Ərzaqlar
- Adam başına – 350 qram qoyun əti
- Baş soğan – 1 ədəd
- Cəfəri – 10 qram
- Reyhan – 10 qram
- Sumaq – 3 qram
- Duz, istiot
Hazırlanması
- Tikə kabab üçün ətdən 35 – 40 qramlıq tikələr kəsib şişə taxırıq, üstünə duz səpilir və manqalda közərmiş kömür üzərində qızardılır.
- Kömür alovlanmasın deyə ona duzlu su səpilir.
- Ət şişə taxılan zaman həm yağlı həmdə yağsız tikələr götürülməlidir.
- Əti bir qaydada qızarmasına fikir verilməlidir.
- Tikə kababın bərabər qaydada qızarması üçün arabir çevirmək lazımdır.
- Tikə kabab hazır olan kimi süfrəyə verilməlidir.
- Tikə kababın üstünə halqavari soğan qoymaq lazımdır.
- Bundan başqa tikə kababın yanına bir neçə dilim limon, yaxud narşərab, döyülmüş istiot və duz qoyulur.
- Yay zamanı tikə kababın yanına 100 qram şişdə qızardılmış pomidorda əlavə etmək olar.Nuş olsun!
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.
Tikə-Kabab
Hiç yorum yok:
Yorum Gönder