31 Mart 2015 Salı

Yaşıl Noxudlu Plov

Ərzaqlar


  •  2 su stəkanı düyü

  • 3 su stəkanı qaynar su

  • 1 çay stəkanından bir az az maye yağ

  • 2 xörək qaşığı kərə yağı

  • 1 kasa yaşıl noxud

  • 2 ədəd orta kök

  • duz


Hazırlanması


  1. Düyünü duzlu və isti suda 1 saata yaxın saxlayın.

  2. Kökləri kiçik kiçik doğrayın.

  3. Üzərinə yaşıl noxudları da əlavə edib ikisini kiçik bir qazana qoyun.

  4. Qazana qaynar su töküb tərəvəzləri bişirin. Sonra suyunu süzüb kənara qoyun.

  5. Geniş bir plov qazanına maye yağı boşaldın.

  6. Düyüləri saxladığınız sudan alıb süzün və qazana qoyub qarışdıraraq qovurun.

  7. Düyünün şeffaflaşınca qazana kərəyağını əlavə edək əridin.

  8. Daha sonra 3 su stəkanı qaynar suyu və tərəvəzləri qazana qoyub duzunu tökün.

  9. Qapağını bağlayıb orta atəşdə suyunu çəkənə qədər bişirin.



Hakkında:  Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!



Yaşıl Noxudlu Plov

24 Mart 2015 Salı

Sobada Sosisli Sendviç

Ərzaqlar


  • 2 qutu qarğıdalı konservi (500 qr)

  • 4-5 dilim sosis

  • 2 diş sarımsaq

  • 3 xörək qaşığı kərə yağı

  • 4 xörək qaşığı un

  • 2 su stəkanı süd

  • 1/2 paket krem

  • Üzəri üçün:

  • çörək qırıntıları

  • duz , istiot, muskat


Hazırlanması


  1. Qarğıdalıları süzgəcə alıb suyunu süzün.

  2. Sosisləri uzunlamasına nazik zolaqlar halında doğrayın.

  3. Dərin bir qazanda kərəyağını əridib döyülmüş sarmısağı 1-2 dəq qarışdırın.

  4. Unu əlavə edib az qovurun.

  5. Qarışığa südü əlavə edin və qatı olmaması üçün yaxşı çırpın.

  6. Qaynamağa yaxın kremi əlavə edin.

  7. Qarışıq qaynayınca duz, qara bibər əlavə edərək ocaqdan götürün.

  8. Yağlanmış soba qabına hazırladığınız südlü sosdan bir miqdar əlavə edin.

  9. Üzərinə qarğıdalının yarısını yayıb sosis dilimlərini üstünə yerləşdirin.

  10. Sosislərin üzərinə bir miqdar sous töküb qalan qarğıdalıları yayın.

  11. Ərzaqların üzərini sousla örtün.

  12. Ən üstə unu səpib fındıq böyüklüyündə kərəyağı topları yerləşdirin.

  13. Sobada bişirib üzərini  qızardın. Nuş olsun!



Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.



Sobada Sosisli Sendviç

20 Mart 2015 Cuma

Ərikli Tart

Ərzaqlar


  • 250 qr kərə yağı

  • 2 ədəd yumurta

  • 1 qəhvə fincanı süd

  • 1 su stəkanı toz şəkər

  • 2 su stəkanı un

  • 1 paket vanil

  • ½ çay qaşığı qabartma tozu

  • krem üçün;

  • 2 su stəkanı süd

  • 2 yemək qaşığı un

  • 1 ədəd yumurta

  • 3 yemək qaşığı toz şəkər

  • 1 paket vanil

  • 1 şirin qaşığı kərə yağı

  • üzəri üçün;

  • 500 qr mürdüm əriyi

  • 1 paket tart jelesi

  • ½ çay stəkanı toz şəkər


Hazırlanması


  1. Kərəyağını əridərək şəkər vanil və süd əlavə edərək mikser ilə qarışdırın.

  2. Yumurtaları əlavə edin, un və qabartma tozunu ələkdən keçirib az az əlavə edin.

  3. 28 sm. səviyyəsində bir tart qəlibini yağlayıp xəmiri içinə tökün.

  4. Daha əvvəldən isidmiş olduğunuz 180 ° C sobada bişirin.

  5. Tart bazası soyuyarkən kremi hazır hala gətirin. Süd, un, şəkər, yumurta və vanili bir qazanda qarışdırıb orta atəşdə pudinq konsistensiyasına gələnə qədər bişirin.

  6. Ocaqdan almadan 2 dk. əvvəl kərəyağını əlavə edib qarışdırın.

  7. Soyuyan tart bazasını qəlibdən çıxarın və ortadakı boşluğa krem doldurun.

  8. əriklərin hər birini 4-ə bölün və qazana alın.

  9. Üzərinə toz şəkər əlavə edib şəkər əriyənə qədər bişirin.

  10. Bişdikdən sonra soyumağa buraxın.

  11. 11 Soyuduqdan sonra tartın üzərinə istədiyiniz şəkildə yerləşdirin.

  12. 12.Tart jelesini paketin arxasındakı tərifə görə hazırlayıb əriklərin üzərinə tökdükdən sonra dilimləyərək süfrəyə verin.



Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq. Nuş olsun!



Ərikli Tart

18 Mart 2015 Çarşamba

Balqabaqlı Mini Tart

Ərzaqlar


  • 125 qr. otaq istiliyində kərə yağı

  • 1,5 şorba qaşığı şəkər

  • 250 qr. un

  • ½ çay qaşığı duz

  • ½ çay stəkanı su

  • 1 yumurtanın sarısı

  • Balqabaq Püresi Üçün:

  • Balqabaq

  • Şəkər


Hazırlanması


  1. Bütün ərzaqları qarışdıraraq peçenye xəmiri konsistensiyasında bir xəmir əldə edin.

  2. Əgər xəmiriniz çox yumşaq olsa 10 d. soyuducunda saxlayın.

  3. Tart qəliblərinizi yağlayın və xəmirinizi açaraq içinə yerləşdirin.

  4. Əvvəlcədən 180 C isitmiş olduğunuz sobada qızarana qədər bişirin və soyumağa buraxın.

  5. Balqabaqları təmizləyib dilimlədiktən sonra bir qazana düzün.

  6. Üzərini örtəcək qədər toz şəkər əlavə edib  batıq atəşdə bişirin.

  7. Ocaqdan aldıqdan sonra soyumağa buraxın.

  8. Balqabaqları çəngəlin köməyiylə əzərək püre halına gətirin.

  9. Soyuduqdan sonra qəliblərindən çıxardığınız tartlarınızı bu püre ilə doldurun və üzərini qoz ilə bəzəyin.



Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq. Nuş olsun!



Balqabaqlı Mini Tart

15 Mart 2015 Pazar

Toyuq sinəsi ilə Vişnə souslu Tart

Ərzaqlar


  • 2 su stəkanı dondurulmuş albalı

  • 2 yemək qaşığı nişasta

  • 4 yemək qaşığı toz şəkər

  • 2 ədəd qərənfil

  •  Toyuq Sinəsi Üçün:

  • ½ paket marqarin

  • 1 lt süd

  • 3 fincan un

  • 3 fincan şəkər

  • 1 paket vanil

  • 1 ədəd damla saqqızı və ya normal saqqız

  • Xəmiri Üçün:

  • 125 qr. marqarin

  • 3 yemək qaşığı toz şəkər

  • 1 yemək qaşığı pudra şəkəri

  • 1 çimdik duz

  • Lazımı qədər un


Hazırlanması


  1. Qabın içinə əridilmiş marqarin, şəkər, duz və lazımı qədər unu yavaş yavaş yoğuraraq yumşaq xəmir alınana qədər yoğurun.

  2. 20 dəqiqə gözlədin.

  3. Tart qəlibini yağlayıb bir az un səpin.

  4. Tart xəmirini qəlibə yayın.

  5. Kənarlarını qalın, ortasında isə çuxur buraxmalısınız.

  6. 175 ° C sobada bişirin toyuq sinəsi üçün bütün ərzaqları qazana əlavə edərək pudinq konsistensiyasına gələnə qədər qaynadın sonra 15 dəqiqə mikserlə çırpılır.

  7. Daha sonra tartın üzərinə əlavə olunur ən sonda üstünə vişnəli sos əlavə edilir.



Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq.



Toyuq sinəsi ilə Vişnə souslu Tart

13 Mart 2015 Cuma

Çizkeyk

Ərzaqlar


  •  1,25 kq yağsız kəsmik

  •  200 q suxarı

  •  400 q şəkər tozu

  •  100 ml qaymaq

  •  150 q kərə yağı

  •  6 yumurta + 2 yumurtanın sarısı

  •  40 q nişasta

  •  1 limonun sedrası (qabığı)

  •  0,5 ç.q. duz

  •  giləmeyvə (bəzək üçün)



Hazırlanması


  1. Suxarını mətbəx kombaynında xırdalayıb 150 q şəkər tozu və su hamamında əridilmiş kərə yağı ilə qarışdırın. Perqament döşənmiş siniyə töküb bərabər qaydada yayın.

  2.  Kəsmiyi nişasta ilə qarışdırın. Mikserlə 6 yumurta və 2 yumurta sarısını qalan şəkər tozu, duz və limon sedrası ilə çalın. Qaymağı ayrıca çalıb buna əlavə edin. Eynicinsli qarışıq alınana qədər qarışdırın.

  3.  Sinidəki xəmirin üzərinə yayın. Üzərini hamarlayın. 180 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin.

  4. Çizkeykin qıraqları bişib ortası isə hələ “titrəyən” vaxt sobanı söndürün, amma çizkeyki oradan çıxarmayın. Qoyun oradaca soyusun. Əgər çox bişirsəniz, o, ortadan çatlayacaq və doğrayanda ovulub töküləcək.

  5. Lap soyumamış, bir az isti olarkən adi tikiş sapının köməyilə doğrayın. Bu zaman o, ovulmur. Üzərini giləmeyvə ilə bəzəyib süfrəyə verin.



Nuş Olsun!


Hakkında: Adətən gənclərin sevdiyi şirniyyat olan çizkeyk  (Cheesecake) Avrupa və Amerika mətbəxinə aiddir. İlk çizkeyk  qədim Yunanıistanda yaranmışdır.



Çizkeyk

Şokoladlı Dondurma

Ərzaqlar


  • 2 stəkan süd

  • 1 konserv bankası (390 qramlıq) qatılaşmış süd

  • 3 xörək qaşığı tünd şəkərsiz kakao

  • 1 xörək qaşığı qarğıdalı nişastası



Directions


  1. Balaca qazana süd və kakao tozunu qoyun.

  2. Orda odda dəyanmadan qarışdıra-qarışdıra, kakao həll olana qədər bişirin.

  3. Qatılaşmış südü əlavə edin və qarışdıra-qarışdıra 2 dəqiqə də bişirin. Qazana oddan kənara çəkin.

  4.  

    Alınan kütlədən təxminən 0.5 stəkan ayırıb stəkana tökün. Bu stəkana qarğıdalı nişastası əlavə edib həll edin.


  5.  

    Nişastalı qarışığı qazana geri tökün. Qazanı yenidən orda oddan dayanmadan qarışdıra-qarışdıra kütlə bir qədər qatılaşanadək bişirin (təxminən 6-7 dəqiqə çəkir).


  6. Qarışığın qatılığının kifayət olub olmamasını bu cür yoxlayın: taxta qaşığı qarışığa salıb çıxardın.

  7. Əgər qaşığın üstündə südlü plyonka əmələ gəlirsə, və əgər barmağınızla o plyonkanın ortasından bir xət çəkdiyinizdə o xət yenidən birləşmirsə, onda qarışığın qatılığı istənilən kimidir.

  8.  

    Qazanı kənara çəkin. Alınan kütləni soyuğa dayanaqlı bir qabın içinə boşaldın.


  9. Qabı soyuducuya qoyun ki, dondurma tamamilə soyusun.

  10. Təxminən 1 saat sonra çıxardın və qaşıqla qarışdırın.

  11. Sonra yenidən buzluğa qoyun. Bu prosesi təxminən 1 saat sonra da təkrarlayın.

  12. Dondurmanı buzşuğa qoyun və tamamilə donmasını gözləyin. Dondurmanız hazırdır. Nuş Olsun!




Şokoladlı Dondurma

11 Mart 2015 Çarşamba

Almalı Tart

Şekil 2 Şekil 2


Şekil 3 Şekil 3


Şekil 4 Şekil 4


Ərzaqlar


  • Alma – 600 q (4 ədəd)

  • Şəkər – 3 x.q

  • Şirin xəmir – 1 kg (səhifənin sonunda resepti göstərilib)

  • İçi üçün:

  • Marqarin yağı –  125 qr.

  • Şəkər – 100 qr

  • Yumurta 2 ədəd

  • Yumurta ağı 1 ədəd

  • Badam 125 qr.

  • Un 25 qr

  • Likör 4 x.q (badam və ya ərik çəyirdəyi ətirli İtalyan liköru və ya Kanya da ola bilər)


Directions


  1. Şirin Xəmir hazırlayın

  2. Sobanı 170 C-yə tənzimləyin.

  3. Yağ və şəkəri kasaya qoyun və tamamilə qarışana qədər yoğurun daha sonra yumurtasını qırın.

  4. Yumurtalar yaxşıca qarışana qədər yoğurun, unu və badamı əlavə edin.

  5. Yoğurmağa davam edin, daha sonra konyak və ya digər liköru əlavə edin.

  6. Soyuducuda şirin xəmiri götürün və 1/2 incəliyində oxlovla yayın.

  7. Daha sonra yumru bir qaba yerləşdirin lakin çöldə qalan qisimləri kəsməyin. (şəkil 2)

  8. Hazırladığınız qarışığı yarısını dolduracaq şəkildə boçaldın qaba.

  9. Daha sonra bərkləşməsi üçün soyuducuya qoyun.

  10. Almaları şəkildəki kimi (şəkil 3) doğrayın, incə olmasına diqqət yetirin.

  11. Kəsdiyimiz almaları hazırladığımız tartın üzərinə düzün, yerləşdirməyi bitdikdə üzərinə şəkər səpin.

  12. Hazırladığınız məhsulu 25-30 dəqiqəliyinə sobaya qoyun.

  13. Daha sonra sobadan çıxarın və 5 dəqiqə soyumaöa qoyun.

  14. Xəmirin çöldə qalan hissəsini iti bir bıçaqla kəsin. (şəkil 4)

  15. Səliqəli üçbucaq formasında kısib süfrəyə təqdim edin. Nuş olsun!



Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq.



Almalı Tart

9 Mart 2015 Pazartesi

Qış Aşı Şorbası

Ərzaqlar


  • 1 su stəkanı yaşıl mərcimək

  • 1 ədəd kəvər soğanı

  • 1 ədəd kartof

  • 1 ədəd soğan

  • 1 ədəd kök

  • 1 ədəd çuğundur

  • kərəviz

  • 5 xörək qaşığı kartof püresi

  • 2-3 ədəd yer alması

  • 2 xörək qaşığı duru yağ

  • duz, pulbiber, kəklikotu, marjoram


Hazırlanması


  1. Kub şəklində doğradığımız soğanın üzərinə marjoram, kəklikotu, duz və pul bibər əlavə edərək duru yağda soğanlar qızarana qədər qovurun.

  2. Əvvəldən ıslattığımız mərciməkləri və pomidor püresini, üstlərini örtəcək qədər su əlavə edərək bişirin.

  3. Mərciməklər bişdikdən sonra içinə dilimlər halında doğradığımız kök ilə kəvər soğanı və kub şəklində doğradığınız qalan tərəvəzləri də əlavə edərək qaynadın.

  4. Tərəvəzlər yumşaldığında süfrəyə təqdim edin.



Hakkında: olduqca sevilən şorbalardan biridir. Nuş olsun!



Qış Aşı Şorbası

8 Mart 2015 Pazar

Kələm Şorbası

Ərzaqlar


  •  1 kg kələm

  • 1 xörək qaşığı kərə yağı

  • 1 ədəd soğan

  • 200 qr. kəvər soğanı

  • 1 ədəd kök

  • 1/4 su stəkanı un

  • 2 ədəd qərənfil

  • 2 xörək qaşığı krem

  • 2 xörək qaşığı yağsız pendir rəndəsi

  • duz


Hazırlanması


  1.  Kələmi yarpaqlarını ayıraraq yuyun.

  2. İncə doğradığdan sonra bir az qaynadın .

  3. Bir qazana kərəyağını qoyub qızardın.

  4. Əvvəl incə incə doğradığımız soğanı , sonra yenə incə incə doğradığınız yaşıl soğanıda qızardırın.

  5. Rəndələnmiş yerkökü və doğranmış kələmləri də əlavə edərək üzərinə un səpin.

  6. Qarışığın üstünü örtəcək qədər su qoyduqdan sonra kəvər soğanı əlavə edərək şorbamızı 45 dəqiqə bişirək.

  7. Ocaqdan götürməmişdən qabaq onu duzluyun.

  8. Yağsız pendirindən rəndələyin.

  9. Şorbanı atəşdən götürüb , istiliyə dayanıqlı dərin bir qaba qoyun.

  10. Kasalara tökdükdən sonra şorbaların üzərinə yağsız pendir rəndəsini səpin.

  11. Arzuya görə üzərinə bir miqdar şüyüd qoyaraq süfrəyə təqdim edin.



Hakkında: olduqca sevilən şorbalardan biridir. Nuş olsun!



Kələm Şorbası

7 Mart 2015 Cumartesi

Qulaq Şorbası

Ərzaqlar


  • 200 qr yağsız çəkilmiş ət

  • 1 çay stəkanı sümüt (çox incə bulgur)

  • 1 çay qaşığı duz və istiot

  • Xəmir üçün:

  • 1 su stəkanı un

  • 1 şay stəkanı duz

  • 1 ədədy

  • bir az ilıq su

  • 1 çay stəkanı qaynadılmış noxud

  • 1 kg sümük 

  • Üzəri üçün:

  • 2 kg qatıq

  • 1 xörək qaşığı kərə yağı

  • 1/ 2 xörək qaşığı nanə


Hazırlanması


  1. Əvvəlcə katleti hazırlayın.

  2. Bunun üçün çəkilmiş əti, sümüt , duz və qara bibəri qarışdırın.

  3. Əlinizlə fındıq böyüklüyündə parçalar qoparın.

  4. Bitki yağıda yüngülcə qızardın.

  5. Xəmirini hazırlayın.

  6. Un , duz , yumurta və suyu qarışdıraraq yoğurun.

  7. Xəmirdən kiçik parçalar qoparıb oxlovla açın.

  8. Kiçik və incə olmalıdır.

  9. Sümükləri yuyub su dolu geniş bir qazana qoyun.

  10. Duz səpin.

  11. Qaynayınca, sümükləri qazana alın sonra xəmirləri qatın.

  12. Xəmir bişincə, katetləri və noxutları da qazana atın.

  13. Arada bir qarışdırıb, qaymaq tutmasını izin verməyin.

  14. Daha sonra qazanı ocaqdan alın.

  15. Soyuyunca qatığla qarışdırın.

  16. 1 xörək qaşığı kərəyağını tavada əridin.

  17. Nanəylə qarışdırıb, şorbanın üzərində gəzdirin.



Hakkında: olduqca sevilən şorbalardan biridir. Nuş olsun!



Qulaq Şorbası

2 Mart 2015 Pazartesi

Balıq Sosu

Ərzaqlar


  • 1 su stəkanı bitki yağı

  • 1 yumurta sarısı

  • 1 çay qaşığı qara bibər

  • 1 çay qaşığı qırmızı toz bibər

  • 1 çay qaşığı kəklikotu

  • 1 çay qaşığı xardal

  • 1 limon


Hazırlanması


  1. Ərzaqların hamısını bir qaba qoyun.

  2. Üzərinə limonu sıxın.

  3. Mikserlə və ya çəngəllə bu qarışığı yaxşıca çırpın.

  4. Balıq sosunuz artıq hazırdır.

  5. Balıq sousunu tavada və ya qızartmada bişirdiyiniz balığın üzərinə istədiyiniz miqdarda tökün.

  6. Adığınız balığınızı əgər tavada bişirəcəksinizsə: təmizləyib yuduqdan sonra suyunu çəkməsi üçün iki qat kağız dəsmalın üzərinə sərin.

  7. Üzərinə də eyni kağızdan qoyun və kağızın balığın suyunu çəkməsini gözləyin.

  8. Daha sonra una bulayıb qızğın yağda qızardın.

  9. Bu əməliyyat balığın daha ləzzətli olmasını və balıqdakı unun yağı yandırmamasını təmin edir.



Hakkında:  Bişirilməsi asan və çox ləzzətli souslardan sayılır.



Balıq Sosu