8 Nisan 2015 Çarşamba

Uludağ Plovu

Ərzaqlar


  •  3 su stəkanı düyü

  • 100 qr kərə yağı

  • 2 su stəkanı şabalıd

  • 2 ədəd qənd

  • 1 su stəkanı qaynadılmış və didim didim doğranmış ət ( toyuq vəya dana əti ola bilər )

  • 1 xörək qaşığı kişmiş

  • 1 ədəd kök

  • 1 ədəd portağal

  • 1 çay qaşığı darçın,  qara bibər, duz


Hazırlanması


  1. 3 su stəkanı düyü yaxşıca təmizləyin sonra 1 saata yaxın duzlu suda saxlayın.

  2. Bol sun ilə yuyun.

  3. 100 qram tərə yağında düyünü qovurun.

  4. Sobada bişirilmiş 2 su stəkanı şabalıdı, qovrulmuş düyüyə əlavə edin.

  5. Üzərinə 3 su stəkanı isti su, 2 ədəd kəsmə şəkər, 1 su stəkanı qaynadılmış kub doranmış ət, 1 xörək qaşığı kişmiş, 1 ədəd kibrit çöpü formasında doğradığınız kökü əlavə edib qarışdırın.

  6. 20 dəqiqə aşağı istilikdə bişirin.

  7. Ocaqdan götürdüyünüz plova, 1 ədəd rəndələnmiş portağal qabığı, 1 çay qaşığı darçın,  qara bibər əlavə edin.

  8. Boşqaba qoyub dağ şəkli verərək süfrəyə təqdim edə bilərsiniz.



Hakkında:  Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!



Uludağ Plovu

Hiç yorum yok:

Yorum Gönder