
Ərzaqlar
- 1 orta barbunya
- 1 xörək qaşığı kərə yağı
- 1 kiçik soğan
- 2 orta dolmalıq bibər
- 4 orta pomidor
- 1 dəfnə yarpağı
- 1/2 çay qaşığı duz
- 1/ 3 desert qaşığı qara bibər
- 1 xörək qaşığı qıyılmış şüyüd
- 1/2 çay qaşığı bibəriyə
- 1 kiçik limon
- 16 ədəd yaşıl zeytun
Hazırlanması
- Əvvəl sobanızı orta istilikdə istilədin.
- Ön hazırlıq olaraq soğanı doğrayın.
- Dolmalıq bibəri təmizlədikdən sonra nazik zolaqlar halında kəsin.
- Pomidorların, qabıqlarını soyub içini çıxartdıqdan sonra kub formasında doğrayın.
- Barbunyaların pullarını təmizləyib qarınını yarın.
- Daxili orqanlarını çıxarıb atın.
- Bol axar suyla yuyun.
- Limonu incə dilimləyin.
- Kiçik bir qazanda kərə yağını orta atəşdə əridin.
- Yağ əriyər əriməz soğanı qatıb 2 dəqiqə , tez-tez qarışdıraraq qızardın.
- Bibəri əlavə edib bir neçə dəfə qarışdırdıqdan sonra pomidor, dəfnə yarpağı, duz və istiotu əlavə edib 5 dəqiqə bişirin.
- Qazanı atəşdən götürün.
- Şüyüdü əlavə edib qarışdırın.
- Barbunyaları, şüşə qaba yerləşdirin.
- Üzərlərinə bibərləri səpin.
- Pomidor sousunu balıqların üstünə töküb ən üstə də limon və zeytunu qoyun.
- Qabı isidilmiş sobaya qoyub 20-25 dəqiqə bişirin.
- Qabı sobadan alıb, balıqları isti olaraq süfrəyə təqdim edin .
Hakkında: Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır.
Pomidorlu Barbunya Balığı
Hiç yorum yok:
Yorum Gönder