
Ərzaqlar
- 125 qr. otaq istiliyində kərə yağı
- 1,5 şorba qaşığı şəkər
- 250 qr. un
- ½ çay qaşığı duz
- ½ çay stəkanı su
- 1 yumurtanın sarısı
- Balqabaq Püresi Üçün:
- Balqabaq
- Şəkər
Hazırlanması
- Bütün ərzaqları qarışdıraraq peçenye xəmiri konsistensiyasında bir xəmir əldə edin.
- Əgər xəmiriniz çox yumşaq olsa 10 d. soyuducunda saxlayın.
- Tart qəliblərinizi yağlayın və xəmirinizi açaraq içinə yerləşdirin.
- Əvvəlcədən 180 C isitmiş olduğunuz sobada qızarana qədər bişirin və soyumağa buraxın.
- Balqabaqları təmizləyib dilimlədiktən sonra bir qazana düzün.
- Üzərini örtəcək qədər toz şəkər əlavə edib batıq atəşdə bişirin.
- Ocaqdan aldıqdan sonra soyumağa buraxın.
- Balqabaqları çəngəlin köməyiylə əzərək püre halına gətirin.
- Soyuduqdan sonra qəliblərindən çıxardığınız tartlarınızı bu püre ilə doldurun və üzərini qoz ilə bəzəyin.
Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq. Nuş olsun!
Balqabaqlı Mini Tart
Hiç yorum yok:
Yorum Gönder