
Ərzaqlar
- 2 stəkan süd
- 1 konserv bankası (390 qramlıq) qatılaşmış süd
- 3 xörək qaşığı tünd şəkərsiz kakao
- 1 xörək qaşığı qarğıdalı nişastası
Directions
- Balaca qazana süd və kakao tozunu qoyun.
- Orda odda dəyanmadan qarışdıra-qarışdıra, kakao həll olana qədər bişirin.
- Qatılaşmış südü əlavə edin və qarışdıra-qarışdıra 2 dəqiqə də bişirin. Qazana oddan kənara çəkin.
-
Alınan kütlədən təxminən 0.5 stəkan ayırıb stəkana tökün. Bu stəkana qarğıdalı nişastası əlavə edib həll edin.
-
Nişastalı qarışığı qazana geri tökün. Qazanı yenidən orda oddan dayanmadan qarışdıra-qarışdıra kütlə bir qədər qatılaşanadək bişirin (təxminən 6-7 dəqiqə çəkir).
- Qarışığın qatılığının kifayət olub olmamasını bu cür yoxlayın: taxta qaşığı qarışığa salıb çıxardın.
- Əgər qaşığın üstündə südlü plyonka əmələ gəlirsə, və əgər barmağınızla o plyonkanın ortasından bir xət çəkdiyinizdə o xət yenidən birləşmirsə, onda qarışığın qatılığı istənilən kimidir.
-
Qazanı kənara çəkin. Alınan kütləni soyuğa dayanaqlı bir qabın içinə boşaldın.
- Qabı soyuducuya qoyun ki, dondurma tamamilə soyusun.
- Təxminən 1 saat sonra çıxardın və qaşıqla qarışdırın.
- Sonra yenidən buzluğa qoyun. Bu prosesi təxminən 1 saat sonra da təkrarlayın.
- Dondurmanı buzşuğa qoyun və tamamilə donmasını gözləyin. Dondurmanız hazırdır. Nuş Olsun!
Şokoladlı Dondurma
Hiç yorum yok:
Yorum Gönder