17 Ağustos 2015 Pazartesi

Şirin Xəmir

Ərzaqlar


  • Kərə yağı və ya Marqarin 125 qr.

  • Şəkər 90 qr

  • Duz bir çimdik

  • Yumurta 1 ədəd

  • Yumurta ağı 1 ədəd


Hazırlanması


  1. Bütün ərzaqları bir-birinə qarışdırın.

  2.  Yumurtaları qırın və yaxşıca yoğurun daha sonra top şəklinə gətirin.

  3. Üstünə basın və disk şəklini almasını təmin edin. Streçle örtün və 30 dəqiqə müddətinə soyuducuya qoyun.



Hakkında: Şirin Xəmiri dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq.



Şirin Xəmir

16 Ağustos 2015 Pazar

Almalı Tart



Ərzaqlar


  • Alma – 600 q (4 ədəd)

  • Şəkər – 3 x.q

  • Şirin xəmir – 1 kg

  • (səhifənin sonunda resepti göstərilib)

  • İçi üçün: 

  • Marqarin yağı –  125 qr.

  • Şəkər – 100 qr

  • Yumurta 2 ədəd

  • Yumurta ağı 1 ədəd

  • Badam 125 qr.

  • Un 25 qr

  • Likör 4 x.q (badam və ya ərik çəyirdəyi ətirli İtalyan liköru və ya Kanya da ola bilər)


Hazırlanması


  1. Şirin Xəmir hazırlayın

  2. 2. Sobanı 170 C-yə tənzimləyin.

  3. Yağ və şəkəri kasaya qoyun və tamamilə qarışana qədər yoğurun daha sonra yumurtasını qırın.

  4. Yumurtalar yaxşıca qarışana qədər yoğurun, unu və badamı əlavə edin.

  5. yoğurmağa davam edin, daha sonra konyak və ya digər liköru əlavə edin.

  6. soyuducuda şirin xəmiri götürün və 1/2 incəliyində oxlovla yayın. Daha sonra yumru bir qaba yerləşdirin lakin çöldə qalan qisimləri kəsməyin. (şəkil 2)

  7. Hazırladığınız qarışığı yarısını dolduracaq şəkildə boçaldın qaba. Daha sonra bərkləşməsi üçün soyuducuya qoyun.

  8. Almaları şəkildəki kimi (şəkil 3) doğrayın, incə olmasına diqqət yetirin.

  9. kəsdiyimiz almaları hazırladığımız tartın üzərinə düzün, yerləşdirməyi bitdikdə üzərinə şəkər səpin.

  10. Hazırladığınız məhsulu 25-30 dəqiqəliyinə sobaya qoyun.

  11. Daha sonra sobadan çıxarın və 5 dəqiqə soyumaöa qoyun. Xəmirin çöldə qalan hissəsini iti bir bıçaqla kəsin. (şəkil 4)

  12. Səliqəli üçbucaq formasında kısib süfrəyə təqdim edin. Nuş olsun!



Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, tartınız yupyumuşaq və ləziz olacaq.



Almalı Tart

15 Ağustos 2015 Cumartesi

Ürək Tortu

Ərzaqlar


  • 1 biskvit üçün:

  • 100 q şəkər tozu

  • 100 q un

  • 2 ədəd yumurta

  • 1 çimdik vanil

  • Krem üçün:

  • Kərə yağı

  • Qatılaşdırlımış süd

  • Vanil


Hazırlanması


  1. Yumurtanın ağını sarısından ayırırıq. Ağını mikserlə çalırıq.

  2. Şəkər tozu və vanili asta-asta əlavə edirək çalmağa davam edirik.

  3. Ağarandan sonra qaşıqla yumurtanın sarısını əlavə edib yenə çalırıq.

  4. Daha sonra unu və vanili əlavə edib, taxta qaşıqla astaca qarışdırırıq.

  5. 200 dərəcəyə kimi qızdırılmış sobada 20-25 dəqiqə bişiririk. 4 belə biskvit hazırlayırıq.

  6. Daha sonra yağı, qatılaşdırılmış südü və vanili mikserlə krem halına gələnə kimi çalırıq.

  7. 2 biskviti kremin köməyi ilə birləşdirib yapışdırırıq.

  8. Diş çöpünün hər başına bir ip bağlayıb, şəkildə gördüyünüz kimi birini mərkəzə batırırıq, o biri tərəfi ilə dairə çəkirik.

  9. Birinci 2 biskvitin üstündən dairə çəkilir və kəsilən üçkünc hissəni saxlayırıq.

  10. Kəsilən içliyi atmırıq. Qırmızı qida boyası ilə rəngləyirik və çəngəl ilə əzib xırdalayırıq.

  11. Ehtiyatla içliyi kəsilən yerə tökub doldururuq və saxladığımız üçkünc hissəni qırmızı içliyin ortasına yerləşdiririk.

  12. Əvvəl kəsilmiş üçkünc ortalığı içliyin ustunə – ortaya qoyuruq.

  13. Yerdə qalan iki biskviti də tortun üstünə qoyub kremləyirik. Nuş olsun!



Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, ürək tortu yumşaq olacaq.


 



Ürək Tortu

14 Ağustos 2015 Cuma

Xatirə Tortu

Ərzaqlar


  • Xəmir üçün:

  • Xama – 2 st.

  • Şəkər – 1,5 st.

  • Yumurta – 2 əd.

  • Nişasta – 3 x.q.

  • Araq – 3 ç.q.

  • Soda – 1,5 ç.q

  • Un – lazım olduğu qədər (təxminən 2 st.)Krem üçün: 

  • Un – 2 x.q.

  • Süd – 0,5 st.

  • Yağ – 100 – 150 q.

  • Konyak – 1 x.q.


Hazırlanması


  1. Bütün xammalları qarışdırıb, axırda nişasta və un tökün, qatı xamaya oxşar xəmir hazırlayın.

  2. Xəmiri iki hissəyə bölün, bir hissəyə iki çay qaşığı kakao tozu əlavə edin.

  3. Ağ və qəhvəyi xəmirlərin hərəsindən iki kökə bişirin.

  4. Soyuduqdan sonra aralarına krem çəkib, üst-üstə qoyun.

  5. Unu süddə tam həll edib, qarışdıra-qarışdıra bişirin, soyuduqdan sonra yumşaldılmış kərə yağına az-az qatıb, krem çalın.

  6. Kremə sonda konyak əlavə edin. Nuş olsun.



Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, xatirə tortu yumşaq olacaq.


 



Xatirə Tortu

13 Ağustos 2015 Perşembe

Qaragilə Piroqu

Ərzaqlar


  • 1,5 stəkan qaragilə

  • 4-6 x.q. şəkər tozu

    Xəmir üçün


  • 2 stəkan un

  • 200 qram kərə yağı və yaxud marqarin

  • 2-3 x.q. şəkər tozu

  • 1 ç.q. vanil şəkəri

  • Bir çimdik duz

  • 1 yumurta sarısı

    Şirə üçün:


  • 180-200 qram xama

  • 2 ədəd yumurta

  • 2-3 x.q. şəkər tozu

  • 1 ç.q. vanil şəkəri

  • 2 xəqə kartof nişastası

     



Hazırlanması


  1. Xəmiri hazırlayıb, soyuducuya yerləşdirin.

  2. Qaragiləni yuyub, təmizləyin.

  3. Giləmeyvənin yarısına, istəsəniz 3-4 xörək qaşığı şəkər tozu əlavə edə bilərsiz.

  4. Xəmiri soyuducudan çıxarıb, yayın. Sonra xəmiri xüsusi forma qabına yerləşdirin.

  5. 190-200 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə ərzində bişirin.

  6. Bişmiş xəmiri sobadan çıxarıb, üzərinə əvvəl şəkər tozu ilə qarışdırılmış qaragiləni, sonra isə qalan qaragiləni yerləşdirin.

  7. Giləmeyvələrin üzərindən 2-3 xörək qaşığı şəkər tozu gəzdirin.

  8. Piroqun şirəsini hazırlamağa başlayın.

  9. Şirəni hazırlamaq üçün: boşqabda yumurta, xama, şəkər tozu, vanil şəkəri və nişastanı yerləşdirib, yaxşıca çalın.

  10. Hazırladığınız şirəni piroqun üzərindən gəzdirin.

  11. 200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə ərzində piroqu bişirin.

  12. İstəsəniz piroqu təkcə qaragilədən yox, müxtəlif giləmeyvələrdən hazırlaya bilərsiz.

  13. Məsələn moruq, çiyələk, qaragiləni şaftalına kombinə edib hazırlaya bilərsiz. Piroqun dadı sizin fantaziyanızdan asılıdır.



Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, qaragilə piroqu yumşaq olacaq.Nuş olsun!


 



Qaragilə Piroqu

12 Ağustos 2015 Çarşamba

Pizza-Pirojna

Ərzaqlar


  • Şəkərli peçenye xəmiri

  • 250 qram mikserlə çalınmış yağsız pendir

  • Stəkanın üçdə biri qədər şəkər pudrası

  • 1 çay qaşığı vanil

  • 1 xörək qaşığı su

  • Seçimə görə dilimlənmiş meyvələr


Hazırlanması


  1. Peçenye xəmirini pizza xəmiri kimi incə şəkildə açın.

  2. 12 dəqiqə 190 dərəcədə sobada bişirin və bişdikdən sonra kənarda soyumağa qoyun.

  3. Pendir, şəkər pudrası və vanili qarışdırın.

  4. Soyuyan xəmirin üzərinə incə təbəqə şəkilində yaxın.

  5. Meyvə dilimlərini xəmirin üzərinə yerləşdirin.

  6. Suyu qaynama nöqtəsinə gələnə qədər qarışdıraraq isidin.

  7. Fırçayla meyvələrin üzərinə sürtün.

  8. Bunun sayəsində meyvələrin rəngi qorunmuş olacaq.

  9. Süfrəyə təqdim etmədən əvvəl soyuducuda saxlayın.



Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, pizza-pirojna yumşaq olacaq.Nuş olsun!


 



Pizza-Pirojna

11 Ağustos 2015 Salı

Panforte

Ərzaqlar


  • 125 q fındıq

  • 125 q badam

  • 100 q ərik qurusu

  • 100 q əncir qurusu

  • 100 q qəhvəyi şəkər tozu

  • 60 q un

  • 40 q kakao

  • 2 ç.q. limon sedrası

  • 2 ç.q. darçın

  • 1/2 ç.q. zəncəfil tozu

  • 200 q bal

  • 40 q şəkər pudrası


Hazırlanması


  1. Formanın içinə perqament döşəyin,

  2. kərə yağı ilə yağlayın. Fındığı tavada qovurun, dəsmalın arasına qoyub ovuşdurun, qabığı təmizlənəcək.

  3. Fındığı, badamı iri, quru meyvələri xırda doğrayın, qarışdırın.

  4. Xırda doğranmış limon sedrası əlavə edin.

  5. Unu ədviyyat və kakao ilə qarışdırıb quru meyvə qarışığına əlavə edin.

  6. Tavada balı şəkər tozu ilə qarışdırın, vam odda şəkər tozu əriyənədək qızdırın.

  7. Qaynara düşəndə götürün, quru qarışığun üzərinə tökərək qarışdırın.

  8. Bu zaman cəld tərpənmək lazımdır, çünki kütlə tez qatılaşır.

  9. İçinə perqament döşənib yağlanmış formanın içinə tökün.

  10. Qaşıqla hamarlayın. Əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.

  11. Hazır piroqu formada soyudun, üzərinə şəkər pudrası səpin. Nuş olsun!



Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, panforte yumşaq olacaq.


 



Panforte

10 Ağustos 2015 Pazartesi

Gavalı İlə Pirojna

Ərzaqlar


  • 1 st. un

  • 1 yumurta

  • 1 st. qatıq

  • 0,5 st. şəkər tozu

  • 1 dolu ç.q. qabartma tozu

  • 1-2 x.q. bal

  • Kremi üçün:

  • 300 q qatı xama

  • 1/3 st. şəkər tozu

  • 1 ovuc qara gavalı

  • Bəzək üçün:

  • 100 q qovrulub xırdalanmış qoz


Hazırlanması


  1. Biskvitin ərzaqlarının hamısını qarışdırın.

  2. Bal əlavə edin. Əgər bal qatıdırsa, onu bir az əridin.

  3. Hamısını eynicinsli kütlə alınanadək mikserlə çalın.

  4. Xəmiri 22-24 sm diametrli kənarları açılan qaba tökün, 190 dərəcə qızdırılmış sobada təxminən 45 dəqiqə bişirin.

  5. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.

  6. Soyuyandan sonra ortadan iki bərabər yerə ayırın.

  7. Qara gavalını yuyub blenderdə xırdalayın, yaxud çox xırda doğrayın.

  8. Krem üçün xama ilə şəkər tozunu qarışdırıb mikserlə çalın.

  9. Stəkanla, yaxud başqa bir forma ilə korjlardan dairələr kəsin.

  10. Biskvitin artıqlarını blenderdə xırdalayın, pirojnaların üstünə vurmağa gərək olacaq.



Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, gavalılı pirojnanız yumşaq olacaq.Nuş olsun!



Gavalı İlə Pirojna

8 Ağustos 2015 Cumartesi

Ərikli Pirojna

Ərzaqlar


  • Yumurta- 4ədəd

  • Un-100 q

  • Şəkər tozu-200q

  • Kərə yağı-100 q

  • Qatılaşdırılmış süd-150 q

  • ərik mürəbbəsi-50 q


Hazırlanması


  1. Əvvəlcə şəkər tozu ilə yumurtanı bərk olana qədər birlikdə çalırıq.

  2. Sonra isə üzərinə un töküb yenə qarışdırırıq.

  3. Qaba töküb 210 °-də 30 dəqiqə bişiririk. Bişdikdən sonra onları kəsirik.

  4. Kremi hazırlamaq üçün yağı və qatılaşdırılmış südü çalırıq.

  5. Daha sonra 2 ədəd kəsdiyimiz hissəni götürürük, arasını kremləyib üzərinə ərik mürəbbəsi çəkirik.



Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, ərikli pirojnanız yumşaq olacaq.Nuş olsun!



Ərikli Pirojna

7 Ağustos 2015 Cuma

Qozlu Tort

Ərzaqlar


  • 5 ədəd yumurta

  • 1 ədəd xama

  • 200 qr şəkər

  • 200 qr un

  • 1 ədə vanil

  • 1 ədəd qabartma tozu

  • Krem üçün:

  • 380qr qatılaşdırılmış süd

  • 350 qr yağ

  • 1 ədəd vanil

  • Pudra şəkəri

  • Kakao

  • Doğranılmış qoz


Hazırlanması


  1. Yumurtanın ağı sarısından ayrılaraq çalınır.

  2. Şəkər tozu az-az əlavə olunaraq çalınır.

  3. Yumurtanın sarısı əlavə olunur.

  4. Xamaya 1 çimdik soda əlavə edib qarışdırdıqdan sonra kütləyə əlavə olunur.

  5. Qarışdıqdan sonra un, vanil və qabartma tozu tökülür.

  6. Qarışdırılır əgər düyüm –düyüm qalarsa çırpıcı ilə qarışdırın 180 dərəcədə 20 dəqiqəyə bişir

  7. ilk 10-15 dəqiqə sobanın ağzını açmayın.

  8. Kremin hazırlanması: Otaq tempraturundakı yumuşalmış yağı qaynadılmış qatılaşdırılmış südü 5-6 x.q pudra şəkəri və vanili qarışdıraraq mikserlə yaxşıca çalın.

  9. Şəkildəki hazırladığım tort 2 biskvitlidir ,biskvitlərin arasına krem çəkdikdən sonra qoz səpin və ya kremlə qozu qarışdırın, kənarlarına da çəkin.



Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, qozlu tortunuz yumşaq olacaq. Nuş olsun!


 



Qozlu Tort

6 Ağustos 2015 Perşembe

Şöbyet

Ərzaqlar


  • 1 kq un

  • 3 ədəd yumurta

  • 1 ç.q duz

  • 1 ç.q limon suyu

  • 25 q kərə yağı

  • 1,5 st ilıq suYaymaq üçün:

  • 200 q buğda nişastasıŞərbət üçün:

  • 6 st şəkər tozu

  • 3 st su

  • 1/4 limon

  • 2 st süd

  • 100 q irmikİçlik üçün:

  • 300 q fıstıq ləpəsi ya da qoz ləpəsi

  • Yağlamaq üçün: 500-600 q kərə yağıQaymaq üçün:

  • 2 st süd

  • 100 q irmik


Hazırlanması


  1. Bu ölçülərlə iki qab şobyet hazırlamaq olur.

  2. Fıstıq ləpəsini maşından keçiririk.

  3. Süd ilə irmiyi qarışdırıb qatılaşana qədər bişiririk. Qoyuruq kənara soyuyur.

  4. Unu bir qaba ələyib urtasını açırıq.

  5. Ortasına yumurta, limon suyu, kərə yağı,(əridib ilıq olanda tökürük)və su töküb üstünə duzu səpirik.

  6.  Qarışdırırıq və əlimiz ilə bərk xəmir yoğururuq.

  7. Xəmirin üstünə nəm dəsmal qoyub 20-30 dəqiqə saxlayırıq.

  8. Sonra xəmirdən 20 ədəd kündə düzəldirik.

  9. Yenidən kündələrin üstünü nəm dəsmalla örtüb 20-30 dəqiqə saxlayırıq.

  10. Yağı əridirik. Sonra oxlov vasitəsi ilə nişasta töküb nazik yuxa yayırıq.

  11. Bacardığınız qədər nazik açın. Yuxaların 10 ədədini yayıb yağlayıb üst-üstə yığırıq.

  12. Qoğaldakı kimi. Bıçaqla 7x7sm kvadraklar kəsirik.

  13. Hər kvadratın ortasına 1 ç.q qaymaq və 1 ç.q fıstıq töküb qatlayırıq.

  14. Bu qayda ilə hazırlayıb qabı yağlayıb yığırıq. Üç hissələri alta olmaqla yığmaq lazımdı. Bişdikdə ağzı aralanmasın.

  15. Növbəti 10 ədəd kündəni də yayıb eyni qayda ilə hazırlayırıq.

  16. Qalan yağı üstünə töküb 180-190 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

  17. Bişənədək şərbəti hazırlayırıq. Şəkər tozu ilə suyu qarışdırıb ocağa qoyuruq.

  18. Qarışdırırıq. Qaynamağa başlayanda limon dilimini əlavə edib 3-5 dəqiqə də qaynadıb götürürük.

  19. Paxlava bişdikdə sobadan çıxarırıq.

  20. İsti şərbəti sobadan çıxan isti paxlavanın üstünə tökürük.

  21. Üstünə çəkilmiş fıstıq tökürük. Ən azı 2-3 saat qalmalıdır ki şərbəti özünə çəksin.

  22. Şərbəti özünə çəkdikdən sonra paxlavanı çay süfrəsinə verə bilərsiniz.



Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, şöbyet yumşaq olacaq.Nuş olsun!



Şöbyet