30 Nisan 2015 Perşembe

Qazan Kababı

Ərzaqlar


  • Adam başına 300 qram qoyun əti

  • 20 qram quyruq – yağı

  • 25 qram nar

  • 2 ədəd soğan

  • 5 qram göyərti

  • Duz, istiot


Hazırlanması


  1. Qoyun əti tikələrə doğranıb quyruq yağı ilə qalaylı mis qazanda qovrulur, istiot, duz yada qovrulmuş soğan qatılır.

  2. Xörəyin hazır olmsına az qalmış xörəyə yetişmiş nar dənələri əlavə olunur və üstünə göyərti səpilir.

  3. Süfrəyə çəkilən zaman qazan kababı boşqaba çəkilir.

  4. Mövsümdən asılı olaraq süfrəyə xiyar, pomidor qoyulur.



 


Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!



Qazan Kababı

28 Nisan 2015 Salı

Tikə-Kabab

Ərzaqlar


  • Adam başına –  350 qram qoyun əti

  • Baş soğan – 1 ədəd

  • Cəfəri – 10 qram

  • Reyhan – 10 qram

  • Sumaq – 3 qram

  • Duz, istiot


Hazırlanması


  1. Tikə kabab üçün ətdən 35 – 40 qramlıq tikələr kəsib şişə taxırıq, üstünə duz səpilir və manqalda közərmiş kömür üzərində qızardılır.

  2. Kömür alovlanmasın deyə ona duzlu su səpilir.

  3. Ət şişə taxılan zaman həm yağlı həmdə yağsız tikələr götürülməlidir.

  4. Əti bir qaydada qızarmasına fikir verilməlidir.

  5. Tikə kababın bərabər qaydada qızarması üçün arabir çevirmək lazımdır.

  6. Tikə kabab hazır olan kimi süfrəyə verilməlidir.

  7. Tikə kababın üstünə halqavari soğan qoymaq lazımdır.

  8. Bundan başqa tikə kababın yanına bir neçə dilim limon, yaxud narşərab, döyülmüş istiot və duz qoyulur.

  9. Yay zamanı tikə kababın yanına 100 qram şişdə qızardılmış pomidorda əlavə etmək olar.Nuş olsun!



 


Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.



Tikə-Kabab

Dəniz Ulduzu

Ərzaqlar


  • 1 litr süd

  • 2 qəhvə fincanı un

  • 100 qr marqarin

  • 3 qəhvə fincanı şəkər

  • 2 dənə damla saqqızı

  • Şokolad sousu üçün:

  • 3 şorba qaşığı kakao

  • 6 şorba qaşığı toz şəkər

  • 1 su stəkanı süd


Hazırlanması


  1. Marqarindən başqa bütün ərzaqları qarışdırıb tündləşənə qədər bişirin.

  2. Tündləşəndə içinə marqarini qatıb ocaqdan alın və mikserlə çırpın.

  3. İstədiyiniz şüşə və ya metal bir qab  istifadə edə bilərsiniz. Şəkildəki qalıb Cola şüşəsinin alt qisimindən istifadə olunaraq hazırlanıb.

  4. Mikserlə çırptığımız qarışığın içini ıslattığımız kasalara qoyub bir gecə soyuducunda saxlayın.

  5. Daha sonra qoşqablara tərs çevirib üzərinə şokolad sousu tökərək süfrəyə təqdim edin.



Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik. Nuş olsun!



Dəniz Ulduzu

27 Nisan 2015 Pazartesi

Fıstıklı Pave

Ərzaqlar


  • 5 şorba qaşığı kərə yağı

  • (otaq istiliyində yumuşaldılmış)

  • 1 su stəkanı şəkər

  • 2 böyük yumurta və bir yumurtanın sarısı daha

  • 1 yarım su stəkanı badam tozu

  • 2-3 ovuc qırıq duzsuz fıstıq

  • Pudra şəkəri


Hazırlanması


  1. İlk iş olaraq istifadə edəcəyiniz qəlibin dibini yaxşıca yağlıyırıq.

  2. Sonra bazası böyüklüyündə soba kağızı kəsib dibə yapışdırın.

  3. Üzərini təkrar yağlayın.

  4. Ən alta (əslində ən üst olacaq) fıstıq qırıntılarını yayaq.

  5. İstədiyiniz file badam da olar …

  6. Daha sonra mikserdə otaq istiliyindəki kərəyağını kremalaştıraq və şəkəri əlavə edək.

  7. Yumurta və badam tozunu təkrar 2-3 səfərdə yedirdin.

  8. Fıstıqları üzərinə spatula ilə yayaın, düzəldin, masaya bir neçə dəfə vuraraq içindəki havanı çıxarın.

  9. 140 dərəcədə təxminən 50-55 dəqiqə bişirək.

  10. Üstünün dekoru üçün soba kağıdından nazik zolaqlar kəsib keksin üzərinə yerləşdirib, pudra şəkəriylə bəzəyə bilərsiniz.



Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik. Nuş olsun!



Fıstıklı Pave

26 Nisan 2015 Pazar

Güllaç Tortu

Ərzaqlar


  • 8 Yarpaq güllaç

  • 8 Su stəkanı süd

  • 1,5 Su stəkanı şəkər

  • 3 Şorba qaşığı gül suyu

  • 1 Su stəkanı hindistan qozu

  • 1 Çay stəkanı pudra şəkəri

  • İçi Üçün:

  • 6 Alma

  • 1 Çay stəkanı şəkər

  • 1 Çay qaşığı darçın

  • Sousu Üçün:

  • 1 Paket çöl qarağatı

  • 3 Şorba qaşığı şəkər


Hazırlanması


  1. Qazanda südü ilıq olacaq qədər istilətdikdən sonra içinə 3-4 şorba qaşığı gül suyu əlavə edib qarışdırırıq.

  2. Almaları rəndələyib, şəkəri də əlavə edib qazanda bişiirirk sonra darçını içinə əlavə edib qarışdırırıq.

  3. Bir ədəd güllaç yarpağını bir neçə parçaya ayırıb süd ilə isladıb kasanın alt qisiminə bir az qoyuruq üzərinə almalı harçtan əlavə onun da üzərinə kokos və pudra şəkəri töküb digər parçaları da üzərinə əlavə edirik.

  4. Üzərinə bir çömçə daha süd tökdükdən sonra soyumağa buraxırıq ..

  5. Sousu üçün isə, çöl qarağatını 3 şorba qaşığı şəkər ilə öz suyu ilə qazanda bişiririk.

  6. Kasada kı güllaçları tərs çevirərək qaba qoyuruq.

  7. Bişən sousu üzərinə töküb süfrəyə təqdim edirik.  Nuş Olsun.



Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik.



Güllaç Tortu

25 Nisan 2015 Cumartesi

Çiyələkli Manna yarması Tortu

Ərzaqlar


  • 9 şorba qaşığı manna yarması (90 qr)

  • 10 şorba qaşığı şəkər (150 gr)

  • 1 lt süd

  • 1 paket vanil

  • 25-30 dənə çiyələk

  • 1 ədəd hazır kakaolu keks


Hazırlanması


  1. Manna yarmasını, şəkəri və südü bir qazana qoyun və qarışdıraraq pudinq kimi bişirin.

  2. Bişdikdən sonra altını söndürün.

  3. Vanil əlavə edib, bir dəfə daha qarışdırın.

  4. Pundinqin yarısını orta boy bir qaba tökün.

  5. Tökmədən əvvəl, qabı bir az suyla isladın.

  6. Bu şəkildə qudinqi tərs çevirərkən yapışmasını önləyəcəyik.

  7. Üzərinə küp küp doğradığınız kakaolu keksi yayın.

  8. Keksin üstünü ortadan ikiyə və ya üçə bölərək dilimlədiyiniz çiyələklərlə örtün.

  9. Qalan pudinq ilə çiyələklərin üzərini örtün.

  10. İkram edəcəyiniz zaman, xidmət qabına tərs çevirin.

  11. Şirniyyatınızı çiyələk və kokos ilə bəzəyə bilərsiniz.



Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik. Nuş olsun!



Çiyələkli Manna yarması Tortu

24 Nisan 2015 Cuma

Afyon Sarması

Ərzaqlar


  • 1 litr süd

  • 1 su stəkanı toz şəkər

  • 1 su stəkanı un

  • Yarım paket (125 gr) kərə yağı

  • Bir az damla saqqızı

  • 1 kiçik paket qaymaq


Hazırlanması


  1. Unu qazana qoyun, rəngini sarartmadan bir az qovurun.

  2. Digər ərzaqlar qarışdırıb, pudinq kimi bişirin.

  3. Pişince mikserlə çırpın.

  4. Balaca soba qabına kokos səpərək dibini bağlayın.

  5. Üzərinə, incə bir təbəqə pudinqi tökün.

  6. Pudinqin üzərinə, bir az südlə islatdığınız qaymağı tökün.

  7. Soyuducuda bir gün saxlayın.

  8. Ertəsi gün kvadrat kvadrat kəsərək, fotoşəkildəki kimi rulonlar hazırlayın.

  9. Üzərini yaşıl fıstıq ilə bəzəyin.



Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik. Nuş olsun!



Afyon Sarması

23 Nisan 2015 Perşembe

Limon Pelteli

Ərzaqlar


  • 0.5  litr limonad

  • 1 qəhvəsi fincanı dolusu misir nişastası

  • 1 vanil pudinqi

  • 3.5 su stəkanı süd

  • Arasını və ya üzərini bəzəmək üçün: Damla şokolad, biskvit və ya keks qırıntıları.


Hazırlanması


  1. Bir qazanda limonad və qarğıdalı nişastasını bişirərək, jele konsistensiyasına gəlməsini təmin edin.

  2. Ayrı bir tərəfdə də, vanilli pudinqi süd ilə birlikdə bişirin.

  3. Qoymaq istədiyiniz qabları və ya stəkanları əvvəl isladın.

  4. Suyunu yaxşıca süzün.

  5. Pudinq qablarını tərs çevirib çıxaracaqsınızsa, üst tərəfdə hansı rəngin olmasını istəyirsinizsə onu alta qoyun.

  6. Məsələn şəkildəki kuplarda, alta limon peltesini qoymuşuq.

  7. İstədiyiniz arasına damla şokolad və ya un halına gətirdiyiniz kakaolu biskvitlər də qoya bilərsiniz.

  8. Üzərinə də pudinq əlavə edin.

  9. Bir gecə soyuducuda gözlətdikdən sonra tərs çevirib süfrəyə təqdim edə bilərsiniz.



Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik. Limonad yerinə istədiyiniz növ bir meyvə suyu ilə də jele hazırlaya bilərsiniz: Məsələn vişnə suyu, şaftalı suyu, hətta nar suyu … Nuş olsun!



Limon Pelteli

21 Nisan 2015 Salı

Südlü Şirniyyat

Ərzaqlar


  • 1 su stəkanından bir az çox süd

  • 3 yarım şorba qaşığı toz şəkər

  • 1 dolu şorba qaşığı düyü unu

  • 1 dolu şorba qaşığı buğda nişastası


Hazırlanması


  1. Bütün ərzaqları, balaca bir sous qazanında bişirin.

  2. Bir kasaya boşaldın, otaq temperaturunu alandan sonra, 1-2 saat soyuducuda soyudub, nuşcanlıqla yeyin.

  3. Əgər şokoladlı şirniyyat istəyərsənizsə, eyni vəsaitlərə bir dolu qaşıq kakao əlavə edin.



Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik. Nuş olsun!



Südlü Şirniyyat

20 Nisan 2015 Pazartesi

Saqqızlı Pudinq (Mühəlləbi)

Ərzaqlar


  • 1 lt süd

  • 2 dolu şorba qaşığı qarğıdalı nişastası

  • 2 dolu şorba qaşığı düyü unu

  • 1 dolu şorba qaşığı un

  • 3 parça döyülmüş damla saqqızı

  • 10 yarım şorba qaşığı toz şəkər


Hazırlanması


  1.  Bütün vəsaitləri bir qazana qoyub, tünd pudinq konsistensiyası alana qədər qarışdıraraq bişirin.

  2. Ocaqdan aldıqdan sonra, mikser ilə bir müddət qarışdırın.

  3. Çox asan hazırlanan şirniyyat növüdür.



Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik. Nuş olsun!



Saqqızlı Pudinq (Mühəlləbi)

19 Nisan 2015 Pazar

Bəhməz Şirniyyatı

Ərzaqlar


  • 1 ölçü bəhməz

  • 1 ölçü buğda nişastası

  • 5 ölçü su

  • Qoz  (bol olmalıdır)


Hazırlanması


  1. İstədiyiniz stəkanı (ölçü olaraq) istifadə edə bilərsiniz.

  2. Fotoşəkildəki qədər bəhməz şirniyyatı üçün, ölçü olaraq – su stəkanını – istifadə edəbilərsiniz.

  3. Bəhməz, su və buğda nişastasını qazana qoyun, yaxşıca qaynayana qədər bişirin.

  4. Içində qoz olmazsa, şirniyyat boş olar.

  5. Ona görə bolca qozu, ağıza gələcək şəkildə doğrayıb, şirniyyatın içinə əlavə edin.

  6. Şirniyyatı tökəcəyiniz qabı isladın; artıq qalan suyunu süzün (qəlibi tərs çevirib boşqaba qoyun ki, şirniyyat çıxsın).

  7. Ardından şirniyyatı tökün.

  8. İlıq olduqda soyuducuya qoyun.

  9. Ən az iki saat gözlədib, yeyə edə bilərsiniz. Nuş olsun!



Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq.



Bəhməz Şirniyyatı

9 Nisan 2015 Perşembe

Buxara Plovu

Ərzaqlar


  • 2 su stəkanı düyü

  • 2 xörək qaşığı kərə yağı

  • 3 su stəkanı isti su və ya ət suyu

  • 2 orta kök

  • 100 qr fıstıq

  • 1 çay stəkanı kişmiş

  • 1 xörək qaşığı zeytunyağı

  • 1 çay qaşığı duz


Hazırlanması


  1. Düyü isti duzlu suda 10 dəqiqə ıslatılıb saxlanılır.

  2. Daha sonra kişmiş yuyunub ilıq suda 10 dəqiqə gözlədilir və süzülür.

  3. Tavaya 1 xörək qaşığı zeytunyağı töküb fıstıq qovrulur.

  4. Yuyulmamış soyulmuş kökləri kub şəklində doğrayıb fıstıqlara əlavə edilər bir çimdik duz atıb qızartdıqtan sonra kişmişləridə əlavə edilib altı söndürülür.

  5. Düyü süzülür və yuyulur.

  6. Kərə yağı qazana qoyulur əridikdən sonra düyü qatılır.

  7. Bir neçə dəqiqə düyü qovrulur, suyu və duzu əlavə olunur.

  8. Batıq atəşdə yavaş yavaş dəmlənərək bişirilir.

  9. Plov suyunu çəkməyə yaxın qızaran qarnir üzərinə tökülüb qazanın qapağı bağlanır.

  10. 20 dəqiqə saxladıqdan  sonra süfrəyə təqdim edilir.

  11. Qeyd: plova 1 desert qaşığı şəkər tökə bilərsiniz. Həm düyüdə ki xam qoxunu götürür  həmdə ləzzət qatır ..



Hakkında:  Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!



Buxara Plovu

8 Nisan 2015 Çarşamba

Uludağ Plovu

Ərzaqlar


  •  3 su stəkanı düyü

  • 100 qr kərə yağı

  • 2 su stəkanı şabalıd

  • 2 ədəd qənd

  • 1 su stəkanı qaynadılmış və didim didim doğranmış ət ( toyuq vəya dana əti ola bilər )

  • 1 xörək qaşığı kişmiş

  • 1 ədəd kök

  • 1 ədəd portağal

  • 1 çay qaşığı darçın,  qara bibər, duz


Hazırlanması


  1. 3 su stəkanı düyü yaxşıca təmizləyin sonra 1 saata yaxın duzlu suda saxlayın.

  2. Bol sun ilə yuyun.

  3. 100 qram tərə yağında düyünü qovurun.

  4. Sobada bişirilmiş 2 su stəkanı şabalıdı, qovrulmuş düyüyə əlavə edin.

  5. Üzərinə 3 su stəkanı isti su, 2 ədəd kəsmə şəkər, 1 su stəkanı qaynadılmış kub doranmış ət, 1 xörək qaşığı kişmiş, 1 ədəd kibrit çöpü formasında doğradığınız kökü əlavə edib qarışdırın.

  6. 20 dəqiqə aşağı istilikdə bişirin.

  7. Ocaqdan götürdüyünüz plova, 1 ədəd rəndələnmiş portağal qabığı, 1 çay qaşığı darçın,  qara bibər əlavə edin.

  8. Boşqaba qoyub dağ şəkli verərək süfrəyə təqdim edə bilərsiniz.



Hakkında:  Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!



Uludağ Plovu

7 Nisan 2015 Salı

Üç Rəngli Börək

Ərzaqlar


  • 3 yumşaq lavaş

  • 3 toyuq sinəsi

  • 1/2 kq. kök

  • 1/2 kq. pazı yarpağı

  • 1 orta soğan

  • 1 yumurta

  • 125 qr. kərə yağı (və ya yumşaq marqarin )

  • duz , istiot


Hazırlanması


  1. Toyuq ətlərini qaynadıb didikləyin.

  2. Soğanı incə rəndələyib doğranmış, yuyulmuş pazı yarpaqları ilə az yağda qovurun.

  3. Kökləri qaynadıb püre halına gətirin.

  4. Sobanı orta dərəcədə istilədin və soba qabını  yağlayıp hazırlayın.

  5. Yağı əridib lavaşlarla isladaraq içinə kifayət edəcək qədər su əlavə edin.

  6. Birinci lavaşı yayın, su -yağ qarışığı ilə isladın, üzərinə pazı yarpaqlarını yayılmış şəkildə qoyun.

  7. Sonra ikinci lavaşı eyni şəkildə isladın, üzərinə kökləri qoyun.

  8. Üzərinə üçüncü lavaşıda qoyun.

  9. Onun üzərinə də toyuqlu qarışığı yerləşdirin.

  10. Ən üstü olan lavaşla örtüb börəyinizi rulet şəklində sobaya yerləşdirin.

  11. Üzərinə çırpılmış yumurta sarısından gəzdirin, arzuya görə küncüt ya da çörəkotu səpin.

  12. 30-35 dəqiqə qızardın.



Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.



Üç Rəngli Börək

6 Nisan 2015 Pazartesi

Zeytunyağlı və Pomidorlu Badımcan

Ərzaqlar


  • 4 badımcan

  • 2  bibər

  • 6 pomidor

  • 1 soğan

  • 1 çay stəkanı duru yağ

  • duz, pul bibər


Hazırlanması


  1. Badımcanları közdə qızardın.

  2. Qabıqlarını soyub incə incə doğrayın.

  3. Soğan, pomidor və bibəri incə incə doğrayın.

  4. Bir qazanda yağı qızardıb soğanı onun içinə ataraq qovurun.

  5. Pomidor və bibərləri əlavə edib bişirin.

  6. Daha sonra badımcanlar əlavə edib yaxşıca qarışdırın.

  7. Batıq atəşdə 5 dəqiqə daha bişirin.

  8. Ocaqdan alıb pul bibər səpdikdən sonra süfrəyə təqdim edə bilərsiniz.



Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!



Zeytunyağlı və Pomidorlu Badımcan

5 Nisan 2015 Pazar

Qarğıdalılı Plov

Ərzaqlar


  • 2 su stəkanı düyü

  • 4 su stəkanı ət suyu

  • 2 su stəkanı qarğıdalı dənəsi

  • 1 qəhvə fincanı soya yağı

  • kifayət edəcək qədər duz və qara bibər


Hazırlanması


  1. Düyünü ilıq duzlu suda 30 dəqiqə qədər gözlədin.

  2. Suyunu süzün.

  3. Bir qazanda yağı qızardıb düyünü əlavə edin və qovurun.

  4. İçinə qarğıdalı və kifayət edəcək qədər duz əlavə edib düyü tamamilə bişənə qədər qovurun.

  5. 4 stəkan ət suyunu əlavə edib suyu çəkənə qədər qaynadın.

  6. Ocaqdan alıb 20 dəqiqə gözlədin.

  7. Üzərini qara bibər ilə bəziyib süfrəyə təqdim edə bilərsiniz.



Hakkında:  Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!



Qarğıdalılı Plov

4 Nisan 2015 Cumartesi

Göbələkli Plov

Ərzaqlar


  • 1 ədəd soğan

  • 1 xörək qaşığı duru yağ

  • 100 qr. düyü (1/2 su stəkanı)

  • 400 qr. göbələk

  • 1 +1 / 2 su stəkanı ət suyu

  • 2 xörək qaşığı holland pendiri (rəndələnmiş)

  • doğranmış cəfəri


Hazırlanması


  1. Soğanı doğrayın, bitki yağında qızardın.

  2. Düyünü əlavə edib qovurmağa davam edin.

  3. Göbələkləri incə incə doğrayın.

  4. Ət suyu ilə düyünü əlavə edib ağzını bağlayın.

  5. Plovu 20 dəqiqə aşağı istilik üzərində bişirin.

  6. Duz, qara bibər qataraq dadlandırın.

  7. Üzərinə pendir və cəfəri səpin.

  8. Xörəyimiz hazırdır.



Hakkında:  Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır.



Göbələkli Plov

3 Nisan 2015 Cuma

Kilkəli Plov

Ərzaqlar


  • 500 qr baldo düyüsü (düyünün bir növüdür)

  • 800 qr kilkə balıq

  • 100 qr kərə yağı

  • 1 qəhvə fincanı kişmiş

  • 1 qəhvə fincanı fıstıq

  • 1 soğan

  • 1 pomidor

  • 3 su stəkanı ət suyu

  • 1 ədəd cəfəri

  • 1 ədəd Şüyüd

  • 1 ədəd təzə Nanə

  • Duz , istiot, yenibahar


Hazırlanması


  1. Düyünü ilıq duzlu suda 30 dəqiqə saxlayın.

  2. 2-3 dəfə yuyub süzün.

  3. Pomidor və soğanı kiçik kublar halında doğrayın.

  4. Kişmişi isti suda saxlayıb süzün.

  5. Kərəyağını qazanda əridib soğanı qızardın.

  6. Fıstığı əlavə edərək qızarana qədər qovurun.

  7. Kişmişi və düyünü əlavə edib qovurmağa davam edin.

  8. Ət suyu , pomidor , duz və ədviyyatları əlavə edib qarışdırın.

  9. 1-2 dəqiqə qaynadıqdan sonra ocaqdan götürüb şüyüd, cəfəri və təzə nanəni doğrayıb  hazırladığınız plova əlavə edin.

  10. Düyüləri çox əzmədən dəmlənməyə qoyun.

  11. Kilkələrin yarısını yağlanılmış nimçəyə düzün.

  12. Üzərinə hazırladığınız plovu qoyun və qalanını kilkənin kənarlarına düzün.

  13. Orta istilikli sobada kilkələr qızarana qədər bişirin və çalışın o üz bu üzlü bişirin. Nuş olsun!



Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.



Kilkəli Plov

2 Nisan 2015 Perşembe

Sarımsaqlı Badımcan

Ərzaqlar


  • 3 badımcan

  • 1 soğan

  • 2 diş sarımsaq

  • 2 pomidor

  • 1 acı bibər

  • 1 salçalık kırmızıbiber

  • 7 ~ 8 budaq cəfəri

  • duz

  • Qızartmaq üçün:

  • zeytunyağı


Hazırlanması


  1. Badımcanları yuyub qurulayın.

  2. Uzunlamasına incəcik dilimləyib zeytunyağında qızardın.

  3. Incə doğranmış soğan və sarımsağı tavada çox az zeytunyağı əlavəsiylə qizardın.

  4. Pomidor və bibər çox kiçik doğrayaraq əlavə edin və qarışdırın.

  5. Bişdikdə ocaqdan alın və doğranmış cəfərini əlavə edin.

  6. Duzlayın və hər badımcan diliminin uc qisiminə içliyi yerləşdirib rulet şəklində bükün.

  7. Dik şəkildə qaba yerləşdirin və süfrəyə təqdim edir.



Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.



Sarımsaqlı Badımcan