
Ərzaqlar
- 1 st. un
- 1 st. şəkər tozu
- 2 yumurta
- 1 st. portağal şirəsi
- 1 portağalın sedrası
- 1 vanil
- 1 ç.q. qabartma tozu
- kərə yağı
Hazırlanması
- Yumurtaların ağını sarısından ayırın.
- Un və qabartma tozunu birlikdə ələyin.
- Yumurta sarılarını şəkər tozu və vanillə çalın, una əlavə edin.
- Portağal sedrasını da bura qatın (sadəcə, portağalın qabığını sürtgəcdən unun üzərinə keçirə bilərsiniz, portağal qabığının ağ hissəsi lazım deyil, o, acılıq verir).
- Xəmirə tədricən yarım stəkan şirə əlavə edin, qarışdırın.
- Yumurta ağlarını möhkəm çalın, səliqə ilə xəmirə əlavə edin.
- Xəmir çox qatı deyil, təxminən şarlotkanın xəmiri kimi olmalıdır.
- Formanı kərə yağı ilə yağlayın, xəmiri içinə tökün.
- 180-200 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.
- Hazır olduqdan sonra, hələ qaynar-qaynar, üzərində kəsiklər edib şirənin qalanını da keksin üzərinə tökün.
Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, portağallı keksiniz yupyumuşaq olacaq. Nuş olsun!
Portağallı keks
Hiç yorum yok:
Yorum Gönder