Ərzaqlar
- toyuqun döş əti -2 əd
- kərə yağı -40 q
- sarımsaq, şüyüd, duz
- yumurta -2 əd
- suxarı qızartma üçün
- bitki yağı
Hazırlanması
- Yumşaq kərə yağı doğranmış sarımsaq, şüyüd və duzla qarışdırılır.
- Kiçik uzunsov formada içliklər hazırlayırıq və soyuducda buz dolabında dondururuq.
- Toyuqun döş əti yuyulur, dərisi çıxarılır və əti sümükdən ayrılır.
- Toyuqun iki döş ətindən 4 kiev kotleti hazırlamaq olar.
- Toyuq filesi mətbəx çəkiciylə döyülür və arasına əvvəlcədən dondurulmuş yağ bükülür.
- Hazır kotletlər yumurtaya sonra suxarıya, yenə yumurtaya və sonra suxarıya bulanaraq 7-8 dəqiqə ərzində frityurda bişirilir.
- Frityur əvəzinə dərin tava və bitki yağından istifadə etmək olar.
Hakkında: Adındanda göründüyü kimi bu xörək Ukrayna mətbəxinə aiddir. Nuş Olsun!
Kiyev kotleti
Hiç yorum yok:
Yorum Gönder