
Ərzaqlar
- 2 qutu qarğıdalı konservi (500 qr)
- 4-5 dilim sosis
- 2 diş sarımsaq
- 3 xörək qaşığı kərə yağı
- 4 xörək qaşığı un
- 2 su stəkanı süd
- 1/2 paket krem
- Üzəri üçün:
- çörək qırıntıları
- duz , istiot, muskat
Hazırlanması
- Qarğıdalıları süzgəcə alıb suyunu süzün.
- Sosisləri uzunlamasına nazik zolaqlar halında doğrayın.
- Dərin bir qazanda kərəyağını əridib döyülmüş sarmısağı 1-2 dəq qarışdırın.
- Unu əlavə edib az qovurun.
- Qarışığa südü əlavə edin və qatı olmaması üçün yaxşı çırpın.
- Qaynamağa yaxın kremi əlavə edin.
- Qarışıq qaynayınca duz, qara bibər əlavə edərək ocaqdan götürün.
- Yağlanmış soba qabına hazırladığınız südlü sosdan bir miqdar əlavə edin.
- Üzərinə qarğıdalının yarısını yayıb sosis dilimlərini üstünə yerləşdirin.
- Sosislərin üzərinə bir miqdar sous töküb qalan qarğıdalıları yayın.
- Ərzaqların üzərini sousla örtün.
- Ən üstə unu səpib fındıq böyüklüyündə kərəyağı topları yerləşdirin.
- Sobada bişirib üzərini qızardın. Nuş olsun!
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.
Sobada Sosisli Sendviç
Hiç yorum yok:
Yorum Gönder