16 Ocak 2017 Pazartesi

Roki nutella parfe

Ərzaqlar


  • 4 nəfərlik paçka şokolad və ya şokoladlı puding qarışımı

     


  • 2 fincan süd

     


  • ½ fincan dondurulmuş təmizlənmiş ləpə

     


  • ¼ fincan iri doğranmış duzsuz fıstıq

     


  • ¼ fincan kiçik marşmelov

  • Şokolad dənələri (buruq)


Hazırlanması


  1. Pudingi paketin üzərindəki təlimatlara əsasən südlə hazırlayın. ¾ hissəsini ayırın və balaca kasaya tökün. Dondurulmuş ləpə ilə biryerdə qarışdırın.

  2. Qalan pudingi 6 yerə bölüb stəkana və ya desert qabına tökün. Üzərini ləpə qarışımı ilə bəzəyin. 5-10 dəqiqə gözləyin

  3. Üzərinə fıstıq və marşmelovu səpin. Arzuoluanrsa Şokolad dənələri (buruqları) da əlavə edə bilərsiz.

  4. Əlavə olaraq:  2-ci addımda göstərildiyi kimi hazırlayın. 24 saat bagli səkildə soyudub saxlaya bilərsiz və  3-cü addımda göstərildiyi kimi servis edə  bilərsiz.



Nuş Olsun!


Roki nutella parfe nutellallı dadlı şirniyyatdır



Roki nutella parfe

15 Ocak 2017 Pazar

Qırmızı velvet keks

Ərzaqlar


  •  6 ədəd yumurtanın ağı

     


  • 300 qram un

     


  • 12 yemək qaşığı qarğıdalı nişastası

     


  • 400 qram şəkər tozu

     


  • 2 paket qabartma tozu

     


  • 1,5 paket vanil

     


  • 2 çay qaşığı karbonat

     


  • 2 çimdik duz

     


  • 8 yemək qaşığı duru yağ (120 ml )

     


  • 8 yemək qaşığı kərə yağ (120 gram )

     


  • 220 ml krem

     


  • 3-4 çay qaşığı qırmızı qida boyası

     


  • krem üçün ərzaqlar:

     


  • 400 gram labne

     


  • 6 yemək qaşığı kərəyağ

     


  • 5 su stəkanı pudra şəkəri


Hazırlanması


  1. Kərəyağı və duru yağı qabımıza qoyub çırpırıq. Digər qabda yumurta ağını və qırmızı qida boyasını qarışdırırıq.

  2. Ayrı bir qapda Un, şəkər,qarğıdalı nişastası, qabartma tozu, vanil, kakao ,duz və karbonatı qarışdırırıq.

  3. Unlu qarışımı, çırpdığımız duru yağ və kərəyağı qarışımına əlavə edib qarışdırırıq.

  4. Unlu qarışım ilə yağlı olan qarışımı əlavə etdikdən sonra kek qarışımına qırmızı qida boyası əlavə olunmuş yumurta qarışımımızı əlavə edib qarışdırırıq.əvvəlcədən isidilmiş 180 º sobada bişiririk.

  5. Xəmiri 3 bərabər hissəyə bölürük.

     


  6. Krem üçün bütün ərzaqları qarışdırırıq, soyuducuya qoyuruq. 3 bərabər kəsdiyimiz xəmirə krem çəkirik, xaricinə də krem çəkirik.

    Nuş olsun.




Nuş Olsun!


Qırmızı velvet keksimiz çox dadlıdır.



Qırmızı velvet keks

14 Ocak 2017 Cumartesi

Qəhvəyi yağlı peçenye

Ərzaqlar


  • 2 fincan yağ

     


  • 2 fincan qəhvəyi şəkər

     


  • 2 yumurta

     


  • 2 çay qaşığı vanil

     


  • 1 çay qaşığı soda

     


  • ½ çay qaşığı qabartma tozu

     


  • ½ çay qaşığı duz

     


  • 3 fincan un

     


  • 2/3 fincan doğranmış pekan qozu

     


  • 2 çay qaşığı vanil

     


  • 3 ½ cay qaşığı şəkər

     


  • ½ fincan isti su


Hazırlanması


  1. Soba öncədən 175 dərəcə qızdırılır

  2. Yağ orta atəşdə 5 dəqiqə ərzində, və ya rəngı qəhvəyiləşənəcən qızdırılır. Köpüklənmə və qabarcıqlar qəhvəyiləşmə prosesinin bir hissəsidir, lakin bu zaman yağın yanmamsına diqqət edin. Ocaqdan götürdükdən sonra biraz soyumasını gözləyin. Yağın ½ hissəsini soyuducuya qoyun.

  3. Yağın qalan hissəsini dərin bir kasaya tökün. Soyuduqdan sonra üzərinə qəhvəyi şəkəri əlavə edin. Üzərinə yumurta, 2 çay qaşığı vanil, soda, qabartma tozu və duz elave edib yaxşıca qarışdırın. Un və doğranmış qozları əlavə edib biryerde qarışdırın. Yemək qaşığı həcmində xəmiri tavaya tökün.

  4. Əvvəlcədən isidilmiş tavada 10 dəqiqə və ya kənarları azacıq qızaranadək bişirin. Sobadan çıxardıqdan sonra soyumasını gözləyin.

  5. Orta ölçülü bir kasada əvvəlcədən ayrılıb saxlanılmış ½ fincan yağı, 2 çay qaşığı vanil, şəkər və isti su ilə birgə qarışdırın. Yaxşı həll olunanadək çaldıqdan sonra soyudulmuş peçenyelərin üzərinə əlavə edin.



Nuş Olsun!


Qəhvəyi yağlı peçenyemizi mütləq bəyənəcəksiniz.



Qəhvəyi yağlı peçenye

10 Ocak 2017 Salı

Ballı peçenye

Ərzaqlar


  • 3 fincan un

     


  • 1 yemək qaşığı qabartma tozu

     


  • 1 çay qaşığı duz

     


  • 1 fincan süd

     


  • ¼ fincan bal

     


  • ¾ fincan soyuq kərə yağı


Hazırlanması


  1. sobanı 200 dərəcədə qızdırın və tavaya perqament kağız sərin. Orta ölçülü bir kasada unu qabartma tozunu ve duzu qarışdırın. Kiçik bir kasada isə südü və balı tam qarışanacan qarışdırın.

  2. Yağı parçalara bölərək unun içine atıb kiçik dənəcikli formada olanacan əzişdirin sora üzərinə ballı südü əlavə edib quru hissə qalmayanadək qarışdırın.

  3. Bir lövhənin üzərini unlayıb xəmiri yaymağa başlayın. Yaydiqdan sonra qatlayıb bir de yayın və bu prosesi 3 dəfə təkrar edə bilərsiz. Sonra peçenye kəsən ilə istədiyiniz ölçüdə və formada peçenyelər kəsə bilərsiniz və təkrar xəmiri qatlayıb yayaraq yenə kəsə bilərsiniz.

  4. Hazır peçenyeləri tavaya düzün. əgər peçenyelərin kənarının yumuşaq olmasını istəyirsinizsə bir birinə toxunacaq səkildə tavaya düzün, ama əgər sərt olmasını istəyirsinizsə tavaya arali olaraq düzün.

  5. əgər istəsəniz peçenyenın üzərinə firça ilə süd yağ və ya krem sürtə bilərsiniz. 200 dərəcəli sobada üzəri qizaranadə 12-14 dəqiqə bişirin.



Nuş Olsun!


Ballı peçenye əvəzolunmaz dada malikdir.



Ballı peçenye

7 Ocak 2017 Cumartesi

Almalı, darçınlı və ballı piroq

Ərzaqlar


  • 1 fincan un

     


  • 1 ,5 çay qaşığı qabartma tozu

     


  • 1 çay qaşığı duz

     


  • 1,5 fincan toz şəkər

     


  • 2 ədəd yumurta,yaxşı çalınmış

     


  • 8 yemək qaşığı əridilmiş kərə yağı

     


  • 2 çay qaşığı vanil

     


  • 1 çay qaşığı darçın

     


  • Yarım limonun suyu

     


  • 3-4 ədəd alma

     


  • 1 yemək qaşığı bal

     


  • Yemək spreyi

  • Zövqə görə servis üçün krem şanti və ya dondurma


Hazırlanması


  1. Sobanı 185 dərəcə qızdırın, tavaya yemək spreyi çəkib perqament kağız sərin.

  2. Orta ölçülü bir kasada unu, qabartma tozunu, 1 fincan şəkəri və duzu qarışdırın. Üzərinə yumurtanı yağı və vanili əlavə edib qarışdırdıqdan sonra hazır xəmiri tavaya tökün.

  3. Orta ölçülü kasaya limon suyunu sıxın, almaları soyub tumunu təmizlədikdən sonra kasanın içinə incə-incə dilimləyin. Darçın və şəkər əlavə edin və hər bir dilimin yaxşıca qarışmasına diqqət edin.

  4. Qarışdıqdan sonra dilimləri üst-üstə xəmirin üzərinə düzüb sobaya qoyun. 30-35 dəqiqə bişməyini gözləyin.

  5. 10 -15 dəqiqə soyuduqdan sonra fırça ilə üstünə bal çəkə bilərsiniz. Arzu olunarsa servis edilən zaman üzərinə krem və ya dondurma əlavə edə bilərsiniz.



Nuş Olsun!


Almalı, darçınlı və ballı piroq çox dadlıdır.



Almalı, darçınlı və ballı piroq

6 Ocak 2017 Cuma

Albalı qırıntılı barlar

Ərzaqlar


  • Yapışmayan yemək spreyi

     


  • 470 qram yulaf əzməli peçenye

     


  • ½ fincan yağ

     


  • 1 ədəd yumurta, biraz çalınmış

     


  • 1 çay qaşığı vanil

     


  • ½ çay qaşığı badam ətiri

     


  • 450 qram dondurulmuş şəkərsiz albalı, buzu açılıb yumuşalmış formada

     


  • ¼ fincan şəkər

     


  • 1 paket buzlu toz şəkər


Hazırlanışı


  1. Sobanı 175 dərəcə qızdırın. Əvvəlcədən tavanın üzərinə folqa kagızını sərin. Folqanın üzərini spreylə örtün və tavanı kənara qoyun.

  2. Yulaflı peçenyeləri dərin bir kasaya tökün. Yağı əlavə edib blenderlə iri iri qırıntılıvəziyyətdə olanacan qarışdırın və bəzək üçün 1 fincan bu qarışımdan ayırıb kənara qoyun. Qalanının üzərinə yumurta, vanil, badam ətiri töküb qarışdırın. Hazır qarışımı tavaya berabər şəkildə yayın. Orta ölçülü bir kasada albalını və  şəkəri qarışdırın və bərabər şəkildə tavaya qarışımın üzərinə əlavə edin. Kənara ayırıb qoyduğunuz qarışımı da üzərinə səpin.

  3. 45 dəqiqə üstü qizaranacan sobada bişirin,bişdikdən sonra soyumasını gözləyin. Soyuduqdan sonra buzlu toz şəkəri üzərinə səpin və buzu açılanacan gözləyin. Folqanın kənarlarından tutaraq tavadan çıxarın və kvadrat formasında doğrayın.



Nuş Olsun!


Albalı qırıntılı barlar meyvəli şirniyyatdır.



Albalı qırıntılı barlar

5 Ocak 2017 Perşembe

İris

Ərzaqlar


  • Yapişmayan yemək spreyi

     


  • ½ fincan toz şəkər

     


  • 1 fincan fıstıq əzməsi kremı

     


  • 6 yemək qaşığı yağ, əridilmiş

     


  • 2 fincan əzilmiş simit

     


  • 300 qram iris

     


  • ¼ fincan krem

     


  • ½ fincan iri əzilmiş simit

     


  • ½ fincan doğranmış fıstıq


Hazırlanışı


  1. Tavaya folqanı düzüb üzərinə yapışmayan sprey çəkib kənara qoyun. Dərin bir kasaya toz şəkəri, fıstıq əzməsi kremini və əridilmiş yağı əlavə edib qarışdırın. 2 fincan əzilmiş simiti də üzərinə əlavə edib qarışdırdıqdan sonra qarışımı tavaya töküb üzərində basaraq kip şəkildə tavaya yerləşdirin.

  2. Orta ölçülü bir tavada irisi və kremi qarışdırın və tamamən əriyənədək zəif atəşin üzərində qarışdırın.

  3. Iris əridikdən sonra onu tavaya əlavə edin və bərabər şəkildə qaşıqla yayın. ½ fincan iri əzilmiş simiti fısdıqı irisin üzərində səpin və yüngülə üstündən basın.

  4. Agzını örtüb 2 saat soyumasını gözləyin. Kvadrat formada dograyıb servis edə bilərsiniz. Bu desert soyuducuda 1 həftəyə qədər saxlanıla bilər.



Nuş Olsun!


İrisin fərqli dadını mütləq bəyənəcəksiniz.



İris

4 Ocak 2017 Çarşamba

Milkshake

Ərzaqlar


  • 2 ədəd  banan 

  • 4 dolu dolu yemək qaşığı dondurma 

  • 1 yemək qaşığı pudra şəkəri

  • 1 Su stəkanı süd

Hazırlanışı



  1. Bütün ərzaqları blendera qoyub əvvəlcə aşağı səviyyədə daha sonra yüksək səviyyədə yaxşıca qarışdırıb daha sonra soyuq olaraq servis edin.



Nuş Olsun!


Milkshake çox dadlı desertdir.



Milkshake

3 Ocak 2017 Salı

Marmaladlı peçenye

Ərzaqlar


  • 1 yumurta

  • 150 gr. marqarin

  • Vəya kərəyağı (yumşalmış)

  • 2,5 su stəkanı un

  • 1/2 su stəkanı pudra şəkəri

  • 1/2 paket qabartma tozu

  • 2 yemək qaşığı darçın

  • 2 yemək qaşığı marmalad pudra şəkəri


Hazırlanışı


  1. Xəmir yoğuracağımız qaba unu qoyaq.

  2. Unun ortasını açıb yumuşalmış marqarini, pudra şəkəri­ni, yumurtanı, qabartma tozunu, darçını əlavə edib bir xəmir yoğuraq.

  3. xəmiri yayaq, stəkan köməyi ilə dairəvi hissələr kəsək.

  4. Kəsilən parçaların yarısının orta hissələrini başqa bir qəliblə  kəsək.

  5. Isidilmiş 180 dərəcə sobada üzəri ağ qalacaq şəkildə bişirək.

  6. Orta hissəsinə marmalad digər parçaları üzərinə qoyaq və pudra şəkəri ilə bəzəyək.



Nuş Olsun!


Marmaladlı peçenye fərqli dadlı şirniyyatdır.



Marmaladlı peçenye

1 Ocak 2017 Pazar

Mandarinli keks

Ərzaqlar


  • Mandarin şirəsi – 120 ml.

     


  • Un – 170 qr.

  • Kərə yağı – 120 qr.

  • Yumurta – 2 ədəd

  • Qabartma tozu – 1 ç.q.

  • Şəkər tozu – 120 qr.


Hazırlanması


  1. Şəkər tozu, yumurta, əridilmiş kərə yağı qabda mikserin köməyi ilə qarışdırılır, mandarin şirəsi əlavə edilir  və qarışdırılmağa davam etdirilir.

     


  2. Ayrı bir qabda unla qabartma tozu qarışdırılır, onlar da yumurtalı kütlənin üzərinə tökülür, qarışdırılır.

  3. soba qabı yağlanır.

  4. Xəmir buraya əlavə olunur.

  5. Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 45 dəqiqə bişirilir.



Nuş Olsun!


Mandarinli keks hamınızın bəyənəcəyi şirniyyatdır



Mandarinli keks