
Ərzaqlar
- Yapişmayan yemək spreyi
- ½ fincan toz şəkər
- 1 fincan fıstıq əzməsi kremı
- 6 yemək qaşığı yağ, əridilmiş
- 2 fincan əzilmiş simit
- 300 qram iris
- ¼ fincan krem
- ½ fincan iri əzilmiş simit
- ½ fincan doğranmış fıstıq
Hazırlanışı
- Tavaya folqanı düzüb üzərinə yapışmayan sprey çəkib kənara qoyun. Dərin bir kasaya toz şəkəri, fıstıq əzməsi kremini və əridilmiş yağı əlavə edib qarışdırın. 2 fincan əzilmiş simiti də üzərinə əlavə edib qarışdırdıqdan sonra qarışımı tavaya töküb üzərində basaraq kip şəkildə tavaya yerləşdirin.
- Orta ölçülü bir tavada irisi və kremi qarışdırın və tamamən əriyənədək zəif atəşin üzərində qarışdırın.
- Iris əridikdən sonra onu tavaya əlavə edin və bərabər şəkildə qaşıqla yayın. ½ fincan iri əzilmiş simiti fısdıqı irisin üzərində səpin və yüngülə üstündən basın.
- Agzını örtüb 2 saat soyumasını gözləyin. Kvadrat formada dograyıb servis edə bilərsiniz. Bu desert soyuducuda 1 həftəyə qədər saxlanıla bilər.
Nuş Olsun!
İrisin fərqli dadını mütləq bəyənəcəksiniz.
İris
Hiç yorum yok:
Yorum Gönder