • 50 qrm kartof krafmalı

  • 1 paket qabartma tozu

  • 200 qram kəsmik

  • 30 %-li xama və ya 100 qram maskarponi pendiri

  • 100 qram kərə yağı

  • 5 xörək q. bişmiş süd


Hazırlanması


  1. Unla kraxmalı qabartma tozu və vanili bir qabda qarışdırın.

  2. Yumurtanı qaynar su ilə mikserlə şişənəcən çalın.

  3. Üzərinə şəkər əlavə edib çalmağa davam edin. Yaxşı şişdikdən sonra unlu qarışığı əlaə edib qaşıqla bir istiqamətdə qarışdırın.

  4. Kremi hazırlamaq üçün bir qab götürün. Kəsmiyi blendrlə  çalın.

  5. Üzərinə bişmiş südü əlavə edin.

  6. Yağı ayrı qabda mikserlə ağaranacan çalıb kəsmikli qarışığa əlavə edin. Krem hazırdır.

  7. Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.

  8. Soba listinə  yağlanmış perqament kağız qoyun.

  9. Xəmiri əlavə edib hamarlayın və 15-20 dəqiqə sobad bişirin.

  10. Hazır olduqda isti isti rulet formasında çay dəsmalına bükün və 5 dəqiqə soyumasını gözləyin.

  11. Yenidən açıb kremi üzərinə çəkib selikon qaşıqla hamarlayın, rulet fomasında bükün.

  12. Üzərinə şəkər kirşanı əlavə edin.

  13. 1-2 saat soyuducuda saxlayın.



Nuş Olsun!


Kəsmikli rulet həm kəsmik, həm də şirniyyat  sevənlər üçün əla seçimdir.



KƏSMİKLİ RULET

5 Ağustos 2017 Cumartesi

KƏSMİKLİ DESERT

Ərzaqlar


  • 4 çay q. jelatin 

  • 3 portağal 

  • 250 qram 30-35%-li qaymaq 

  • 3 xörək q. bal 

  • 1 su stəkanı portağal şirəsi 

  • 300 qram kəsmik


Hazırlanması


  1. Bir qabda jelatini yarım su stəkanı su ilə isladın.

  2. Portağalın qabığını soyun və bir az suda 15 dəqiqə qaynadın.

  3. Kəsmiyin üzərinə 3 xörək q. bal və 1 su stəkanı portağal şirəsi əlavə edib mikserlə çalın.

  4. Qaymağı ayrı qabda mikserlə çalın.

  5. Soyumuş portağal qabığını kəsmiyə əlavə edin. Jelatini bir az qızdırın və qaymağ ilə birlikdə  da kəsmikli qarışığa əlavə edin.

  6. Portağalları qabıqdan təmizləyin və dilim formasında doğrayın.

  7. Dördkünc formalı qaba qida kağızı qoyun üstünə portağal dilimlərini düzün.

  8. Alınmış qaymaqlı kəsmikli qarışığı portağalların üstünə əlavə edin. 12 saat soyuducuda saxlayın.

  9. Servis etdikdə deseti bağı aşağı əyib nikşəyə qoyun.

  10. Üzərinə sürtgəcdən keçirilmiş portağal qabığını səpin.



Nuş Olsun!


Kəsmikli deserti həm siz, həm də qonaqlarınız bəyənəcək.



KƏSMİKLİ DESERT

4 Ağustos 2017 Cuma

ÇİYƏLƏKLİ TİRAMUSU RESEPTİ

Ərzaqlar


  • 200 qr. maskarpone pendiri

  • 30-33% 500 qr. yağlı qaymaq (slivki)

  • 5 yemək qaşığı şəkər kirşanı

  • yarım dənə portağalın suyu

  • 100 qr çiyələk meyvəsi

  • 500 qram qadın barmaqları peçenyesi


Hazırlanması


  1. Bir dərin qab götürüb yağlı qaymağı şəkər kirşanı ilə mikserlə çalın.

  2. Yağlı qaymaq mütləq bir-iki saat soyuducuda qaldıqdan sonra mikserlə çalınmalıdır. Kremimiz hazırdır.

  3. Çiyələkli sousu hazırlamaq üçün  portağalın suyunu sıxın. Çiyələkləri portağal suyu ilə parçalayıcıdan( blendar) keçirin, əzmə halına salın və kremə qatın.

  4. Tiramusunu hazırlamaq üçün dondurma qablarını götürün.

  5. Püçünyüdən bir-iki dənə sındırıb qaba qoyun və üzərinə çiyələkli kremi əlavə edib bu prosesi təkraralayın.

  6. ən üst qat krem olmalıdır. Qabların üstünü strecləyib 1-2 saat soyuducuda saxlayın.



Nuş Olsun!


Çiyələkli tiramusu həm desert, həm də meyvə sevənlər üçün əla seçimdir.



ÇİYƏLƏKLİ TİRAMUSU RESEPTİ

3 Ağustos 2017 Perşembe

BORANILI MANNİK

Ərzaqlar


  • 1 ədəd boranı 

  • 250 qram turş qatıq 

  • 1,5 su stəkanı şəkər 

  • 1,5 su stəkanı mannı yarması 

  • 1 paket qabartma tozu 

  • 1 ədəd limon 

  • 0,5 su stəkanı su 

  • 100  qram kakos ovuntusu


Hazırlanması


  1. Boranının qabığını təmizləyin və sürtgəcdən keçirib bir dərin qaba əlavə edin.

  2. 2 su stəkanı kifayətdir.Üzərinə  qatıq 0,5 su stəkanı şəkər, mannı yarması, qabartma qatın.

  3. Limonun qabığını sürtgəcdən keçirin və boranı qarışığına əlavə edin.

  4. Sobanı əvvəlcədən 180 dərəcə qızdırın. Dairə formasındakı soba qabını yağlayın və boranı qarışığını ora əlavə edin.

  5. 40-45 dəqiqə sobada bişirin.

  6. Mannik bişənə qədər siropu hazırlayın 1 su stəkanı şəkər,  0,5 su stəkanı su və limonun şirəsini aşağı odda 3 dəqiqə qaynadın və piroq bişdikdə üzərinə əlavə  edin.



Nuş Olsun!


Boranılı mannik hərkəsin ağız dadına uyğun şirniyyatdır.



BORANILI MANNİK