Ərzaqlar
- 200 q moruq
- 100 ml süd
- 1 orta boy yetişmiş manqo
- 1 ortaboy portağal
- şəkər pudrası (zövqə görə)
Hazırlanması
- Manqonun dənəsini çıxarın, qabığını təmizləyin, lətini xırdalayın.
- Blenderə moruğu tökün, süd əlavə edin, çalın.
- Turşdursa, bir qədər şəkər pudrası əlavə edin.
- Bunu iki stəkana süzün (birinci lay).
- Portağalın şirəsini sıxın.
- Blenderi yuyun, manqonu içinə qoyub üzərinə portağal şirəsi əlavə edin, eynicinsli kütlə alınanadək çalın.
- Xörək qaşığının köməyi ilə bu qarışığı stəkandakı moruqlu südün üzərinə paylayın.
- Moruq gilələri və nanə yarpağı ilə bəzəyin. Nuş olsun!
Hakkında: Yüngül, asan şirniyyat növüdür. Yaz aylarının mükəmməl desertlərindən sayılır.
Moruqlu-Manqolu içki
Hiç yorum yok:
Yorum Gönder