
Ərzaqlar
- 6 ədəd yumurtanın ağı
- 300 qram un
- 12 yemək qaşığı qarğıdalı nişastası
- 400 qram şəkər tozu
- 2 paket qabartma tozu
- 1,5 paket vanil
- 2 çay qaşığı karbonat
- 2 çimdik duz
- 8 yemək qaşığı duru yağ (120 ml )
- 8 yemək qaşığı kərə yağ (120 gram )
- 220 ml krem
- 3-4 çay qaşığı qırmızı qida boyası
- krem üçün ərzaqlar:
- 400 gram labne
- 6 yemək qaşığı kərəyağ
- 5 su stəkanı pudra şəkəri
Hazırlanması
- Kərəyağı və duru yağı qabımıza qoyub çırpırıq. Digər qabda yumurta ağını və qırmızı qida boyasını qarışdırırıq.
- Ayrı bir qapda Un, şəkər,qarğıdalı nişastası, qabartma tozu, vanil, kakao ,duz və karbonatı qarışdırırıq.
- Unlu qarışımı, çırpdığımız duru yağ və kərəyağı qarışımına əlavə edib qarışdırırıq.
- Unlu qarışım ilə yağlı olan qarışımı əlavə etdikdən sonra kek qarışımına qırmızı qida boyası əlavə olunmuş yumurta qarışımımızı əlavə edib qarışdırırıq.əvvəlcədən isidilmiş 180 º sobada bişiririk.
- Xəmiri 3 bərabər hissəyə bölürük.
- Krem üçün bütün ərzaqları qarışdırırıq, soyuducuya qoyuruq. 3 bərabər kəsdiyimiz xəmirə krem çəkirik, xaricinə də krem çəkirik.
Nuş olsun.
Nuş Olsun!
Qırmızı velvet keksimiz çox dadlıdır.
Qırmızı velvet keks
Hiç yorum yok:
Yorum Gönder